Sənət sevincləri

 

   Heç ağlıma da gəlməzdi ki, aktyor olaram

  

   Aktyor həyatı daim yanan gur ocağa bənzər. Bu ocağın hərarəti, istisi sənətkarın yaratdığı rollarda daim yaşayır. Bu hərarət tamaşaçılara gözəl əhval-ruhiyyə bəxş etməklə yanaşı, onların yaddaşlarında da dərin iz qoyur.

  

   Uzun illərdir ki, teatr səhnəmizdə çalışan, maraqlı, yaddaqalan obrazlar yaradan sevimli aktyorlarımızdan biri bu yaxınlardaƏməkdar artist” fəxri adına layiq görülmüş Atabala Səfərovdur. Sənətə gəldiyi ilk günlərdən tamaşaçı sevgisi qazanan aktyorun fəxri adla təltif olunması sənətsevərlərin sevincinə səbəb oldu.

   Atabala Səfərov 1949-cu ildə Dəvəçi rayonunda anadan olub. Mədəniyyət İncəsənət Universitetinin dram kino aktyorluğu fakültəsində görkəmli rejissor Tofiq Kazımovun kursunu bitirib. Mehdi Məmmədov, Rza Təhmasib kimi ustadlardan dərs alan aktyor 1971-ci ildə təhsilini başa vurub təyinatla Sumqayıt teatrına göndərilir. Bir müddət orada işlədikdən sonra Dövlət Musiqili Komediya teatrına dəvət alır. Uzun müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışdıqdan sonra sənət fəaliyyətini Gənc Tamaşaçılar Teatrında davam etdirir.

   Aktyor bizimlə söhbətində ötənlərə nəzər saldı: “Məktəbdə dərslərimi yaxşı oxuyurdum. Heç ağlıma gəlməzdi ki, aktyor olacağam. O vaxt müəllimlərim tarixçi olacağıma əmin idilər, amma tale belə gətirdi ki, bu sənəti seçdim. Aktyorluq elə bir sahədir ki, gərək nəzərə çarpmağı bacarasan, həmişə çalışasan ki, yadda qalasan. Hər dəfə belə olmur”.

   Oynadığınız rollara ömrünüzün hansı səhifələrini köçürə bilimisinizsualına zarafatyana şəkildə belə cavab verir: “Ömrün səhifəsini köçürmək bahalı işdir. Amma verilən obrazların öhdəsindən gəlməyə çalışmışam. Həmişə istəmişəm təklif olunan vəziyyətləri düzgün ifadə edə bilim. Uzun müddət Musiqili Komediya Teatrında işləmişəm. Allah rəhmət eləsin, görkəmli rejissorumuz Vaqif İbrahimoğlu ilə çox tamaşalarda birgə işləmişik. O bizdə baş rejissor işləyirdi. Məni Musiqili Komediya Teatrına Şəmsi Bədəlbəyli gətirmişdi. Şəmsi müəllim kimi rəhbərlərə indi az-az rast gəlmək olar. Bu gün Gənc Tamaşaçılar Teatrında rəhbərliyin kollektivinə qayğı münasibəti mənə hardasa o insanları xatırladır. Mən bunu özümə görə demirəm. Olanlar göz qabağındadır”.

   Aktyorun Musiqili Komediya Teatrının səhnəsində ilk roluHəmişəxanımtamaşasında olub: “Bu əsərdə iki böyük sənətkarla - Nəsibə Zeynalova Hacıbaba Bağırovla tərəf-müqabili oldum. Sonra Seyfəddin Dağlı C.CahangirovunTəzə gəlintamaşasında Səyavuş Aslanla bir səhnəni paylaşdıq. “Boşanaq evlənək”də Molla Musa, “Qız görüşə tələsir”də Kəramət , V.İbrahimoğlununTülkü həccə gedirəsərində Tülkü, “Məşədi İbad”da Həsənqulu bəy, “Gözün aydın”da Qəhrəman s. rollar oynamışam. Onu da deyim ki, Qəhrəman rolunu vaxti ilə görkəmli sənətkarımız Lütfəli Abdullayev oynamışdı. Ondan sonra bu rolu oynamaq həm məsuliyyətli, həm çətin, həm şərəfli idi”.

   Atabala Səfərov 10 il Musiqili Komediya Teatrında truppa müdiri vəzifəsində çalışıb: “O zaman truppada kimlər yox idi. Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan, İmamverdi Bağırov, Mobil Əhmədov, Zemfira Quliyeva, Sona Həsənova, Məmmədsadıq Nuriyev b. Bu gün bu aktyorların səhnədə yeri hələ görünür”.

   Aktyor Gənc Tamaşaçılar Teatrının səhnəsinə Hacı Qara (“Hacı Qara”) rolu ilə gəlib. Burada “36-nın 6-sı”-da Baş həkim, ”Molla Nəsrəddin Teymurləngin filləritamaşasında Teymurləng, “Ələddinin sehrli çırağı”ndaPadşah, “Buzovna kəndinin əhvalatları”nda Bəşir müəllimi , “Məkkəyə gedən yol”da Molla Məhəmməd kimi fərqli obrazlar yaradıb.

   40 ildən artıqdır ki, səhnədə olan aktyorun yaddaqalan rollar oynadığı televiziya tamaşaları da çoxdur: “Evləri köndələn yar”, “Mənziliniz mübarək”, “Adı mənim, dadı sənin s. “Səhər görüşləri”ndə mütəmadi olaraq çəkilən aktyorun televiziyanın fondunda maraqlı lentləri qalıb. Aktyor qeyd edir ki, onu televiziyaya Rauf Kazımovski gətirib, sonradan Məhərrəm Bədirzadənin ona böyük dəstəyi olub: “Azərbaycan Televiziyasının biz aktyorların tanınmasında sevilməsində xidmətləri əvəzsizdir. 1998-ci ilə qədər telekanaldaSəhər görüşləri”, “Komediyalar aləminə səyahətkimi verilişlər var idi. Tamaşaçılar bizi bu verilişlər sayəsində tanıyıb seviblər”.

   Sənətkar bu gün teatrlara gənc rejissor aktyor axınını yüksək qiymətləndirir: “Əgər vaxti ilə mənə digər tanınmış aktyorlarımıza rol verilməsəydi, bəs onda bizim yaradıcılığımız necə olardı? Əlbəttə ki, bu gün gənc nəslə işləməyə şərait yaratmaq bizim borcumuzdur. Hazırda isə teatrda bir çox rollarım var, vəziyyətimdən , şükürlər olsun ki, çox razıyam. Fəxri ada layiq görüldüyümə görə dövlət başçısına təşəkkürümü bildirirəm”.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 25 may.- S. 10.