“Böyük İpək yolu
ilə turizm”
Ölkəmiz Daşkənddə beynəlxalq sərgidə
təmsil olunub
Oktyabrın 31-dən noyabrın 2-dək Özbəkistanın
paytaxtı Daşkənddə 18-ci “Böyük İpək
yolu ilə turizm” mövzusunda beynəlxalq sərgi
keçirilib.
Builki sərgidə dünyanın
40 ölkəsindən 700-dən artıq turizm firma və
şirkəti, bu sahənin mütəxəssisləri, ekspertlər
iştirak edib. Tədbirdə ölkəmizi «Millennium Tourism & Congress DMC» şirkətinin direktoru Ruslan Quliyev təmsil edib. Onun sözlərinə görə,
şirkət Mərkəzi
Asiyanın ən iri sərgi-yarmarkasında
Azərbaycanın turizm
potensialını nümayiş
etdirməklə bərabər,
bir sıra yeni əməkdaşlıq
əlaqələri də
qurub: «Sərgidə iştirak edən bir sıra turizm
şirkətlərinin nümayəndələri
ilə əlaqələrin
genişləndirilməsinə dair danışıqlar apardıq. Azərbaycan artıq dünyanın
ən böyük turizm şirkətlərini
maraqlandırır və
əminəm ki, bu istiqamətdə apardığımız danışıqlar
öz bəhrəsini
verəcək».
Sərgi çərçivəsində
Özbəkistan Ekologiya
Hərəkatı və
Daşkənd Dövlət
İqtisad Universiteti bu təhsil ocağında ekoloji turizmin inkişafı ilə əlaqədar elmi konfrans keçirib.
Azərbaycan, Almaniya, Fransa,
İndoneziya, Tailand, Ukrayna və digər ölkələrin
100-dən artıq turizm
firma və şirkətinin
nümayəndələri, bu sahənin mütəxəssis və
ekspertlərinin iştirak
etdiyi tədbirdə «Ekoturizmin inkişafı və beynəlxalq təcrübə», «Ekoturizmlə
bağlı maarifləndirmə:
beynəlxalq əməkdaşlığın
imkanları» və digər mövzularda məruzələr dinlənilib,
bu sahənin daha da inkişafı
ilə əlaqədar
təcrübə mübadiləsi
aparılıb.
R.Quliyev Azərbaycanda ekoturizmin
inkişafı haqqında
tədbir iştirakçılarına
məlumat verərək
bildirib ki, ekoturizm ölkəmizdə
perspektivli sahələrdən
biridir və bu sahənin inkişaf etdirilməsinə
dövlət səviyyəsində
dəstək verilir.
Qeyd edək ki, Özbəkistan
Cənubi Koreyanın Kyoncu şəhərində
(Şimali Könsanq əyaləti) 2011-ci il oktyabrın 8-14-də
keçirilən Dünya
Turizm Təşkilatının
Baş Assambleyasının
19-cu sessiyası zamanı
təşkilatın Avropa
regional qrupunun 2011-2015-ci illər
üçün icraedici
orqanının üzvü
seçilib. Bu zaman Özbəkistanın
Böyük İpək
yolu beynəlxalq turizm marşrutunda oynadığı əhəmiyyətli
rol nəzərə alınıb. Bu ölkənin Böyük
İpək yolu marşrutunun keçdiyi ərazisində 4 mindən
artıq tarixi memarlıq abidəsi yerləşir. Özbəkistanın
tanınmış turizm
mərkəzləri olan
Səmərqənd, Buxara,
Xivə, Şəhrizabs
UNESCO-nun mədəni irs siyahısına daxil edilib.
Fəxriyyə
Mədəniyyət.-
2012.- 7 noyabr.- S. 11.