Azərbaycanın
opera müğənnisi Fransa
səhnəsində çıxış edib
Fransanın Lion
Milli Opera və Balet Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti,
Xalq artisti Əvəz
Abdullayevin rol
aldığı C.Verdinin “Makbet”
operasının premyerası keçirilib.
Tamaşada sənətçimizin ifa etdiyi Makbet rolu böyük alqışlarla qarşılanıb. Ə.Abdullayevlə birlikdə operada dünya şöhrətli vokalçılar - italiyalı Yano Tamar (Ledi Makbet) və Rikardo Dzanelato (Banko), almaniyalı Dmitro Panov (Makduf) çıxış ediblər.
Yaponiyalı dirijor Kazuşi Ono idarə etdiyi tamaşaya məşhur rejissor İvo van Xove (Belçika) quruluş verib.
Opera səkkiz dəfə nümayiş olunub göstərilib və azərbaycanlı müğənni bütün tamaşalarda Makbet rolunu ifa edib. Fransa mətbuatı və bu ölkənin teatr tənqidçiləri Ə.Abdullayevin çıxışına xüsusi heyranlıqlarını vurğulayıblar. Quruluşçu rejissoru İvo van Xove deyib: “Makbet opera sənətində vokal nöqteyi-nəzərindən çox mürəkkəb bir partiyadır. Ə.Abdullayevin bu rolu parlaq şəkildə ifa etməsi onun böyük vokal və aktyorluq bacarığına malik olduğunu sübut edir. Bu istedadlı müğənni nadir vokal göstəricilərinə, gözəl səs tembrinə malikdir. Bu xüsusiyyətlər onun dünya səviyyəli opera müğənnisi olduğunu göstərir”.
Fransanın Lion Milli Opera
və Balet Teatrı dünyanın ən
qədim və qabaqcıl teatrlarından biridir.
Teatrın rəhbərliyi sənətçimizin Praqa Opera Teatrının səhnəsindəki
çıxışını dinləyərək onu “Makbet” operasında rol təklif etmişdi. Ə.Abdullayev artıq Fransa və
Almaniyanın bir sıra opera
teatrlarında çıxış etmək üçün
dəvətlər alıb.
Mədəniyyət.-
2012.- 2 noyabr.- S. 5.