“Lənkəran
payızı”: sənətkarlıq sərgisi və folklor festivalı
Oktyabrın 30-da Lənkəran
Şəhər Mədəniyyət Mərkəzində “Lənkəran
payızı” adlı sənətkarlıq sərgisi və folklor festivalı keçirilib.
Lənkəran rayonunun bütün klub müəssisələri öz fəaliyyətinin əsas profilini müəyyənləşdirərək mədəniyyət mərkəzinin filialları kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda mərkəzin 6 klub filialı etnoqrafiya, 9 filialı diyarşünaslıq, 12 filialı yaradıcılıq, 14 filialı folklor, 32 klub filialı isə sənətkarlıq profili üzrə fəaliyyət göstərir.
“Lənkəran payızı” sənətkarlıq sərgisi və folklor festivalı da bu klublarda folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədilə keçirilib.
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində təşkil olunmuş xalq sənətkarlıq sərgisində iştirak ediblər. Burada yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ-tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonma və s. üzrə əl işləri nümayiş olunub.
Lənkəran bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzə belə tədbirlərin xalq sənətinin yaşadılmasında, qeyri-maddi mədəni irsin qorunaraq gələcək nəsillərə çatdırılmasında böyük rol oynadığını vurğulayıb.
Mədəniyyət
mərkəzinin folklor və
yaradıcılıq klubları üzvlərinin təqdim
etdikləri xalq mahnıları və rəqslər
böyük maraqla
qarşılanıb.
Mədəniyyət.-
2012.- 2 noyabr.- S. 6.