Zərifə Salahovaya Belarusun yüksək mükafatı təqdim edilib

 

   Xəbər verdiyimiz kimi, respublika “Kitab” cəmiyyətinin rəhbəri, Miniatür Kitab Muzeyinin direktoru, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Zərifə Salahova Belarus prezidenti Aleksandr Lukaşenkonun fərmanı ilə bu ölkənin “Fransisk Skorina” medalı ilə təltif olunub.

  

   Z.Salahova Belarus ədəbiyyatının təbliği sahəsində çoxillik fəaliyyətinə, ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsinə verdiyi böyük töhfələrə görə bu mükafata layiq görülüb.

   Mayın 4-də medal Z.Salahovaya təqdim olundu. Mərasimdə iştirak edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç xalqlarımız, ölkələrimiz arasında mehriban münasibətlərin daha da möhkəmlənməsinə verdiyi töhfələrə görə Z.Salahovaya minnətdarlığını bildirdi. Zərifə xanımın insani keyfiyyətlərindən danışan diplomat onun böyük vətənpərvər olduğunu vurğuladı.

   Azərbaycan-Belarus Dostluq Cəmiyyətinin sədri, akademik Arif Mehdiyev ölkələrimiz arasında olan elmi, iqtisadi əlaqələrdən ətraflı bəhs etdi. Cəmiyyətin üzvü, Xalq yazıçısı Çingiz Abdullayev Zərifə Salahova haqqında xoş ürək sözlərini dedi.

   Z.Salahova ona göstərilən hörmət və ehtirama görə Belarus prezidentinə minnətdarlığını ifadə etdi, bu ölkə barədə xoş təəssüratlarını bölüşdü, orada keçirilən sərgilərindən danışdı. Səfir N.Patskeviç klassik Belarus şairləri Maksim Boqdanoviç, Yanko KupaloYakub Kolosun şeirlərindən ibarət miniatür kitabları muzeyə hədiyyə etdi. Respublika Qadınlar Cəmiyyəti adından Belarus səfirinə miniatürQuran” nüsxəsi bağışlandı.

  

 

   İ. Əsədova

 

  Mədəniyyət.- 2012.- 9 may.- S. 10.