“Arşın
mal alan” Daşkənd
teatrında
Daşkənd Dövlət Musiqili Komediya Teatrı yeni mövsümü dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşası ilə açıb. Özbəkistanda çox populyar olan bu əsəri tamaşaya teatrın bədii rəhbəri və baş rejissoru Sergey Kapriyelov hazırlayıb. Baş rolları Özbəkistanın Xalq artisti Z.Solovyova, T.Kərimov, Q.Samıkova, D.Tuxtanazarov, M.İskəndərov və digər tanınmış aktyorlar ifa ediblər. Tamaşa alqışlarla qarşılanıb.
Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Akif Əliyev uğurlu tamaşa münasibətilə aktyorları təbrik edib, böyük Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Üzeyir bəyin “Arşın mal alan” operettası indiyədək 75 dilə tərcümə olunub, 76 ölkənin 187 teatrında səhnələşdirilib.
Özbəkistanda
ilk dəfə bu əsər
1919-cu ildə Daşkənddəki “Kolizey”
teatrında göstərilib. Həmin il Bakıdan gələn rejissor
Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və “Arşın mal alan” bu
qədim şəhərdə tamaşaya qoyulub. Əsər 1921-ci ildə Buxarada səhnələşdirilib. 1922-ci ildə
isə Daşkənddəki “Raxat
bağçası” teatrında Sidqi
Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gəlmiş
aktyorlar bu əsəri
ifa ediblər. Sonrakı illərdə
“Arşın mal alan”
dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd
şəhərlərində tamaşaya qoyulub. Bu ölməz əsər
100 ildən artıqdır ki, Orta Asiyada ən populyar tamaşa kimi səhnədədir.
Mədəniyyət.-
2012.- 7 noyabr.- S. 14.