Gənc istedadların böyük öndərə həsr edilmiş konserti

 

Mayın 7-də Azərbaycan Dövlət Filarmoniyasında gənc istedadların iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş geniş konsert proqramı keçirildi.

Konsertdə ölkəmizi bir çox beynəlxalq musiqi yarışmalarında uğurla təmsil etmiş Atabala Manafzadə, Nərgiz Hüseynova, Nadir Eyvazov, Mərziyyə Hüseynova, Günay Ağalarova, Nəcəf Vəliyev, Emin Hüseynov, Eldar Tahirov, Kamil Həsənov, İbrahim Nəsrullayev, İsrafil Rəsulov, Kamran Ömərli və Yasin Həsənovun ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi nümunələri səsləndi.

Ferens List (Sonet), Friderik Şopen Vals), Tofiq Quliyev (Sənə də qalmaz), Fikrət Əmirov (Muğam-poema) və digər bəstəkarların əsərləri maraqla qarşılandı.

Konsertə Prezident təqaüdçüsü Yasin Həsənovun ifasında dünya şöhrətli müğənni Müslüm Maqomayevin Azərbaycan mahnısı ilə yekun vuruldu.

 

R.İsayeva

 

Mədəniyyət.- 2012.-9 may.- S. 3.