“Yaddaşlarda yaşayan
lider”
Milli kitabxanada kitab sərgisi
Mayın 10-da M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında ümummilli
lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr edilmiş “Yaddaşlarda yaşayan
lider” adlı kitab sərgisi açılıb.
Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu,
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız
qarşısındakı misilsiz xidmətlərindən
danışıb.
Qeyd olunub ki, ümummilli liderin Azərbaycan xalqına göstərdiyi xidmətlər
içərisində onun
təhsil, elm və mədəniyyətin inkişafına
qayğısı xüsusi
yer tutur. Buna görə də
dahi liderin xatirəsi xalqımızın
qəlbində daim yaşayacaq.
Sonra iştirakçılar sərgi
ilə tanış
olublar. Sərgidə
ümummilli liderin həyat və fəaliyyətini özündə
əks etdirən Azərbaycan, rus, ingilis, türk və fars
dillərində 250-yə yaxın kitab nümayiş olunub.
Mədəniyyət.- 2012.-
11 may.- S. 5.