Yeni zirvələrə doğru

 

   Yaradıcı gənclərimizin növbəti uğuru

  

   Azərbaycanın yaradıcı gəncləri bu gün incəsənətin ən müxtəlif sahələrində uğur qazanaraq istedad və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirirlər.

  

   Təsadüfi deyil ki, belə gənclərimizin səsi, sorağı dünyanın ən mötəbər festival və müsabiqələrinin qalib kürsülərindən gəlir. Əlbəttə, istedadın aşkar edilməsi üçün şərait lazımdır. Bu şərait isə dövlətimiz tərəfindən yaradılır. Uşaq musiqi və incəsənət məktəbləri yetirmələrinin mütəmadi olaraq xarici ölkələrdə keçirilən sənət bayramlarında iştirakı da buna bariz misaldır.

   Bu günlərdə belə istedadlı gənclərin bir qrupu Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən musiqi bayramının iştirakçısı olub. Xəbər verdiyimiz kimi, oktyabrın 18-dən 24-dək bu şəhərdə Mstislav Rostropoviçin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar dahi maestronun adını daşıyan musiqi və incəsənət məktəblərinin iştirakı ilə beynəlxalq festival keçirilib. Bakıdakı LeopoldMstislav Rostropoviçlər adına 21 saylı 11 illik musiqi məktəbinin şagirdləri də festivalda öz bacarıqlarını nümayiş etdiriblər.

   Nümayəndə heyətinə rəhbərlik edən Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin Təhsil sektorunun müdiri Vaqif Babayev səfər təəssüratlarını bizimlə bölüşdü: “İlk dəfə keçirilən festivalda Rusiyanın Moskva, Sankt-Peterburq, Fransanın Koqoli şəhərində Mstislav Rostropoviçin adını daşıyan məktəblərin şagirdləri ilə yanaşı, bizim istedadlar da iştirak etdilər. Dahi maestronun Bakıda anadan olması, hər dəfə “mən bakılıyam” nidasını fəxrlə deməsi bizim üçünqürurvericidirbu üzdən şagirdlərimiz bu musiqi bayramına ikiqat məsuliyyətlə hazırlaşmışdılar”.

   Festivalda hər məktəbə çıxış etmək üçün bir gün vaxt verildiyini deyən V.Babayev, bütün iştirakçıların konsertlərinin yüksək səviyyədə keçdiyini bildirdi: “Bakının LeopoldMstislav Rostropoviçlər adına 21 saylı 11 illik musiqi məktəbinin şagirdləri də çox gözəl proqram nümayiş etdirdilər. Hətta sürəkli alqışlarla bir neçə dəfə təkrarən səhnəyə dəvət olundular. Uşaqlar böyük müvəffəqiyyət qazandılar və sonda hər biri festivalın nəticələrinə görə xüsusi diplomlarla təltif olundular. Onların adlarını da qeyd etmək istərdim: Elçin Məmmədov (fortepiano), Ağarəhim Quliyev (fleyta), Jalə Rzayeva (skripka), Süleyman Əyyubov (skripka), Xanlar Məlikov (klarnet), Mustafa Xəlilov (trombon) və Nəcəf Vəliyev (truba). Bu uğurda onların müəllimlərinin böyük əməyi var. Məsələn, professor Müzəffər Ağamirzəzadənin tələbəsi, flyeta ifaçısı Ağarəhim Quliyev çox yüksək səviyyədə çıxış etdionu üç dəfə səhnəyə dəvət etdilər. Sonda o, böyük bəstəkarımız Tofiq Quliyevin flyeta üçün işlənmiş əsərini ifa etdi və tamaşaçıların sürəkli alqışlarını qazandı. Bir sözlə, uşaqların ifası yaddaşlarda böyük sevgi izi qoydu”.

   V.Babayev belə tədbirlərdə iştirakın yaradıcı gənclərimizə böyük stimul, təkan verdiyini vurğuladı: «Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istedadlı uşaqlarımız müxtəlif ölkələrdə festival və müsabiqələrə qatılırlar. Hər belə tədbir, qazanılan hər uğur onların gələcək sənət yollarına işıq salır”.

   Vaqif müəllim söhbət əsnasında bir maraqlı məqamdan da söz açdı: «Sankt-Peterburqda bir həkim bizə yaxınlaşıb bildirdi ki, o, hələ gənclik illərindən dahi müğənni Müslüm Maqomayevin pərəstişkarı olub. O, Azərbaycan, Bakı barədə də xoş sözlər deyərək böyük musiqiçi haqqında yazdığı şeirini də bizə verdi. Bildirdi ki, o, hər zaman böyük sənətkarın adını sevgiehtiramla xatırlayacaq. Əlbəttə, Azərbaycanı dünyada tanıdan sənətkarımız haqqında bu sözləri eşitmək çox xoş idi. Bu həm də bizim mədəniyyətimizə, incəsənətimizə göstərilən sevgi, diqqət və maraqdır”.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 2 noyabr.- S. 6.