“Öh­də­sin­dən gə­lə bil­mə­yə­cə­yi­miz ədə­bi əsə­ri səh­nə­yə gə­tir­mi­rik”

 

   İs­lam Hə­sə­nov: “Bi­zim üçün baş­lı­ca şərt han­sı­sa məş­hur əsə­ri səh­nə­ləş­di­rib ta­nın­maq yox, hər han­sı ədə­bi nü­mu­nə­ni te­atr ha­di­sə­si­nə çe­vi­rə bil­mək­dir”

  

   Hə­qi­qət Rza­ye­va, Mü­nəv­vər Kə­lən­tər­li, Ha­şım Kə­lən­tər­li, İs­ma­yıl Ta­lı­şı­nis­ki, Ca­han Ta­lı­şı­nis­ka­ya... Səh­nə sə­nə­ti­mi­zin in­ki­şa­fın­da xü­su­si ye­ri olan bu ad­lar Lən­kə­ran teat­rın­dan pöh­rə­lə­nib. Əsa­sı XIX əs­rin so­nun­cu onil­li­yin­də qo­yul­muş sə­nət oca­ğı mil­li te­atr ta­ri­xi­miz­də öz sö­zü­nü de­miş sə­nət ocaq­la­rın­dan­dır.

  

   Teatr­şü­nas­la­rın rəy­lə­ri­nə əsa­sən, hə­lə XIX əs­rin əv­vəl­lə­rin­də Lən­kə­ran­da te­atr mü­hi­ti möv­cud ol­muş­dur. Bu pro­ses mək­təb, maa­rif işi, ədə­biy­yat, sə­nət, mu­si­qi­nin fo­nun­da teat­rın for­ma­laş­ma­sı və tə­şək­kü­lü­nü da­ha da sü­rət­lən­dir­miş­dir. 1884-cü il­də Lən­kə­ran­da Tey­mur bəy Bay­ra­mə­li­bə­yo­vun tə­şəb­bü­sü ilə müəl­lim və şa­gird­lə­rin iş­ti­ra­kı ilə M.V.Qo­qo­lun “Ev­lən­mə” ko­me­di­ya­sı ta­ma­şa­ya qo­yul­muş­dur. Lən­kə­ran teat­rı­nın əsas­lı fəa­liy­yə­tə baş­la­ma­sı isə 1891-ci ilin 18 yan­var ta­ri­xin­dən, N.Və­zi­ro­vun “Od­dan alo­va” (“Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük”) ko­me­di­ya­sı­nın nü­ma­yiş olun­du­ğu gün­dən he­sab­la­nır.

   Ma­raq­lı ta­ma­şa­la­rı ilə te­atr mü­hi­tin­də ta­nın­ma­ğa, öz ye­ri­ni müəy­yən­ləş­dir­mə­yə baş­la­yan te­atr 1930-cu il­dən Hü­seyn Ərəb­lins­ki adı­na Lən­kə­ran Mu­si­qi­li Döv­lət Dram Teat­rı ki­mi fəa­liy­yə­ti­ni da­vam et­di­rir. 1949-cu il­dən Lən­kə­ran Xalq Teat­rı ki­mi fəa­liy­yət gös­tə­rir. 1973-cü il­dən sə­nət oca­ğı­na ye­ni­dən döv­lət teat­rı sta­tu­su ve­ri­lir.

  

   A­zər­bay­can və dün­ya dra­ma­tur­gi­ya­sı­nın klas­sik və müa­sir nü­mu­nə­lə­ri­nin da­im vəh­dət­də təq­dim olun­du­ğu teat­rın bu­gün­kü fəa­liy­yə­ti­nə nə­zər sal­maq is­tə­dik. Sə­nət oca­ğı­nın müa­sir te­atr mü­hi­ti­nə in­teq­ra­si­ya­sı, ye­ni re­per­tuar si­ya­sə­ti və ümu­mi­lik­də yer­ləş­di­yi böl­gə­nin mə­də­ni hə­ya­tı­na nü­fuz im­kan­la­rı ba­rə­də teat­rın di­rek­to­ru İs­lam Hə­sə­nov­la həm­söh­bət ol­duq. Di­rek­tor söh­bə­tə teat­rın uğur­la­rı, yer­li və xa­ri­ci qast­rol­la­rı ba­rə­də mə­lu­mat­la baş­la­dı.

  

   - İs­tər öl­kə da­xi­lin­də, is­tər­sə də xa­ric­də iş­ti­rak et­di­yi­miz fes­ti­val­lar və qast­rol­lar­da diq­qət cəlb edən uğur­la­ra im­za at­mı­şıq. Teat­rı­mız son bir ne­çə il­də Tür­ki­yə­nin Də­niz­li şə­hə­rin­də ke­çi­ri­lən 23-cü Bey­nəl­xalq te­atr fes­ti­va­lın­da iş­ti­rak edib, ar­dın­ca An­tal­ya şə­hə­rin­də qast­rol­da ol­duq. Kol­lek­ti­vi­miz “Min nə­fəs, bir səs” de­vi­zi al­tın­da ke­çi­ri­lən bey­nəl­xalq te­atr fes­ti­va­lın­da da uğur­la təm­sil olun­du. Bun­dan baş­qa, Gür­cüs­ta­nın Ku­tai­si Döv­lət Gənc­lər Teat­rı­nın də­və­ti ilə qon­şu res­pub­li­ka­da qast­rol sə­fə­rin­də ol­mu­şuq. Qast­rol za­ma­nı Gür­cüs­ta­nın müx­tə­lif şə­hər­lə­rin­də, həm­çi­nin azər­bay­can­lı­la­rın ya­şa­dı­ğı Mar­neu­li, Dma­ni­si, Bol­ni­si və Qar­da­ba­ni şə­hər­lə­rin­də təq­dim et­di­yi­miz ta­ma­şa­lar rəğ­bət­lə qar­şı­lan­dı. 2009-cu ilin iyunun­da Gən­cə şə­hə­rin­də “Ye­ni te­atr” I Res­pub­li­ka fes­ti­va­lın­da iş­ti­rak et­dik. 2011-ci il­də isə Lən­kə­ran­da ke­çi­ri­lən II Res­pub­li­ka fes­ti­va­lı­na ev sa­hib­li­yi et­dik. Bun­dan əla­və, 2010-cu il­də Tür­ki­yə­nin An­ka­ra şə­hə­rin­də ke­çi­ri­lən 15-ci Bey­nəl­xalq Te­atr Fes­ti­va­lın­da da uğur­la iş­ti­rak et­dik.

   - İs­lam müəl­lim, teat­rı­nı­zın son il­lər­də­ki re­per­tua­rı­na nə­zər sa­lar­kən müx­tə­lif səp­ki­li pyes­lə­rin ta­ma­şa­ya qo­yul­du­ğu­nu gö­rü­rük. Tə­bii ki, bu da ta­ma­şa­çı tə­lə­bin­dən irə­li gə­lir. Bəs akt­yor po­ten­sia­lı­nız ne­cə, o tə­lə­bə xid­mət edə bi­lir­mi?

   - Bə­zi böl­gə teatr­la­rın­da ol­du­ğu ki­mi, biz­də də ye­ni akt­yor nəs­li sa­rı­dan müəy­yən çə­tin­lik­lər möv­cud­dur. La­kin bu­na bax­ma­ya­raq, biz tez-tez mü­sa­bi­qə­lər ke­çi­rir və teat­rı­mız­da fəa­liy­yət gös­tə­rən stu­di­ya­ya ye­ni üzv­lər cəlb edi­rik. On­lar bö­yük təc­rü­bə­yə ma­lik olan xalq və əmək­dar ar­tist­lə­rin təc­rü­bə­sin­dən, akt­yor­luq mə­ha­rə­tin­dən bəh­rə­lə­nir­lər. Teatr­da akt­yor trup­pa­sı ilə bağ­lı cid­di bir prob­lem yox­dur. Re­per­tua­rı se­çən­də də məhz akt­yor­la­rın ya­ra­dı­cı­lıq im­kan­la­rı­nı nə­zə­rə alı­rıq. Biz öh­də­sin­dən gə­lə bil­mə­yə­cə­yi­miz əsə­ri səh­nə­yə gə­tir­mi­rik. Çün­ki çox tə­ləb­kar və zövq­lü ta­ma­şa­çı­la­rı­mız var. Bir də akt­yor səh­nə­də ye­ti­şir, o, ta­ma­şa­dan-ta­ma­şa­ya for­ma­la­şır, is­te­dad və ba­ca­rı­ğı­nı bü­töv­lü­yü ilə nü­ma­yiş et­dir­mək im­ka­nı əl­də edir. Ona gö­rə də hər bir akt­yo­ra özü­nü ən müx­tə­lif priz­ma­lar­dan nü­ma­yiş im­ka­nı ver­mək la­zım­dır.

   Teat­rın re­per­tuar si­ya­sə­ti­nə gə­lin­cə, bu, tə­bii ki, ta­ma­şa­çı­la­rın zövq və tə­lə­bi­nə he­sab­la­nır. Kol­lek­ti­vin ya­ra­dı­cı im­kan­la­rı bu za­man əsas gö­tü­rü­lür. Bi­zim üçün baş­lı­ca şərt han­sı­sa məş­hur əsə­ri səh­nə­ləş­di­rib onun köl­gə­si­nə sı­ğın­maq, bu yol­la ta­nın­maq yox, hər han­sı ədə­bi nü­mu­nə­ni te­atr ha­di­sə­si­nə çe­vi­rə bil­mək­dir. Am­ma son il­lər uğur­lu klas­sik nü­mu­nə­lər də bi­zim səh­nə­də nü­ma­yiş olu­nur və bö­yük ma­raq­la qar­şı­la­nır. Bun­lar­dan So­fok­lın “Şah Edip”, Q.Fi­qe­rey­do­nunEzop”, EVoy­ni­çinOvod”, M.Xu­bai­nin “Şey­ta­nın oyun­la­rı”, Ç.Ayt­ma­to­vunMan­qurt”, Q.Qo­ri­ninHe­rast­ra­tı unu­dun”, M.F.A­xund­za­də­ninLən­kə­ran xa­nı­nın və­zi­ri”, N.Və­zi­ro­vunAğa­kə­rim Xan Ər­də­bi­li” əsər­lə­ri­nin adı­nı çə­kə bi­lə­rəm.

   Bil­di­yi­niz ki­mi, Azər­bay­can teat­rı bu gün özü­nün ye­ni in­ki­şaf mər­hə­lə­si­ni ya­şa­yır. Ar­tıq teat­rın məq­səd və mə­ra­mın­da müəy­yən ten­den­si­ya­lar mü­şa­yiət olun­maq­da­dır. Bi­zim kol­lek­tiv də te­atr sa­hə­sin­də olan ye­ni­lik­lə­ri, müa­sir­li­yi qə­bul edə­rək, öz dəst-xət­ti­nə sa­diq qa­lan bir kol­lek­tiv ola­raq, Azər­bay­can teat­rı­nın in­ki­şa­fı­na öz töh­fə­lə­ri­ni ver­mək­də­dir.

   - Qeyd et­di­yi­niz ki­mi, hər teat­rın özü­nün müəy­yən olun­muş dəst-xət­ti var. Bu mə­na­da Lən­kə­ran teat­rı və onun ta­ma­şa­çı­sı ba­rə­də nə de­mək olar?

    - Öl­kə Pre­zi­den­ti­ninAzər­bay­can te­atr sə­nə­ti­nin in­ki­şaf et­di­ril­mə­si haq­qın­da” 19 fev­ral 2007-ci il ta­rix­li sə­rən­ca­mı mil­li mə­də­niy­yə­ti­mi­zin in­ki­şa­fın­da xü­su­si ye­ri olan Azər­bay­can teat­rı­nın mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si və ya­ra­dı­cı po­ten­sia­lı­nın in­ki­şaf et­di­ril­mə­si üçün ge­niş im­kan­lar açır. Hə­min sə­rən­ca­mın ic­ra­sı­na uy­ğun ola­raq, 2009-cu il ma­yın 18-də öl­kə baş­çı­sı tə­rə­fin­dənAzər­bay­can teat­rı 2009-2019-cu il­lər­də” Döv­lət Proq­ra­mı təs­diq edil­miş­dir. N.Və­zi­rov adı­na Lən­kə­ran Döv­lət Dram Teat­rı da ümum­bə­şə­ri və mil­li də­yər­lə­rin təb­li­ği­nə, mil­li mə­də­niy­yə­ti­mi­zin dün­ya mə­də­niy­yə­ti­nə in­teq­ra­si­ya olun­ma­sı­na üs­tün­lük ve­rə­rək öz dəst-xət­ti­ni qo­ru­ma­ğa və in­ki­şaf et­dir­mə­yə ça­lı­şır. Bu ya­xın­lar­da Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən teat­rı­mı­za Tu­ral Mus­ta­fa­yev baş re­jis­sor tə­yin edil­miş­dir. İna­nı­rıq ki, teat­rı­mı­zın ye­ni baş re­jis­so­ru öz ya­ra­dı­cı­lıq üs­lu­bu­nu tət­biq və qə­bul et­dir­mək­lə teat­rı­mı­zın da­ha da in­ki­şa­fı üçün bü­tün im­kan­lar­dan is­ti­fa­də edə­cək.

   - Lən­kə­ran teat­rı ra­yo­nun əsas mə­də­niy­yət oca­ğı­dır. Yə­qin ta­ma­şa­la­rı­nı­zı nə­sil əla­qə­si­nin qo­run­ma­sı­na, hər yaş qru­pu­nun teat­ral tə­ləb­lə­ri­nə he­sab­la­yır­sı­nız...

   - Tə­bii ki, bu, çox çə­tin­dir. Çün­ki ən müx­tə­lif yaş qru­pu və müx­tə­lif zövq­lü ta­ma­şa­çı­la­rın is­tək­lə­ri­nə ca­vab ver­mək, on­la­rı teat­ra bağ­la­maq ha­zır­kı dö­nəm­də elə də asan de­yil. Am­ma bi­zim bu­nun­la bağ­lı elə də cid­di prob­le­mi­miz yox­dur. Ta­ma­şa­çı za­lı­mız­da is­tə­ni­lən nəs­lin təm­sil­çi­lə­ri­nə rast gə­li­nir.

   - Böl­gə­də fəaliyyət göstərən sə­nət oca­ğı ola­raq pay­taxt və di­gər re­gion­lar­da yer­lə­şən teatr­lar­la ya­ra­dı­cı əla­qə­lə­ri­niz han­sı sə­viy­yə­də­dir?

   - Kol­lek­ti­vi­mi­zin Gür­cüs­ta­nın Ku­tai­si Döv­lət Gənc­lər Teat­rı, Tür­ki­yə­nin te­atr kol­lek­tiv­lə­ri, Bol­qa­rıs­ta­nın So­fi­ya “Pro­vo­ka­tor” Te­atr stu­di­ya­sı, res­pub­li­ka­mız­da isə Sum­qa­yıt Döv­lət Mu­si­qi­li Dram, Gən­cə Döv­lət Dram, Nax­çı­van Mu­si­qi­li Döv­lət Dram teat­rlərı ilə sıx əla­qə­lə­ri var. Bun­dan baş­qa, teat­rı­mızın dəs­t-xət­tinin in­ki­şa­fı və da­ha ye­ni ya­ra­dı­cı­lıq əlaqələrinin ya­ra­dıl­ma­sı üçün həm yer­li, həm də xa­ri­ci teatr­la­rın re­jis­sor­la­rı­nı də­vət edirik. İs­tər öl­kə, is­tər­sə də xa­ri­ci teatr­lar­la, o cüm­lə­dən İran, Ru­si­ya, Uk­ray­na teatr­la­rı ilə ya­ra­dı­cı­lıq əmək­daş­lı­ğı­mı­zı ge­niş­lən­dir­mək is­tə­yi­rik. Bu xü­sus­da biz əsa­sən akt­yor, re­jis­sor mü­ba­di­lə­si­nə, də­vət­li qu­ru­luş­çu­la­rın bi­zim teatr­da ye­ni-ye­ni ta­ma­şa­lar ha­zır­la­ma­sı­na xü­su­si ma­raq gös­tə­ri­rik. Məsələn, Bol­qa­rıs­tan­lı re­jis­sor Xris­to Stoy­çev fran­sız dra­ma­tur­qu Jan Ba­tist Mol­ye­rin “Mi­zant­rop” əsə­ri­nə qu­ru­luş ver­mək üçün teat­rı­mı­za də­vət olu­nub.

   - Ba­yaq re­per­tua­rı­nız­dan da­nı­şar­kən məş­hur klas­sik əsər­lə­rin, də­fə­lər­lə oy­na­nıl­mış dram nü­mu­nə­lə­ri­nin adı­nı çək­di­niz. Bəs ye­ni dram nü­mu­nə­lə­ri, gənc dra­ma­turq­la­rın əsər­lə­ri ba­rə­də nə de­yə bi­lər­si­niz?

   - Tə­bii ki, ye­ni ədə­bi nü­mu­nə­lə­rə yer ayı­rır, in­di­yə­dək əsər­lə­ri ta­ma­şa­ya qo­yul­ma­yan ya­zar­lar­la da iş­lə­yi­rik. Bu ya­xın­lar­da Kam­ran Nə­zir­li­nin “Şey­tan işı­ğı” əsə­ri­ni ta­ma­şa­ya qoy­duq. Hə­min müəl­li­fin “Nar­ko­man” əsə­ri üzə­rin­də də iş­lər ge­dir. Ta­ma­şa­ əs­rin bə­la­sı olan nar­ko­maniyaya qar­şı bir hə­yə­can siq­na­lı­dır. Bun­dan baş­qa, dra­ma­turq A.­Mə­də­to­vun “Se­za­rın qət­li” əsə­ri ta­ma­şa­ya qo­yu­lub. Həm­çi­nin yer­li dra­ma­turq­lar­dan Z.Ba­ğı­rov­ və A.­Fə­tul­la­yev­lə ya­ra­dı­cı­lıq əla­qə­lə­ri qu­rul­muş və on­la­rın əsər­lə­ri ta­ma­şa­çı­la­ra təq­dim olun­muş­dur.

   - Ha­zır­da teat­rı­nız­da han­sı ye­ni ta­ma­şa­lar üzə­rin­də iş ge­dir?

   - Bu ilin re­per­tua­rı­na uy­ğun ola­raq teat­rı­mız­da dövlət sifarişi ilə M.F.Axund­za­dənin “Lənkəran xanının vəziri”, həmçinin E.­Voy­ni­çin “Ovod”, C.Məm­məd­qu­lu­za­də­nin “Da­na­baş kən­di­nin əh­va­lat­la­rı”, J.B.Mol­ye­rin “Mi­zant­rop”, P.Pan­çe­vin “Dörd əkiz qar­daş haq­qın­da na­ğıl ”, S.Din­çe­lin “Ya­şan­ma­yan gənc­lik” əsər­lə­ri­nin ta­ma­şa­la­rı ha­zır­la­nır.

   - Teat­rı­nız lən­kə­ran­lı sə­nət­se­vər­lə­rin hə­ya­tı­na ye­tə­rin­cə nü­fuz edə bi­lir­mi?

   - Teat­rı­mız Lən­kə­ra­nın ic­ti­mai-mə­də­ni hə­ya­tın­da mü­hüm rol oy­na­yır və is­tər ta­ma­şa­la­rı ilə, is­tər­sə də ra­yon­da ke­çi­ri­lən döv­lət və mə­də­ni-küt­lə­vi təd­bir­lər­də öz fəal­lı­ğı, ya­ra­dı­cı­lı­ğı və təş­ki­lat­çı­lı­ğı ilə se­vi­lir və qiy­mət­lən­di­ri­lir.

  

 

   Söh­bət­ləş­di: Hə­mi­də Ni­za­mi­qı­zı

 

   Mədəniyyət.- 2012.- 11 may.- S. 7.