Şə­ki­də atüs­tü tu­rist yü­rü­şü

 

   Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə ma­yın 7-də Şə­ki­də atüs­tü tu­rist yü­rü­şü ke­çi­ril­di. Təd­bir ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 89-cu il­dö­nü­mü­nə həsr olun­muş­du. Yü­rüş iş­ti­rak­çı­la­rı ma­yın 6-da gü­nor­ta saat­la­rın­da ra­yo­nun mər­kə­zin­də yer­lə­şən kar­van­sa­ra­ya çat­dı­lar. Na­har­dan son­ra, sa­at 15-də tu­rizm şir­kət­lə­ri və KİV nü­ma­yən­də­lə­rin­dən iba­rət 21 nə­fər­lik he­yət Res­pub­li­ka At­çı­lıq Tu­rizm Mər­kə­zi­nin Şə­ki fi­lia­lı­na yol­lan­maq üçün kar­van­sa­ra­yın önü­nə top­laş­mış­dı.

  

   Res­pub­li­ka At­çı­lıq Tu­rizm Mər­kə­zi­nin Şə­ki fi­lia­lın­da

  

   Mər­kə­zin Şə­ki fi­lia­lı ra­yon mər­kə­zin­dən 25 ki­lo­metr ara­lı­da yer­lə­şən Da­şüz kən­di­nin əra­zi­sin­də­dir. Kənd hər tə­rəf­dən dağ­lar və me­şə­lər­lə əha­tə­lə­nib. Azər­bay­can­da at­çı­lıq tu­riz­mi­nin in­ki­şaf et­di­ril­mə­si məq­sə­di­lə mər­kəz bir ne­çə tu­rizm marş­ru­tu müəy­yən­ləş­di­rib. Bu marş­rut­lar­dan bi­ri At­çı­lıq Tu­rizm Mər­kə­zi­nin Şə­ki fi­lia­lın­dan baş­la­ya­raq Daş­bu­laq kən­di əra­zi­sin­də yer­lə­şən Çor­qat me­şə­sin­də ba­şa ça­tır. Bu mə­lu­ma­tı bi­zə Şə­ki Tu­rizm İn­for­ma­si­ya Mər­kə­zi­nin rəh­bə­ri Nə­sib İma­mə­li­yev de­yir. Onun söz­lə­ri­nə gö­rə, Şə­ki­yə təş­rif bu­yu­ran tu­rist­lər ra­yo­nun ta­ri­xi, qə­dim abi­də­lə­ri, tə­biə­ti ilə bə­ra­bər, ekstre­mal atüs­tü marş­rut­lar­la da ya­xın­dan ma­raq­la­nır­lar.

   At­çı­lıq mər­kə­zin­də bi­zi qu­ru­mun rəh­bə­ri El­man Qə­di­rov və di­gər əmək­daş­lar qar­şı­la­dı­lar. Qeyd edək ki, Res­pub­li­ka At­çı­lıq Tu­rizm Mər­kə­zi­nin ba­lan­sın­da olan bü­tün at­lar Şə­ki fi­lia­lın­da sax­la­nı­lır. Fi­lial­da təx­mi­nən 50 baş at var, on­la­rın içə­ri­sin­də cins at­lar üs­tün­lük təş­kil edir. E.­Qə­di­ro­vun de­di­yi­nə gö­rə, at­la­rın ək­sə­riy­yə­ti­ni Ru­si­ya­dan alıb­lar. Mər­kə­zin ba­lan­sı­na da­xil olan at­lar tə­miz­qan­lı in­gi­lis, ərəb, al­man cins at­la­rı, Axal­tə­kə cin­si, Mə­rə­zə at­la­rı, rus löh­rə­mi, həm­çi­nin yer­li at­lar­dır.

   İn­fo­tu­run proq­ra­mı­na uy­ğun ola­raq, mər­kəz əmək­daş­la­rı əvvəl­cə iş­ti­rak­çı­la­ra at­sür­mə vər­diş­lə­ri ilə bağ­lı 2-3 saat­lıq tə­lim keç­di­lər. Qeyd edək ki, bu po­se­dur at­la gə­zin­ti­yə çıx­maq is­tə­yən bü­tün tu­rist­lər üçün nə­zər­də tu­tu­lub. Ax­şa­ma doğ­ru at­la qı­sa mə­sa­fə­li gə­zin­ti­mi­zi ba­şa vu­rub, kar­van­sa­ra­ya qa­yıt­dıq.

  

   Şə­ki­də 16 tu­rizm ob­yek­ti fəa­liy­yət gös­tə­rir

 

   Bö­yük Qaf­qa­zın cə­nub ətək­lə­rin­də yer­lə­şən Şə­ki Azər­bay­ca­nın ən qə­dim şə­hər­lə­rin­dən bi­ri­dir. Təx­mi­nən 3 min il ya­şı olan Şə­ki tu­rist­lər üçün cəl­be­di­ci bir mə­kan­dır. Gö­zəl tə­biə­ti, iq­li­mi, me­mar­lı­ğı, ta­ri­xi-mə­də­ni abi­də­lə­ri, özü­nə­məx­sus adət-ənə­nə­lə­ri, na­dir sə­nət­kar­lıq növ­lə­ri, tək­rar­sız Şə­ki mət­bə­xi­nin lə­ziz xö­rək­lə­ri tu­riz­min sü­rət­lə in­ki­şaf et­di­yi ha­zır­kı dövr­də bö­yük əhə­miy­yət kəsb edir.

   Nə­sib İma­mə­li­ye­vin söz­lə­ri­nə gö­rə, ha­zır­da Şə­ki­də 16 iri tu­rizm ob­yek­ti fəa­liy­yət gös­tə­rir. Bun­lar­dan 14-ü Mə­də­niy­yət Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən li­sen­zi­ya alıb.

   İn­fo­tur çər­çi­və­sin­də ilk baş çək­di­yi­miz tu­rizm ob­yek­ti «Na­rın Qa­la» is­ti­ra­hət komp­lek­si (Na­rin Qa­la Cot­ta­ge Comp­lex) ol­du. Komp­leks şə­hə­rin mər­kə­zi­nə ya­xın yer­lə­şir. Kiş ça­yı is­ti­ra­hət mər­kə­zi­nin cə­mi bir ne­çə metr­li­yin­dən axır. «Na­rın Qa­la»­nın bir özəl­li­yi onun ya­xın­lı­ğın­da Al­ban qəs­ri­nin yer­ləş­mə­si­dir. Hər tə­rəf­dən me­şə ilə əha­tə olu­nan tu­rizm ob­yek­ti 2005-ci il­dən fəa­liy­yət gös­tə­rir. İs­ti­ra­hət mər­kə­zi­nin di­rek­to­ru Ra­ma­zan Hə­mi­do­vun söz­lə­ri­nə gö­rə, bu­ra­ya yay fəs­lin­də da­ha çox tu­rist gə­lir. Bü­töv­lük­də is­ti­ra­hət zo­na­sın­da van­na ota­ğı, mət­bə­xi, peyk te­le­vi­zo­ru olan 20 lüks kot­tec var. Mər­kə­zin hə­yə­tin­də uşaq oyun mey­dan­ça­sı, ten­nis za­lı res­to­ran da fəa­liy­yət gös­tə­rir. Bun­dan əla­və, mər­kə­zdə din­cə­lən tu­rist­lə­rə av­to­bus­la Şə­ki şə­hə­rin­də yer­lə­şən müx­tə­lif ta­ri­xi mə­kan­la­ra eks­kur­si­ya marş­ru­tu da tək­lif olu­nur.

   Şə­ki­də ta­nış ol­du­ğu­muz da­ha bir tu­rizm ob­yek­ti ra­yon mər­kə­zi­nin ya­xın­lı­ğın­da yer­lə­şən Olim­pi­ya İd­man İs­ti­ra­hət Komp­lek­si­dir. Bu­ra­da ey­ni za­man­da 200 nə­fər qo­naq qə­bul et­mək müm­kün­dür. Komp­leks­də müx­tə­lif id­man oyun­la­rı­nın təşkili üçün zal­lar­la ya­na­şı, rəs­mi gö­rüş­lə­rin, təd­bir­lə­rin ke­çi­ril­mə­si üçün konf­rans za­lı da var. Qo­naq­la­rın vaxt­la­rı­nı sə­mə­rə­li ke­çir­mə­si üçün bu­ra­da sto­lüs­tü ten­nis, bil­yard, qa­pa­lı ho­vuz, sau­na, bö­yük ten­nis kor­tu, ak­va­park, uşaq­lar üçün oyun za­lı s. fəa­liy­yət gös­tə­rir.

  

   Da­şüz-Daşbulaq-Çor­qat marş­ru­tu­nun uzun­lu­ğu 35 km-dir

  

   İn­fo­tu­run ikin­ci gü­nü (7 may) sə­hər sa­at 8.30-da ye­ni­dən Şə­ki at­çı­lıq ba­za­sı­na yol­lan­dıq. Bu­ra­da yü­rü­şün baş­lan­ma­sı üçün hər şey ha­zır idi. 20-dən ar­tıq at mər­kəz əmək­daş­la­rı tə­rə­fin­dən yə­hər­lən­miş hal­da bi­zi göz­lə­yir­di.

   Şə­ki Şə­hər Mə­də­niy­yət Tu­rizm Şö­bə­si­nin mü­di­ri Ay­dın İb­ra­him­xə­li­lov təd­bir ba­rə­də iş­ti­rak­çı­la­ra qısa məlumat ve­rə­rək bil­dir­di ki, böl­gə­də tu­riz­min bü­tün növ­lə­ri­nin in­ki­şa­fı üçün po­ten­sial var. Ra­yo­nun tə­biə­ti rel­ye­fi bu­ra­da xü­su­si­lə dağ-me­şə tu­rizm nö­vü­nün tə­şək­kül tap­ma­sı­na şə­rait ya­ra­dır: «Ü­mum­mil­li li­der Hey­dər Əli­ye­vin xa­ti­rə­si­nə həsr edil­miş bu atüs­tü yü­rü­şün təş­kil edil­mə­sin­də əsas məq­səd Şə­ki­nin tu­rizm po­ten­sia­lı­nı ta­nıt­maq­dır. Təd­bir həm­çi­nin “Eu­ro­vi­sion-2012” mah­nı mü­sa­bi­qə­si ilə əla­qə­dar Azər­bay­ca­na gə­lə­cək qo­naq­la­rın atüs­tü tu­riz­mə cəlb edil­mə­sin­də atüs­tü tu­rizm marş­rut­la­rı­nın təb­li­ğin­də mü­hüm rol oy­na­ya­caq».

   Saat 11:30-da Mə­də­niy­yət Tu­rizm Na­zir­li­yi­nin Tu­rizm şö­bə­si­nin Da­xi­li tu­riz­min in­ki­şa­fı sek­to­ru­nun əmək­daş­la­rı Cə­fər Qa­ra­yev Anar Sal­ma­no­vun rəh­bər­li­yi ilə 20 nə­fər­dən iba­rət qrup At­çı­lıq Mər­kə­zin­dən Çor­qat me­şə­si is­ti­qa­mə­tin­də yü­rü­şə baş­la­dı.

   Qeyd edək ki, Da­şüz-Daş­bu­laq-Çor­qat tu­rizm marş­ru­tu­nun uzun­lu­ğu 35 km, da­vam et­mə müd­də­ti 8 saat­dır. Mə­sa­fə­ni at­la qət edən­lər Da­şüz kən­di­nin yu­xa­rı his­sə­sin­dən cə­nub-qərb is­ti­qa­mə­ti­ni tu­tub Daş­bu­laq kən­di­nə doğ­ru hə­rə­kət edir. Yo­lu­muz ön­cə dağ, son­ra isə dü­zən­lik əra­zi­dən ke­çir. Marş­ru­tu­mu­zun üzə­rin­də yer­lə­şən Daş­bu­laq kən­di əra­zi­sin­də­ki al­ban mə­bə­di­ni zi­ya­rət et­dik­dən son­ra üzü qər­bə eniş­li-yo­xuş­lu yol­lar­la Çor­qat me­şə­si­nə tə­rəf is­ti­qa­mət gö­tü­rü­rük. Yol­bo­yu qar­şı­laş­dı­ğı­mız mən­zə­rə­lər in­sa­nı va­leh edir­di. Tə­biət o qə­dər ecaz­kar idi ki, yol­la­rın na­ra­hat­lı­ğı­nı be­lə hiss et­mir­dik. Təx­mi­nən 10 km mə­sa­fə qət et­dik­dən son­ra Çor­qat me­şə­sin­də ge­niş bir əra­zi­də yer­lə­şən bu­la­ğın ba­şın­da dü­şər­gə qur­duq.

  

   Çor­qat də­rə­sin­də üç al­ban mə­bə­di­nin qa­lıq­la­rı var

  

   Me­şə­nin içə­ri­sin­də qu­ru­lan dü­şər­gə­də na­har et­dik­dən son­ra isə El­man Qə­di­rov ya­xın­lıq­da­kı al­ban mə­bəd­lə­ri haq­qın­da mə­lu­mat ver­di. Onun de­di­yi­nə gö­rə, so­nun­cu al­ban məs­kə­ni Çor­qat me­şə­sin­də olub. Ümu­miy­yət­lə isə, 1 ki­lo­metr mə­sa­fə­ni əha­tə edən Çor­qat də­rə­sin­də 3 al­ban mə­bə­di­nin qa­lıq­la­rı var ki, bu da on­la­rın Şə­ki əra­zi­sin­də çox sıx ya­şa­dı­ğı­nı sü­but edir. Yer­li ta­rix­çi­lə­rin fik­rin­cə, on­lar XIII əs­rə qə­dər bu­ra­da ya­şa­yıb­lar. Ərəb iş­ğa­lı İs­lam di­ni­nin ya­yıl­ma­sın­dan son­ra isə bu əra­zi­lər­dən kö­çüb­lər. Bir ma­raq­lı fak­tı da bil­di­rək ki, ötən əs­rin əv­vəl­lə­rin­də əra­zi­də məs­kun­laş­mış er­mə­ni­lər bu­ra­da da iy­rənc əməl­lə­rin­dən qal­ma­yıb­lar. Be­lə ki, on­lar al­ban kil­sə­lə­ri­nin daş­la­rı üzə­rin­də er­mə­ni ya­zı­la­rı ya­zıb, pən­cə­rə­lə­ri sö­küb öz tərz­lə­ri­nə uy­ğun ti­kib­lər, ey­ni za­man­da al­ban­la­ra məx­sus xaç­la­rın əla­mət­lə­ri­ni də­yiş­di­rib er­mə­ni xa­çı­na bən­zət­mə­yə ça­lı­şıb­lar. La­kin diq­qət­li təd­qi­qat­çı­lar bü­tün bun­la­rın son­ra­dan qu­raş­dır­ma ol­du­ğu­nu ba­xan ki­mi bi­lir­lər.

   Marş­rut ba­rə­də mə­lu­mat­la­rın yer al­dı­ğı löv­hə­ni bu­la­ğın ba­şın­da bas­dı­rıb ye­ni­dən at­lar­la Da­şüz is­ti­qa­mə­tin­də ge­ri­yə qa­yıt­dıq. Qa­yı­dan­da yo­lu­muz Top­xa­na Mol­la­də­rə ad­la­nan əra­zi­lər­dən keç­di. Təx­mi­nən 2 saat­dan son­ra ar­tıq At­çı­lıq Mər­kə­zin­də idik.

  

   Sə­nət mə­bə­di - Şə­ki xan­la­rı­nın sa­ra­yı

  

   İn­fo­tu­run 3-cü günü (8 may) Şə­ki xan­la­rı­nın yay sa­ra­yı ilə ta­nış ol­duq. Azər­bay­can or­ta əsr me­mar­lı­ğı­nın ən gör­kəm­li abi­də­si olan bu sa­ray şə­hə­rin yu­xa­rı his­sə­sin­də, yük­sək­lik­də yer­lə­şir. Şə­ki­yə ayaq ba­san is­tər yer­li, is­tər­sə əc­nə­bi qo­naq­la­rın zi­ya­rət et­dik­lə­ri ilk mə­kan da məhz bu­ra­dır. Bu me­mar­lıq in­ci­si Azər­bay­can­da ilk müs­tə­qil xan­lı­ğın əsa­sı­nı qo­yan Ha­cı Çə­lə­bi xa­nın nə­və­si Hü­seyn xa­nın döv­rün­də ti­ki­lib. Hü­seyn xan ey­ni za­man­da «Müş­ta­qi» tə­xəl­lü­sü ilə şeir­lər yaz­dı­ğın­dan bə­zi mən­bə­lər­də bu sa­ray «Müş­ta­qi ima­rə­ti» ki­mi qeyd olu­nur.

   XVIII əs­rin ya­di­ga­rı olan bu ta­ri­xi ti­ki­li öz gö­rü­nü­şü, ti­kil­mə üs­lu­bu, mü­rək­kəb or­na­ment­lə­ri, xü­su­si­lə şə­bə­kə­lə­ri ilə diq­qə­ti cəlb edir. İki­mər­tə­bə­li sa­ra­yın mər­tə­bə­lə­ri ara­sın­da əla­qə­ni tə­min edən pil­lə­kən­lər­dən bi­ri qa­dın­lar, di­gə­ri ki­şi­lər üçün nə­zər­də tu­tu­lub. Ha­sar­la əha­tə­yə alın­mış sa­ra­yın hə­yə­tin­də­ki möh­tə­şəm çi­nar­la­rın ya­şı isə sa­ra­yın ya­şın­dan çox­dur.

   Yu­xa­rı­baş Döv­lət Ta­rix Me­mar­lıq Qo­ru­ğu­nun di­rek­to­ru Tə­ra­nə Ab­dul­la­ye­va bil­dir­di ki, ötən il Şə­ki şə­hə­ri­ni 14 min­dən ar­tıq tu­rist zi­ya­rət edib. Onun söz­lə­ri­nə gö­rə, şə­hərə gə­lən tu­rist­lə­rin ək­sə­riy­yə­ti Şə­ki xan­la­rı­nın sa­ra­yı­nı müt­ləq zi­ya­rət edir.

   Qeyd edək ki, 1999-cu il­də Azər­bay­can hö­ku­mə­ti ilə Bey­nəl­xalq İn­ki­şaf As­so­sia­si­ya­sı ara­sın­da im­za­la­nan mü­qa­vi­lə­yə əsa­sən, «Mə­də­ni ir­sin qo­run­ma­sı» la­yi­hə­si çər­çi­və­sin­də sa­ray tə­mir bər­pa olu­nub. Sa­ra­yın özü­lü möh­kəm­lən­di­ri­lib, tax­ta dö­şə­mə də­yiş­di­ri­lib.

   Şə­ki xan­la­rı­nın sa­ra­yı­nı zi­ya­rət et­dik­dən son­ra av­to­bu­su­muz Ba­kı­ya doğ­ru is­ti­qa­mət gö­tür­dü...

  

 

   Fəx­riy­yə Ab­dul­la­ye­va

 

  Mədəniyyət.- 2012.- 11 may.- S. 9.