“Qələmdən
kadra”
Qarabağ mövzusunda filmlər təqdim olundu
Mayın 20-də “Bakı”
kinoteatrında “Qələmdən kadra: Qarabağ” adlı
qısametrajlı filmlər festivalı keçirildi.
“PP-Cinema” prodakşının təşkilatçılığı
ilə ikinci dəfə gerçəkləşən tədbirdə
gənc rejissorların Qarabağ mövzusunda filmləri təqdim
olundu. Festivala qatılan 20-dək ekran əsəri
kinoşünas Aydın Kazımzadə, “Yuğ”
teatrının direktoru Tərlan Rəsulov, “Yuğ”
teatrının aktrisası Yaqut Paşazadə və
başqalarının yer aldığı münsiflər heyəti
tərəfindən qiymətləndirildi, müxtəlif
nominasiyalar üzrə mükafatlar təqdim edildi.
“Ən yaxşı rejissor işi”
nominasiyasında Ər-Toğrulun “Ömürlük əsir”
(1-ci yer), Seyran Mahmudoğlunun “Döyüntü”,
Möhsün Quliyevin “Fobiya”, Firdovsi Nəbiyevin “Bəxt” və
Kamal Məmmədovun “Beş” filmləri
mükafatlandırıldı.
“Ən yaxşı aktyor”
nominasiyasında “Bəxt” filmindəki roluna görə Murad
Abdullayev, “Ən yaxşı aktrisa” nominasiyasında
“Döyüntü” filmindəki roluna görə Adilə Məmmədova
mükafata layiq görüldülər. “Ən yaxşı
qadın rejissor” nominasiyasında Könül Əlibəylinin
“Zərbə” filmi diploma layiq görüldü.
Tədbirdə ilk festivalın
münsif heyətinin üzvü olan Əməkdar incəsənət
xadimi, tanınmış telerejissor Tariyel Vəliyevin xatirəsinə
həsr olunmuş videoçarx da nümayiş olundu.
Reyhan
Mədəniyyət.-
2012.- 23 may.- S. 6.