Filmlərimiz Kann kinofestivalında

 

   Mayın 16-da 65-ci Beynəlxalq Kann kinofestivalı işə başlayıb. Bu il ikinci dəfədir ki, dünyanın ən mötəbər kino müsabiqəsində ölkəmizin bayrağı dalğalanır. Festivalda Azərbaycanın pavilyonu quraşdırılıb. “Azərbaycanfilm” kinostudiyasının loqotipi ilə bəzədilmiş pavilyonda kinomuzun tarixi, bugünkü potensialı, birgə film istehsalı imkanları haqqında məlumatlar bildirən çap məhsulları və audiovizual materiallar təqdim edilib. Burada Azərbaycanın turizm imkanları da geniş təqdim olunub.

 

   Pavilyonda qurulmuş monitorda rejissor İlqar Nəcəfin “Buta” bədii filmi nümayiş edilib. Ekran əsərini seyr edən müxtəlif ölkələrin nümayəndələri və festival iştirakçıları filmin milli folklora və ənənələrə söykənməklə yanaşı, Avropa tamaşaçılarının anlaya biləcək tərzdə çəkildiyini bildiriblər. Həmçinin filmin son bir neçə ayda iki beynəlxalq kinofestivalın baş mükafatına layiq görüldüyü haqqında tamaşaçılara məlumat verilib.

   Festival proqramlarından birində iki qısametrajlı filmimiz təmsil olunur. Bu, “Ultra production” şirkətinin çəkdiyiİnkoqnitoİz production”un istehsal etdiyiSusma!” filmləridir.

   Festival Ues AndersonunBədirlənmiş ay Krallığı” (Moonrise Kingdom) filmi ilə açılıb. Yeniyetmələrin sevgisindən bəhs edən filmdə baş rolları Brüs Uillis Bill Mürrey ifa edirlər. Qızıl palma budağıuğrunda əsas mübarizədə 22 film yarışır. Onların arasında David KronenberqKosmopolis” (Cosmopolis), Mixail HanekMəhəbbət” (Amour), Uolter SallesYolda” (On the road), həmçinin Jak Odiard, Li Daniels, Abbas Kiarostami, Sergey Loznitsa s. rejissorların filmi yer alır. Festival mayın 27-dək davam edəcək qaliblərin adı həmin gün açıqlanacaq.

   Festivalın qonaqları arasında Yeva Lonqoriya, Frida Pinto, Oleq Bolduin, Bryüs Uillis digər kino ulduzları var. Kinofestivalın münsiflər heyətinə italyan kinorejissor, prodüser aktyor Nanni Moretti başçılıq edir. Onunla birlikdə münsif kreslosunda aktyorlar Diana Krüqer, Hiam Abbas, Evan MakQreqor Emanuel Devo, rejissorlar Aleksandr Peyn, Andrea Arnold Raul Pek yer alıblar.

   Həmçinin festivalın tarixində ilk dəfə olaraq dünya şöhrətli modelyer Jan Pol Qotye münsif heyətinin üzvüdür. Festivalın emblemini isə məşhur aktrisa Merlin Monronun fotosu bəzəyir. Bu il dünya kinematoqrafında əbədi cazibə simvolu olan aktrisanın ölümündən 50 il keçir.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 18 may.- S. 3.