Şuşasız illərin nisgili

 

   Mayın 7-də Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialında “Şuşasız illər” mövzusunda tədbir keçirilib.

   Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın qəhrəmanlıq salnaməsini özündə yaşadan Şuşa şəhərinin tarixini, incəsənətini və təbii gözəlliklərini əks etdirən fotosərgi ilə yaxından tanış olublar. Yasamal Rayon MKS-in 3 nömrəli filialının müdiri Arzu Xudayarova Azərbaycanın sənət beşiyi, şöhrət tacı olan Şuşanın tarixindən söz açıb, 20 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində şəhərdə baş vermiş qanlı hadisələrin, bu böyük mədəniyyət diyarının ermənilər tərəfindən məhv edilməsinin heç vaxt unudulmayacağını bildirib.

   Tədbir iştirakçılarına Əməkdar artist Tünzalə Ağayevanın “Şuşam” kompozisiyası təqdim olunub. A.Zeynallı adına musiqi məktəbinin tələbələri “Şuşanın dağları” mahnısını ifa ediblər. Sonda 246 nömrəli məktəb-liseyin 1-ci sinif şagirdləri Şuşa haqqında şeirlər söyləyiblər.

 

 

   Mədəniyyət.- 2012.- 9 may.- S. 6.