Tarixin səsi”

 

   Turistlər üçün yeni nəşr işıq üzü görüb

  

   «Turizmə dəstək» Gənclər Koalisiyası «Eurovision-2012» musiqi yarışması zamanı ölkəmizə gələn xarici qonaqlar və turistlər üçün «The Voice of History» (“Tarixin səsi”) adlı kitab hazırlayıb.

  

   İngilis dilində nəşr olunan kitabda Azərbaycan həqiqətləri, tarixi faktlar, ermənilərin Cənubi Qafqaza köçürülməsi (tarixi sənədlərdən nümunələr), ölkəmizin məruz qaldığı hərbi təcavüz, Qarabağ problemi, Xocalı soyqırımı haqqında xarici KİV-də dərc olunan məlumatlars. materiallar yer alıb.

   Mayın 23-də nəşrin təqdimat mərasimi keçirildi. Koalisiyanın koordinatoru Ramiz Alıyev bildirdi ki, ingilis dilində və yığcam şəkildə belə bir kitabı tərtib etməkdə məqsəd Azərbaycanı təbliğ etmək, ölkəmizə gələn xarici qonaqlara tarixi həqiqətlərimiz barədə məlumat verməkdir: “İki min tirajı olan kitabı Bakıya gələn turistlərə paylayacağıq. Nəşrdən səfirliklərə də göndərmişik. Kitabın tirajını 5 minə çatdırıb daha geniş yayılmasına çalışacağıq”.

   Koalisiyanın mətbuat xidmətinin rəhbəri Anar Sarıyev isə bildirdi ki, Azərbaycana gələn hər turist mədəniyyətimizdən bir parçanı özü ilə aparır. Bu kitab isə onlara əlavə məlumat mənbəyi olacaq.

   Tədbirdə çıxış elən Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinin 3-cü katibi Kerem İzmen ingilis dilində belə nəşrin hazırlanmasını təqdir etdi: “Azərbaycan dilində belə kitablar çox nəşr olunub. İngilis dilində və turistlərin oxuması üçün çox rahat formatda olan belə bir kitabın nəşrinə görə sizi təbrik edirəm. Bilirsiniz ki, Avropada insanlar yolda, avtobuslarda belə kitabları məmnuniyyətlə oxuyurlar.

   Qeyd edək ki, kitabın nəşr olunmasına Mədəniyyət və Turizm Nazirliyi, Milli Məclisin deputatı Ərəstun Cavadov dəstək verib.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2012.- 25 may.- S. 15.