Lənkəranda
kitab bayramı
Mayın 7-də Lənkəran
şəhərinin mərkəzi kitabxanasında ümummilli
lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr edilmiş ənənəvi
kitab bayramı keçirilib. Lənkəran Şəhər
İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm
Şöbəsinin təşkilatçılığı ilə
keçirilən tədbirin iştirakçıları
kitabxananın həyətində, açıq səma
altında təşkil edilmiş kitab sərgisi ilə
tanış olublar.
Sərgidə ulu öndərin zəngin və mənalı ömür yoluna həsr olunmuş kitablar, yeni nəşrlər, uşaq
ədəbiyyatı, “Dünya ədəbiyyatı
kitabxanası” seriyası ilə çap olunmuş kitablar, Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə nəşr edilmiş latın
qrafikalı ədəbiyyat, Lənkəranın şair, yazıçı və görkəmli
elm adamlarının müxtəlif illərdə
işıq üzü görmüş
kitabları nümayiş olunub.
Tədbirdə rayonun məktəbliləri
və bağça uşaqları rəngarəng
rəqslər və bədii qiraət nümunələri ilə
çıxış ediblər.
Mədəniyyət.-
2012.- 9 may.- S. 11.