«Almaniya bir rəssamın gözü ilə»
Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyası, «Qız Qalası» və
«Berlin-Baku» qalereyalarının təşkilatçılığı
ilə keçirilən «Almaniya bir rəssamın gözü
ilə» adlı sərgi-müsabiqəyə yekun vurulub.
Müsabiqəyə ümumilikdə
63 rəssam 67 əsərlə qatılıb. Mayın 22-də
Alman-Azərbaycan Mədəniyyət Mərkəzi
«Kapellhaus»da qaliblərə mükafatlar təqdim olundu.
Tədbirdə
çıxış edən Almaniya səfiri Herbert Kvelle sərginin
önəmindən, Almaniya-Azərbaycan arasında mədəni
əlaqələrin genişlənməsindən
danışdı: «Azərbaycanla Almaniya arasında dostluq
münasibətləri daimidir. Mədəniyyət sahəsində
bu əlaqələri ildən-ilə genişləndiririk. Bu əlaqələrə
heç nə xələl gətirə bilməz”.
Rəssamlıq Akademiyasının
rektoru Ömər Eldarov Almaniya səfirliyi ilə birgə tədbirlərin
keçirilməsinin atıq ənənəvi hal
aldığını bildirdi. Səfirliyin belə layihələrə
təşkilatçılıq etməsini yüksək qiymətləndirdi.
Sonra müsabiqədə birinci yerə
layiq görülmüş Nəzrin Rəhimova, ikinci və
üçüncü yerləri qazanmış Roza Əliyeva
və Nərgiz Əzizovaya diplomlar təqdim olundu.
Sonda tədbir
iştirakçıları incəsənət sərgisi ilə
tanış oldular.
Gülər
Mədəniyyət.-
2012.- 23 may.- S. 11.