“Heydər Əliyev. Şəxsiyyət və zaman”

 

   Ümummilli lider Heydər Əliyevin doğum günü, ölkəmizin hər yerində olduğu kimi, Kürdəmir rayonunda da geniş tədbirlərlə qeyd olunur. Kürdəmir rayon MKS-də və onun filiallarında Heydər Əliyevin kitablarından və böyük öndərə həsr olunmuş nəşrlərdən ibarət daimi sərgilər təşkil edilir.

 

   Ümummilli liderin anadan olmasının 89-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının müzakirəsi ilə bağlı oxucu konfransı keçirilib. Konfransı giriş sözü ilə Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev açıb. Sonra MKS-nin direktor müavini İradə Mahmudovanın təqdimatında “Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” biblioqrafik məlumatın elektron forması konfrans iştirakçılarına təqdim edilib.

   YAP Rayon Qadınlar Şurasının sədri Elmira Şixəliyeva “Ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik illəri”, mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev “Heydər Əliyev - demokratiyaya və müstəqilliyə aparan dahi”, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova “Xatirələrimin qəhrəmanı” adlı məruzələrlə çıxış ediblər. Sonda Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov kitab haqqında mülahizələrini tədbir iştirakçıları ilə bölüşüb.

   Böyük öndərin doğum günü ilə bağlı YAP Rayon Qadınlar Şurasında “Heydər Əliyev və mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib. Kürdəmirdə ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirlər davam edir.

  

 

   Məryəm Əliyeva,

   Kürdəmir Rayon MKS-nin

   baş biblioqraf

 

  Mədəniyyət.- 2012.- 9 may.- S.11.