Şərurda
uşaq musiqi məktəbinin
yeni binası istifadəyə verilib
Şərur rayonunun Yuxarı
Daşarx kəndində uşaq musiqi məktəbi
üçün yeni bina istifadəyə verilib. Mərasimdə
çıxış edən Naxçıvan Muxtar
Respublikasının mədəniyyət və turizm naziri
Sarvan İbrahimov tədris ocağının müəllim və
şagird heyətini təbrik edib. Qeyd olunub ki, yaradılan
şərait, mövcud olan imkanlar yeni uğurlar
qazanılmasına, məktəbin rayonun mədəni həyatında
fəal iştirakına imkan verəcək. Sonra məktəbin
şagirdləri tədbir iştirakçıları
qarşısında maraqlı musiqi nömrələri ilə
çıxış ediblər.
Qeyd edək ki, Yuxarı Daşarx kəndində
uşaq musiqi məktəbi 1992-ci ildə yaradılsa da,
özünün binası olmayıb. Məktəbdə
Aşağı Daşarx, Dərəkənd, Oğuzkənd,
Siyaqut, Kosacan kəndlərindən olan uşaqlar musiqi təhsili
alır. 160 şagirdin musiqi təhsili ilə 25 müəllim
məşğul olduğu məktəbdə fortepiano, xalq
çalğı alətləri, nəfəs və zərb alətləri,
nəzəri dərslər sinifləri var.
Ceyhun
Mədəniyyət.-
2012.- 25 may.- S. 5.