Musiqi məktəbinin yeni
binası açıldı
Fatmayı qəsəbəsində yerləşən
Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbinin
yeni binasının açılışı oldu. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə
tikilmiş tədris ocağının
açılışı əməlli-başlı bayram
ovqatı yaratmışdı.
Şuşa Rayon Mədəniyyət
və Turizm Şöbəsinin nəzdində fəaliyyət
göstərən musiqi məktəbinin direktoru İlham Həsənov
tədbiri giriş sözü ilə açaraq, tikintini həyata
keçirən quruma dərin minnətdarlığını
bildirdi. Sonra Şuşa Rayon İcra Hakimiyyəti
başçının müavini Vüsalə Fətəliyeva
çıxış edərək, məktəbin müəllim
və şagird kollektivini yeni binanın
açılışı münasibətilə təbrik
etdi. Şuşa Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Zahid Abbasov da tikintidə əməyi
olanlara minnətdarlığını bildirdi, məktəbin
kollektivinə uğurlar dilədi.
Rəsmi hissədən sonra rayon mədəniyyət
və turizm şöbəsi tərəfindən lazımi
avadanlıqlarla təmin edilən məktəbin
ansamblının konserti oldu. Bu həm də kollektivin 2011-2012-ci tədris
ili üçün
hesabat konserti idi.
Məktəbin
2-ci sinif şagirdi Nihad Abbasovun ifa etdiyi “Şuşanın
dağları başı
dumanlı” mahnısı
alqışlarla qarşılandı.
Şagirdlərdən Yasin
Şükürov (tar), Arzu
Məmmədova (ifaçı),
Elçin İsmayılzadə
(tar), Zəhra İsrafilova
(fortepiano), Şəbnəm Ağayarova (fortepiano) da maraqlı çıxışları
ilə yadda qaldılar. Konsert proqramı məktəbin müəllimləri İlhamə
Əzimova, Kərim Məmmədov, Kərim Rəhimov və Sərfinaz Məmmədovanın
köməyi ilə hazırlanmışdı. Tədbirin
sonunda şagirdlər
“Yaşa, Azərbaycan”
mahnısını böyük
şövqlə ifa etdilər.
Mədəniyyət.- 2012.- 23 may.- S. 6.