Üzeyir bəyin kitabxanasından boylanan sirlər

 

   Mayın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Beynəlxalq Muzeylər Günü münasibətiləAçıq qapıgünü keçirildi. Bu dəfə muzeydəÜzeyir bəyin kitabxanasından boylanan sirləradı altında bəstəkarın kitabxanasından nümunələr nümayiş olundu.

   

   Ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov Üzeyir bəyin zəngin kitabxanası barədə məlumat verdi: “Bu dəfə Beynəlxalq Muzeylər Günü ilə bağlı qərara gəldik ki, Üzeyir bəyin kitabxanasından bəzi kitabları nümayiş etdirək. Çünki kitab hər bir şəxsiyyətin daxili aləmini göstərən güzgüdür. Bu kitablar da Üzeyir bəyin zəngin mütaliəsindən, geniş dünyagörüşündən xəbər verir. Onların bir qismi Üzeyir bəyin 1912-1914-cü illərdə Moskvada, Peterburqda təhsil alarkən oxuduğu, öyrəndiyi kitablardır. Bəstəkar o dövrdə dünya musiqiçilərinin əsərlərini mütaliə edib, öyrənib. Dünya musiqi xəzinəsinin inciləri ilə tanış olan Üzeyir bəy ölməz əsərlər yaradaraq milli musiqimizi ən yüksək zirvələrə ucaldıb”.

   Nümayiş olunan kitablar arasında Üzeyir Hacıbəyli Müslüm Maqomayevin 1927-ci ildə çap olunanAzərbaycan türk el nəğmələri”, Seyid Əzim ŞirvanininDivanilər”, Zeynalabdin Marağayininİbrahim bəyin səyahətnaməsiəsəri var. Üzeyir bəyin tələbələrinin avtoqrafla müəllimlərinə bağışladıqları nəşrlər - Səid Rüstəmovun “Tar məktəbi”, Cəvahir HəsənovanınKamança məktəbi”, eləcə dünya musiqi nəzəriyyəçilərinin kitabları da dahi bəstəkarın kitabxanasını bəzəyir.

   Üzeyir bəyin kitabxanasından boylanan sirlərayrılıqda bir dünyadır. Bu dünya öz tədqiqatçısını gözləyir.

  

 

   Təranə Vahid

 

  Mədəniyyət.- 2012.- 23 may.- S. 3.