Azərbaycan
xalçaları: Təbriz qrupu
“Azər-İlmə”
xalçaçılıq şirkətinin nəşri olan
“Azərbaycan xalçaları öz qrupları ilə” silsiləsindən
növbəti nəşr - “Azərbaycan xalçaları - Təbriz
qrupu” kitabçası işıq üzü görüb.
Nəşrdə dünya
şöhrətli Təbriz xalçaları, onların
xarakteristikası və ətraflı təsnifatı yer
alıb. Mürəkkəb ornamentə, kompozisiya və toxunma
texnologiyasına malik olan Təbriz xalçaları Azərbaycan
xalçaçılıq məktəbinin ən gözəl
nümunələrini özündə ehtiva edir. Böyük
şöhrət qazanan Təbriz xalçaları hər zaman
Avropada yaşayıb-yaradan rəssamların diqqət mərkəzində
olub.
“Təbriz qrupu” xalçaları bədii-texniki
xüsusiyyətlərinə və kompozisiyalarına görə
Təbriz və Ərdəbil qollarına ayrılır. Təbriz
qoluna “Təbriz”, “Əfşan”, “Dörd fəsil”, “Baxşayış”,
“Qərəcə”, “Görəvan”, “Heris”, “Ovçuluq”,
“Ağaclı” və “Ləçəkturunc” kompozisiyaları,
Ərdəbil qoluna isə “Ərdəbil”, “Şeyx Səfi”,
“Şahabbası”, “Sərabi”, “Zəncan”, “Mir” və
“Açma-yumma” çeşniləri daxildir.
Kitabça Azərbaycan, rus,
ingilis, fransız, alman və ərəb dillərində
olmaqla altı dildə nəşr edilib. Layihənin rəhbəri
professor Vidadi Muradovdur.
Mədəniyyət.-
2012.- 18 may.- S. 8.