“Ölüm növbəsi”ndə düşündüklərim
İnsan
doğulanda yağış kimi tərtəmiz olur, bəs
niyə axıra kimi bu saflığını qoruya bilmir?
Bu
günlərdə Kinematoqrafçılar İttifaqında
“Ölüm növbəsi” filminin nümayişi oldu. Çoxdan
bu yeni ekran əsərinə baxmaq istəyirdim. Getdim.
Qaranlıq zalda oturan hər kəs maraqla filmin başlamasını
gözləyirdi. Böyük yağış seli ilə
başlayan ilk kadrlar artıq insanın düşüncəsində
öz ab-havasını yaradır. İlk 5-10 dəqiqədə
ssenari tamaşaçını intizarda qoysa da, bir azdan
tam açılır.
Ssenaristin nə demək istədiyi artıq məlumdur. Əxlaq və mənəviyyatı
əks etdirsə də, bu filmdə
fərqlilik görürəm.
Həyata baxış, bu
günümüzə yanaşma
fərqlidir. Son dövrlərdə çəkilən
filmlərin sırasında,
məncə, özünəməxsus
yeri var. Bəzi mətbuat səhifələrində
ssenarinin dünya filmləri ilə oxşarlığı barədə
yazılara rast gəldim. Amma burada oxşarlıq təkcə “letargiya yuxusu” mövzusu ola bilər.
Öz torpağının qədrini
bilib qorumaq hər bir vətəndaşımızın
borcudur. Torpaq içində torpaq satmaq... O qədər düşündürür ki
insanı...Ssenari müəllifləri Fikrət
Əliyev və İlqar Fəhmi bu məqamları çox təsirli veriblər. Qəbiristanlıqda ölüm növbəsinə
düzülənlərin səhnəsində filmin
baş qəhrəmanı
Şamil ilə Bankə Məsmənin oğlunun dialoqunda bu özünü bir daha sübut
edir. Uşağın
söylədiyi: “Sən
hələ yatmısan,
yatmısan, yatmısan.
Hamınız elə
bilirsiniz ki, hər şeyi bilirsiniz, əslində
sizin heç dünyadan da xəbəriniz yoxdur” söylədiyi anda müəllifin (İlqar
Fəhmi)
“Yatmış
həqiqətdə o kəs
ki hələ sağdır
Gözlərini
dünyayə yuman gündən oyaqdır”,
- fikrini
xatırladım. Müəlliflər insan övladını
bu dünyada nə üçün, nəyə görə yaşadığını anlamasını
istəyir. Dramatik əhvalatlarla
dolu olan filmdə cəmiyyətdə
maddi cəhətdən
çətinlik çəkən
bir insanın müəyyən imkanlar
əldə etdikdən
sonra mənfi tərəfə dəyişən
əxlaqı, mənəviyyatı
bizi düşündürməməlidirmi?
Eyni zamanda bir məkanın əhalisinin
məişəti, yaşam
tərzi, mənəviyyatı
nümayiş olunur
burda. Ən başlıcası filmdə milli dəyərlərin qabarıq
şəkildə büruzə
verilməsidir. Burada cərəyan
edən hadisələr
təsvirdən çox
sözlə ifadə
olunur. Elə bu söz də filmin sanbalını qaldırır.
“Sən yenə “Halal” marketində insanlara geydirmə araq satırsan?”. Yaxud “Bu məhəllədə bir hava çalınır,
hərə də öz istədiyini oynayır”, “insan anadan olan gündən
ölüm növbəsinə
düzülür” kəlmələri
günümüzün aktual
problemlərini sözün
qüdrəti ilə
tamaşaçıya çatdırır.
Bir də məhəbbət
var bu filmdə.
O məhəbbət ki,
əsrlərlə insanları
mübarizəyə sövq
edib, qəlbləri param parça parçalayıb, amma heç zaman məğlub olmayıb.
“Ölüm
növbəsi” filmi
haqqında tanınmış
kinoşünas, Əməkdar
incəsənət xadimi
Aydın Dadaşovun
fikirləri də maraqlı oldu. Həmsöhbətim bunları
söylədi: “Kino rejissorluğunda
Fikrət Əliyevin
öz yeri var. Bu baxımdan bir çoxlarının ona
böyük hörməti
var və mən də bu sıradanam. Çünki o, həmişə həqiqəti deyəndir
və buna haqqı olan insanlardandır. Bu filmdə də həqiqətin gözünə
dik baxıb. Fikrətin digər özəlliyi bundadır
ki, məsələn,
rejissorlar sənətə
əvvəl rejissor
köməkçisi, assistent
və s. kimi gəlirlər, sonra başlayırlar film çəkməyə.
Amma onun birinci ekran işi - “Baladadaşın ilk məhəbbəti”
Azərbaycan kinosunda
hadisə oldu.
Fikrət Abşeron poetikasını
kinoya gətirə
bilmişdi. Onun
filmlərini insan
hiss edə bilir. “Ölüm növbəsi”ndə
də belədir.
Çəkdiyi filmlərdə
rejissorun daxili azadlığı hiss olunur.
Fərdi üslubda işləsə
də, qoyulan problemə özünün
dərdini qata bilir. Peşəkar üslubu da
yüksək səviyyədə
nümayiş etdirə
bilirlər. Filmdə aktyorlarla
işləmək qabiliyyəti
də çox dəqiqdir.
Filmin iki ssenari müəllifi var. Fikrət
Əliyevlə birlikdə
çalışan İlqar
Fəhmi mükəmməl
qələmi olan yazıçıdır. Hadisələri içəridən görə bilir. Və məsələ burasındadır
ki, ssenari müəlliflərinin hər
ikisi eyni mühitin adamlarıdır.
İlqar Fəhmi bu
filmdə dövlətçiliyimizə
əngəl olan, maneçilik törədən
amilləri göstərir.
O amillər sırasında,
şübhəsiz ki,
birinci yerdə vəzifəsinə biznes
kimi baxan məmurlar, xurafat durur. Filmdə əsas problemlərdən
biri də qaçqınlarla şəhərlilərin
münasibətləridir. Burada elə obraz seçilib ki, bu insana düşdüyü
vəziyyət sərf
edir. Yəni bu insan öz vəziyyətindən
sui-istifadə edərək
digərlərinə problemlər
yaradır. Əgər doğrudan
da sosial sifarişdə belə
bir problem varsa, bu bizim özümüz
üçün böyük
bir bəladır.
Filmdə bir fabula -
əsas dramaturji hadisə, bir də var süjet
- səbəb nəticə
əlaqələndirilməsi olur. Burada bəzən süjet
fabulanı “yeyir”.
Amma maraqlı filmdir və bu filmi
ərsəyə gətirənləri
təbrik edirəm”.
Sonda qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi
ilə “Sınaq film”
prodüser mərkəzində
lentə alınan “Ölüm növbəsi”
filminin quruluşçu
rejissoru Fikrət Əliyev, ssenari müəllifləri Fikrət
Əliyev və İlqar Fəhmi, quruluşçu operatoru
Rafiq Quliyevdir. Filmdə əsas rolları Şamil Süleymanov, Cahangir Novruzov, Abbas Qəhrəmanov və başqaları oynayır. İnanırıq ki, film geniş tamaşaçı kütləsi
tərəfindən də
böyük maraqla qəbul ediləcək.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 11 may.- S. 11.