Lənkəranda turizm təmsilçiləri üçün maarifləndirmə tədbiri

 

   Lənkəran Mərkəzi Kitabxanasında rayon Mədəniyyət və Turizm Şöbəsinin və Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın cənub bölgəsində fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərin rəhbərləri və eləcə də turizm sektoru ilə bağlı olan digər qurumların nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilib.

   Tədbirdə bu sahədə olan mövcud vəziyyət, perspektivlər və imkanlar barədə müzakirələr aparılıb. Təbliğat və tanıtım işlərinin aparılması, vahid elektron-məlumat bazasının hazırlanması, www.LankaranAzerbaijan.travel saytının ilkin variantı müzakirələrin əsas mövzusu olub.

   Qeyd edək ki, Lənkəran Turizm İnformasiya Mərkəzi 2012-ci ilin mayında fəaliyyətə başlayıb. Qurumun məqsədi cənub bölgəsində daxilixarici turizmin inkişafına dəstək olmaqdır.

  

 

   Fəxriyyə

 

  Mədəniyyət.-2012.- 9 noyabr.- S. 11.