Filmlərimiz
ingilis tamaşaçılarına təqdim
olunub
Londonda Azərbaycan filmlərinin
festivalı keçirilib.
Tədbir Azərbaycanın
Böyük Britaniyadakı
səfirliyi, Mədəniyyət
və Turizm Nazirliyi, Avropa-Azərbaycan
Cəmiyyəti və
Londonda fəaliyyət
göstərən Azərbaycan
Mədəniyyətlərarası Cəmiyyətinin birgə
təşkilatçılığı ilə gerçəkləşib.
Bu münasibətlə
təşkil olunmuş
tədbirdə çıxış
edən səfir Fəxrəddin Qurbanov kino sənətinin dünya mədəniyyətinin
inkişafında misilsiz
rol oynadığını,
Azərbaycan kinosunun da bu baxımdan
istisna olunmadığını
və dünya kinematoqrafiyasına böyük
töhfələr verdiyini
diqqətə çatdırıb.
Azərbaycan
London Film Festivalının ilk dəfə keçirildiyini
və yerli tamaşaçıları ölkəmizin
mədəniyyəti ilə
daha yaxından tanış etmək üçün belə tədbirlərin böyük əhəmiyyətə
malik olduğunu vurğulayan səfir, milli kino sənətimizin
tarixindən danışıb,
gələcəkdə belə
festivalların mütəmadi
təşkilinin vacibliyini
vurğulayıb.
Londonda ilk dəfə keçirilən
festival Azərbaycan kino
sənəti nümunələrinin
Böyük Britaniyada
təbliğinə geniş
imkan yaratmışdır.
Dörd gün davam edən festivalda Azərbaycan kinematoqrafçılarının
8 bədii və sənədli filmi nümayiş etdirilib.
Ekran əsərləri maraqla qarşılanıb.
Mədəniyyət.-
2012.- 7 noyabr.- S. 2.