“Heydər
Əliyev ideyalarını qoruyaq və yaşadaq!”
Mayın
10-da Yasamal rayon MKS-də ümummilli liderin anadan olmasının
89-cu ildönümü ilə əlaqədar “Heydər Əliyev
ideyalarını qoruyaq və yaşadaq!” başlığı
altında tədbir keçirildi.
Tədbirdə Yasamal rayon MKS-in
direktoru Naminə Ömərova, MKS-in direktor müavini
İradə Qasımova, filial müdirləri, şöbə
müdirləri və MKS-in digər əməkdaşları,
20, 225, 158, 167 saylı orta məktəblərin şagirdləri
və valideynlər iştirak edirdilər.
Şöbə müdiri Təranə
Cəfərova və proqramçı Aysel İsmayılova
Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti
haqqında məruzə ilə çıxış etdilər.
Çıxışlardan sonra
məktəb şagirdlərinin ulu öndər haqqında
söylədikləri şeirlər maraqla qarşılandı.
Tədbirin sonunda MKS-in direktoru Naminə Ömərova
gələn qonaqlara və iştirakçılara təşəkkür
etdi.
* * *
Səbail Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemində də ümummilli lider Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümü münasibətilə
silsilə tədbirlər keçirilib.
MKS-in mərkəzi kitabxanasında
oxucularla “Böyük şəxsiyyət, güclü lider”,
1 və 2 nömrəli filiallarında isə “Ömrünü
xalqına həsr edən dahi insan” və “Xalqın parlaq
günəşi” mövzularında söhbətlər
aparılıb və müvafiq kitab sərgiləri
nümayiş olunub.
Mədəniyyət.-
2012.- 11 may.- S. 5.