Hotellərin “Eurovision” proqramları

 

   Müsabiqə qonaqları üçün təşkil edilən çeşidli tədbirlər Azərbaycanın tanıtımına xidmət edir

  

   “Eurovision” mahnı müsabiqəsi ilə bağlı Bakıya 40-dan çox ölkədən nümayəndə heyətləri, çoxsaylı turistlər gəlib. Bu böyük musiqi bayramı eyni zamanda Azərbaycanın turizm və istirahət imkanlarını dünyada tanıtmaq baxımından mühüm fürsətdir. Bu mənada qonaqların ilkin təəssüratlarının formalaşdığı məkanlardan biri də onların yerləşdikləri hotellərdir. Maraqlıdır, hotellər çoxsaylı qonaqları məmnun etmək üçün hansı tədbirlər, proqramlar təşkil ediblər? Bu sualla Bakıda fəaliyyət göstərən bir neçə mehmanxana ilə əlaqə saxladıq.

  

   «Eurovision menyu”: 42 ölkənin mətbəxi bir arada

  

   «Eurovision-2012»nin iştirakçısı olan əksər ölkələrin nümayəndə heyətləri (İslandiya, Serbiya, Ukrayna, Almaniya, Böyük Britaniya s.) rəsmi qonaqlar «Hilton Bakı» hotelində yerləşib. Bu barədə məlumat verən hotelin marketinq meneceri Elnarə Dadaşova bildirdi ki, hoteldəki 309 nömrənin hamısı gələn qonaqların sərəncamına verilib: «Hotel rəhbərliyi tərəfindən qonaqların yerləşdirilməsi, onların arzu istəklərinin nəzərə alınması ilə bağlı bütün tədbirlər görülür. Rəsmi nümayəndələr gün ərzində bir çox yerli xarici mətbuat nümayəndələri ilə görüşürlər. Hotelin terrası bu görüşlərin lazımi səviyyədə təşkil edilməsi məqsədilə qonaqların ixtiyarına verilib. Buradan Bakının bütün gözəlliyini müşahidə etmək mümkündür. Müsahibələr zamanı xarici televiziyalar paytaxtın görüntülərini buradan lentə alırlar. Bu da şəhərimizin tanıtımına xidmət edir. Hotelin 27-ci mərtəbəsində 360 dərəcə fırlanan iki restoran 1 bar fəaliyyət göstərir. Burada qonaqlara təqdim etmək üçün xüsusi olaraq «Eurovision menyuhazırlanıb. Müsabiqədə iştirak edən 42 ölkənin mətbəxinə aid menyular buraya daxil edilib. İnternet vasitəsilə araşdırma aparmışıq, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən «Hilton» hotelləri ilə əlaqə saxlayıb bu ölkələrin ən məşhur kokteyllərini hazırlamışıq onları da «Eurovision menyu»da qonaqlara təqdim edirik. Bundan başqa, 1-ci mərtəbədə yerləşən «Suqırlanc» adlı məkanda böyük ekran vasitəsilə qonaqlar yerli vətəndaşlarımız «Eurovision» arenasını izləyə bilərlər. Buraya giriş seyr etmə pulsuzdur. İstənilən şəxs gəlib burada yarışmanı izləyə bilər».

  

   «Abşeron Mariott»da «Eurovision» iştirakçılarına xüsusi diqqət

  

   «Abşeron Mariott» hoteli öz qonaqlarını məmnun etmək üçün lazımi tədbirləri görür. Hotelin yerləşdirmə gəlir üzrə meneceri Bahar Qəniyevanın sözlərinə görə, «Abşeron Mariott» mehmanxanasında hələlik 200-ə yaxın otaq fəaliyyətdədir. Onların hamısı müsabiqə ilə bağlı Bakıya gələn qonaqlara verilib: «Mehmanxananın girişində Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri Mədəniyyət Turizm Nazirliyi tərəfindən göndərilmiş könüllülər qonaqları qarşılayır, onların arzu istəkləri ilə maraqlanırlar. Hoteldə qalan «Eurovision» iştirakçılarına məşq etmələri üçün xüsusi otaq ayrılıb. Burada onlara lazım olan bütün şərait yaradılıb. Hotelimizdə kitab guşəsi var. Qonaqlar burada müxtəlif xarici dillərdə istədikləri kitabları götürüb oxuya bilərlər. Bundan əlavə, hotelimizdə qalan xarici qonaqlara ölkələrinin mətbəxinə aid yeməklər hazırlanır. Təbii ki, Azərbaycan mətbəxi təqdim edilir».   

 

   “Excelsior Hotel” hər kəsi “Eurovision” finalını böyük ekranda izləməyə dəvət edir

  

   “Excelsior Hotel Baku” isə qonaqları şəhər sakinlərini “Eurovision-2012” mahnı müsabiqəsinin finalını nəhəng ekrandan izləməyə dəvət edir. «Ata Travel» turizm şirkətinin mətbuat xidmətinin rəhbəri Dilarə Zamanovanın sözlərinə görə, hotelin həyətində açıq havada hovuz ətrafında quraşdırılmış ekranda yarışmanı izləyənlərə müxtəlif içkilər təklif olunacaq. Mahnı müsabiqəsinin final konsertini istirahət edərək izləmək istəyənlər biletləri “Excelsior Hotel Baku” mehmanxanasından əldə edə bilərlər.

   Azərbaycanda ilk 5+ ulduzlu beynəlxalq standartlara uyğun mehmanxana kompleksi olan “Excelsior Hotel Baku” 1 “İmperiallüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” standart, 9 “Duke” kiçik otaqlardan, iclas zalları biznes mərkəzlərindən, restoranlar, “Aura” sağlamlıq mərkəzindən s. ibarətdir. Hoteldə bütün otaqlar müsabiqənin qonaqları tərəfindən tutulub.

  

 

  Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 25 may.- S. 9.