Həsrət
essesi
Laçının
işğalından 20 il keçir...
Yerdə dərdimi bölüşə
biləcək bir Allah
bəndəsi tapmayanda uzun,
lap uzun bir nərdivan tapıb göyə
dırmaşmaq istəyirəm. Belə yerdə “əstəfrüllah,
yoxsa Allahla dərdləşmək
istəyirsən?” - deyirlər. Başqa
çarəm yoxdur. Axı
nə vaxtacan içimizi
didən suallar cavabsız qalacaq,
axı nə vaxtacan “haralısan”
sualına “o tərəflərdənik”
deyəcəyik. 20 ildir bu
sözü dilimizdən eşidənlər
gözümüzün içinə
baxıb “yazıq” deyirlər...
O gün əmim dedi ki, ildönümümüz
yaxınlaşır, nə yazacaqsan? Dedim ki, heç nə. Gördüm
əmim tutuldu. Ancaq deyə bilmədim ki, dərdi yazmaq olmur, dərdi
yaşamaq olur, əmi. Bir də xəbər
tutursan ki, için tamam çürüyüb. Sonra da iki-üç nəfər
yığışıb məzar
qazır. Bu məzara girməmişdən
əvvəl ruhun baş götürüb cismin gedə bilmədiyi səmtə üz tutur. Hər gün olmasa da, vətənindən ayrı düşən hər kəsin ruhu onu beləcə
tərk edir. Eynən mənim kimi...
Mən pay-piyada, bir
göz qırpımında
gedib kəndimizə çatdım. Kəndimizin girəcəyində
qəbiristanlıq vardı.
Uşaq vaxtı oradan qorxurduq, amma bilmirdik ki, qəbiristanlıqların
da yaxşısı-pisi,
ögeyi-doğması olurmuş.
Sən demə dünyanın ən gözəl qəbiristanlığı elə
qorxduğumuz, eyməndiyimiz
o məzarlıq imiş.
Bütün bunları sonra
biləcəkdik.
Sükut dünyasına çatan
kimi ölənlərimizin
ruhuna rəhmət oxudum. Sındırılmış başdaşlarının qırıq parçalarından
üzümə dikilmiş
gözlərdə tənə
qarışıq giley
gördüm. Diriləri
məzəmmət edən
bu baxışlardan yayınmaqdan başqa əlacım qalmadı...
Qəbiristanlığı tərk edib
yolun altına endim. Qoca armud ağacının
kölgəsində oturub
dağ yuxarı salınmış kəndimizə
göz dolusu, min ilin həsrətlisi kimi baxdım. Kəndimiz həm o kənd idi, həm o kənd deyildi. Yandırılmış, viran edilmiş
evlərin xarabazarlığına
ölüm sükutu çökmüşdü. Birdən qulağıma səs dəydi. Toy səsi...
ay camaat, kənddə
toy vardı, toy!!!
Xəbərim olmadan iki dərəni birnəfəsə
adlayıb kəndimizə
çatdım. Nə
kəndimiz vardı, nə camaatımız, nə də toy...
Ayağımı sürüyə-sürüyə
darvazamızın ağzına
çatdım. Ruhum tir-tir
titrəyirdi. Yerə çöküb
boz çınqılları
mirvari dənələri
kimi ovcuma yığıb sinəmə
sıxdım. Ancaq
hansısa hiss elə
hey məni tələsdirirdi...
... Darvazadan içəri keçdim.
Girəcəkdəki tut ağacı elə
bil məni tanımadı. Pərt oldum.
Biz ki, qonağı
belə qarşılamırdıq.
Ayaqlarımı sürüyüb qapıya çatdım.
Göz işlədikcə Sarıbabayacan
doğma mənzərənin
şəklini ruhuma köçürdüm.
Sonra dönüb yanıb
külə dönmüş
evimizə baxdım.
Daş qalağının üstündə
adamboyu otlar bitmişdi.
Həyətimizə enib baxımsız
ağaclarımıza baş
çəkdim. Boş pətək
yerləri, tənha çinar ağacı cırcıramaların qəmli
nəğməsində kədərə
bələnmişdi. Təsəvvür edirsiz, bütün bunlara göz yaşı tökmədən
tamaşa edirdim.
Sonra sapı günün-yağışın
altında çürümüş
bel tapıb elə tək çinarın dibində dərin bir quyu qazmağa başladım. Burdan hər
yer görünürdü.
Qonum-qonşunun xaraba qalmış evləri, yaxındakı və uzaqdakı dağlar, lap Tanrının özünü
də bu təpədən bütün
aydınlığı ilə
duymaq olurdu. Məqsədim məzara oxşar
bu quyuya girib, daha geri
qayıtmamaq idi.
Səs eşitdim, heç vaxt eşitmədiyim müəmmalı
bir səs:
- O gün yadındadı?
- Hə, elə bil qiyamət
qopmuşdu. Dedilər, nə dayanmısınız,
ay evi yıxılmışlar,
sizi də Xocalının gününə
salacaqlar. Kənddən çıxanda sonuncu dəfə dönüb kəndimizə baxdım.
Leysan yağış başlamışdı.
Odu budu, o yağış kəsmək bilmir ki, bilmir.
- Yurd yerində nəyin qaldı?
- Ocağım.
İllər keçir,
sən demə, yad ocaq adamı
isitmirmiş...
- Ayrılıq
nədir?
- Arzulamadığın
həqiqət.
- Bəs həqiqət nədir?
- Qarabağsız
həqiqət yoxdur.
- Ölmək istəyirsən?
- Yurd itkisi özü ilə birlikdə qaçqınlıq, əzab,
dərd, ölüm, ağlasığan və sığmayan min cür sıxıntı gətirdi.
Heç kim
qəriblikdə ölmək
istəmir, heç kim... Gözləri yollara baxmaqdan
yorulmuş qocaları
görəndə qəlbim
qan ağlayır.
Bir də qəriblikdə ölənin
yasında Vətənə
ağı deyəndə
anaların göz yaşında qayığa
dönüb onların
arzularının dalınca
getmək istəyirəm...
- Ümidinə
qar yağmayıb ki?
- Bir gün dərd yağışı kəsəcək,
gün çıxacaq.
Eynən
Qarabağdakı kimi.
Bilmirəm, o günü
görmək bizə qismət olacaq, ya yox, ancaq
o gün nə vaxtsa gələcək...
Gözümü qırpan kimi
hər şey alt-üst oldu.
Eh, dərdimi demək üçün mənə mütləq nərdivan lazımdır...
Təranə Vahid
Mədəniyyət.-
2012.- 18 may.- S. 15.