Xalqın
qəlbində ucalan mənəvi abidə
Mayın 3-də Oğuz
rayonundakı Heydər Əliyev Mərkəzində ictimaiyyət
nümayəndələrinin iştirakı ilə “Xalqın qəlbində
ucalan mənəvi abidə” adlı ədəbi-bədii gecə
keçirilib.
Dahi şəxsiyyətin həyat və
fəaliyyətini əks etdirən filmin nümayişindən
sonra 3 saylı məktəb-liseyin şagirdləri “Heydər Əliyev
və yaratdığı Azərbaycan” mövzulu kompozisiya ilə
çıxış ediblər. Mərkəzin direktoru
Günel Abdullayeva, mədəniyyət və turizm şöbəsinin
müdiri Ulduz Baxışova və başqaları ulu öndərin
Azərbaycanın bugünkü inkişafındakı əvəzsiz
rolundan, dünya arenasında öz dahiliyi ilə
qazandığı danılmaz şöhrətdən
danışıblar.
Qeyd olunub ki, tarix şəxsiyyəti
yaratdığı kimi, şəxsiyyətlər də tarix
yaradır. Ümummilli lider xalqın qəlbində əsrlər
boyu yaşayacaq əbədi bir abidə yaratmışdır.
Dünyanın dörd bir yanında yaşayan 50 milyondan
çox azərbaycanlını milli birlik və azərbaycançılıq
ideyaları altında birləşdirmişdir. Onun siyasi fəaliyyətinə,
əvəzsiz dövlət xadimi kimi gördüyü işlərə
nəzər salmaq tariximizin böyük bir salnaməsini qiymətləndirmək
deməkdir. Xalqımız gözəl gələcəyə
Heydər Əliyevin təməlini qoyduğu inkişaf və
yüksəliş yolu ilə gedir. Xalq hər il 10 mayı -
öz liderinin doğum gününü bayram etməklə ona
sonsuz sayğısını nümayiş etdirir.
Mədəniyyət.-
2012.- 9 may.- S. 11.