Musiqili Komediya Teatrında Emin Sabitoğlunun xatirəsi yad edilib

 

   Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 75 illik yubileyi ilə əlaqədar onun müəllifi olduğu “On minlik kef” əsəri əsasında hazırlanmış “www.ferzeli-kef.com” tamaşasını nümayiş etdirib.

   Tamaşadan öncə çıxış edən teatrın direktoru Əliqismət Lalayev bildirib ki, Emin Sabitoğlu onlarla filmin və teatr tamaşasının musiqi müəllifidir. Musiqili Komediya Teatrının repertuarında yer alan “www.ferzeli-kef.com” tamaşası da bəstəkarın ən uğurlu işləri sırasına daxildir.

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında oynanılan tamaşada xalq artistləri İlham Namiq Kamal və Fatma Mahmudova, aktyorlar Məhərrəm Qurbanov, Ağaxan Şərifov və başqaları çıxış ediblər.

 

 

   Mədəniyyət.- 2012.- 7 noyabr.- S. 2.