“Eurovision-2012”
müsabiqəsi başlandı
Beynəlxalq
mahnı yarışmasının birinci yarımfinalı
keçirildi
Paytaxtımız Bakının ev sahibliyi etdiyi və bu
günlər dünyanın diqqət mərkəzində olan
“Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinə start
verildi. Mayın 22-dən 23-nə keçən gecə “Baku
Crystal Hall”ın möhtəşəm arenasında musiqi
yarışmasının birinci yarımfinalı gerçəkləşdi.
Bakı vaxtilə saat 24-də başlanan yarışmada 18
ölkə təmsilçisi səhnəyə
çıxdı. 18 ölkə arasından 10 ölkə –
Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya,
Kipr, Yunanıstan, Rusiya və İrlandiya finala vəsiqə
qazandı.
İlk yarımfinalda Monteneqro təmsilçisi
Rambo Amadeus «Euro Neuro», İslandiya nümayəndəsi Greta
Salome & Jonsi dueti \"Mundu Eftir Mer\", Yunanıstan ifaçısı
Eleftheria Eleftheriou \"Aphrodisiac\", Latviya təmsilçisi
Anmary \"Beautiful Song\", Albaniya müğənnisi Rona
Nishli \"Suus\", Rumıniya təmsilçiləri
\"Zaleilah\", İsveçrənin «Sinplus» qrupu
«Unbreakable», Belçika nümayəndəsi İris \"Would
You?\", finlandiyalı ifaçı Pernilla Karlsson «Nar Jag
Blundar», İsrailin «İzabo» qrupu \"Time», San Marino təmsilçisi
Valentina Monetta «The Social Network Song», Kipr müğənnisi
İvi Adamou \"La La Love», Danimarka nümayəndəsi Soluna
Samay \"Should’ve Known Better\", Rusiyanı təmsil edən
\"Bronovskiye babuşki\" «Party for everybody»,
Macarıstanın \"Compact Disco\" qrupu \"Sound Of Our
Hearts\" mahnıları, Avstriyanın \"Trackshittaz\"
qrupu \"Woki Mit Deim Popo\", Moldova təmsilçisi
Paşa Parfeni \"Lautar\" , İrlandiyanın
\"Jedward\" qrupu \"Waterline\" mahnıları ilə
çıxış ediblər.
Hər ölkənin
çıxışından əvvəl nümayiş olunan
post-kartlarda Azərbaycanın mədəni irsi, təbiəti,
aşıq sənətimiz, muğamımız, milli
oyunlarımızı əks etdirən rəngli
görüntülər təqdim olunub.
* * *
Qeyd edək ki, mayın 19-da
“Eurovision-2012”nin əsas məkanlarından olan “Euroclub”da
(Bakı İdman Sarayı) müsabiqənin rəsmi
açılışı keçirilib. Mahnı müsabiqəsinin
iştirakçıları əvvəlcə ənənəvi
olaraq fanatların alqışları altında
qırmızı xalı üzərindən keçərək
zala daxil olublar.
Mərasimdə “Eurovision” mahnı
müsabiqəsinin təşkilat komitəsinin rəhbəri
Yan Ola Sand müsabiqə iştirakçılarına
uğurlar arzulayıb. Sonra birinci olaraq “Eurovision-2011” müsabiqəsinin qalibləri
Eldar və Nigar “Running scare” mahnısını
ifa ediblər. Müsabiqənin 2009-cu ildəki qalibi, norveçli Aleksandr Rıbak da musiqisevərlər
qarşısına çıxıb.
Gecədə həmçinin müsabiqə
iştirakçıları, məşhur diceylər konsert proqramları ilə çıxış
ediblər. Müxtəlif ölkələrin təmsilçiləri
öz repertuarlarından
mahnılar səsləndirdilər.
Açılış mərasimi atəşfəşanlıqla
müşayiət olunub.
* * *
Mayın 24-də “Eurovision-2012” müsabiqəsinin
ikinci yarımfinalı
keçiriləcək. Bu mərhələdə Serbiya,
Makedoniya, Niderland,
Malta, Belarus, Portuqaliya, Ukrayna,
Bolqarıstan, Sloveniya,
Xorvatiya, İsveç,
Gürcüstan, Türkiyə,
Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva təmsilçiləri
çıxış edəcəklər.
Hər iki yarımfinaldan finala vəsiqə qazanan 20 iştirakçı, habelə
ev sahibi Azərbaycanın təmsilçisi
(Səbinə Babayeva)
və Avropanın “böyük beşliyi”nin
(Almaniya, Fransa, Britaniya, İspaniya, İtaliya) təmsilçiləri
mayın 26-da “Eurovision-2012” müsabiqəsinin finalında
“Baku Crystal Hall”ın səhnəsinə
çıxacaqlar.
Mədəniyyət.- 2012.-
23 may.- S. 2.