Heydər Əliyev və Azərbaycan kinosu
Dövlət Film Fondunda konfrans
Mayın 8-də Dövlət
Film Fondunda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilmişdir.
Tədbir iştirakçıları
əvvəlcə Fondun
foyesində ulu öndərin həyat və fəaliyyətini
əks etdirən fotosərgi ilə tanış olublar.
Konfransda çıxış edən
Dövlət Film Fondunun
direktoru, Əməkdar
incəsənət xadimi
Cəmil Quliyev dahi şəxsiyyət Heydər Əliyevin çoxsahəli fəaliyyətindən,
mədəniyyətə, incəsənətə göstərdiyi
diqqət və qayğıdan danışmışdır.
Yeni Azərbaycan Partiyası
Yasamal rayon təşkilatının
sədri, professor Fikrət
İsmayılov, xalq
artistləri Amaliya
Pənahova, Tariyel
Qasımov və başqaları ümummilli
liderin xatirəsinin
Azərbaycan xalqının
qəlbində daim yaşayacağını bildirmişlər.
Vurğulanmışdır ki, Azərbaycanın
beynəlxalq aləmdə
tanıdılmasında, milli mədəniyyətimizin,
incəsənətimizin, elmimizin, kino sənətinin inkişafında
ulu öndərin misilsiz xidmətləri
olmuşdur.
Çıxışlarda qeyd olunmuşdur
ki, 1993-cü ildə
xalqın təkidli
tələbi ilə
ikinci dəfə hakimiyyətə qayıdışından
sonra ulu öndər Azərbaycanı
bəlalardan qorumuş,
ölkəni xaos və anarxiyadan, qardaş qarşıdurmasından
xilas etmiş və dünya xəritəsindən silinməsinin
qarşısını almışdır.
Tədbir çərçivəsində Əməkdar incəsənət
xadimi, kinoşünas
Aydın Kazımzadənin
“Apostrof” nəşriyyatında
çapdan çıxmış
“Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası” kitabının
ikinci nəşrinin
təqdimatı keçirilmişdir.
Kitabın redaktoru filologiya
elmləri doktoru,
professor Aydın Dadaşovdur.
Mədəniyyət.-
2012.-11 may.- S. 11.