Mədəniyyət
və turizm naziri Londonda görüşlər keçirib
Xəbər
verdiyimiz kimi, noyabrın 5-dən 8-dək Böyük
Britaniyanın paytaxtı Londonda “World Travel Market - 2012" beynəlxalq
turizm sərgisi keçirilib. Tədbirdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə
Azərbaycan nümayəndə heyəti iştirak edib. Nazir
beynəlxalq sərgi çərçivəsində bir
sıra tədbirlərdə iştirak edib, görüşlər
keçirib.
Noyabrın 6-da Əbülfəs
Qarayev Dünya Turizm Təşkilatının Nazirlər
Sammitində iştirak edib. Mədəniyyət və turizm
naziri tədbirdə \\\"Açıq sərhədlər və
açıq səmalar\\\" adlı sessiyada
çıxış edib, turizm sahəsində Azərbaycanda
görülmüş işlər, ölkə rəhbərliyinin
bu sahəyə göstərdiyi qayğı və Dünya
Turizm Təşkilatı ilə əməkdaşlıqda əldə
olunan nailiyyətlər haqqında iştirakçılara
geniş məlumat verib.
Böyük Britaniyanın mədəniyyət və
kommunikasiya naziri ilə görüş
Noyabrın 7-də Əbülfəs
Qarayev beynəlxalq sərgi çərçivəsində
Böyük Britaniyanın mədəniyyət və
kommunikasiya naziri Ed Veyzi ilə görüşüb. Ölkəmizin
Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin
Qurbanovun da iştirak etdiyi görüş zamanı Ed Veyzi Azərbaycanda
beynəlxalq rabitə və kommunikasiya sərgisində
olduğu zaman iqtisadiyyat və mədəniyyət sahəsində
görülən işlərə və yeniliklərə
valeh olduğunu deyib.
Əbülfəs Qarayev ölkəmizə
verdiyi yüksək qiymətə görə Ed Veyziyə minnətdarlığını
bildirib və dövlət proqramı üzrə Azərbaycanın
yeni turizm istiqaməti kimi dünya, xüsusilə də Avropa
miqyasında təbliğ olunduğunu nəzərə
çatdırıb. Ölkəmizdə mədəniyyət
sahəsində görülən işlər, teatrlarda səhnələşdirilən
tamaşalar, çəkilən yeni filmlərdən bəhs edən
nazir bu il Qəbələ şəhərində
keçirilmiş beynəlxalq musiqi festivalında London
orkestrinin yüksək səviyyədə iştirakını
xatırladıb. Nazir ölkəmizdə keçirilən digər
beynəlxalq tədbirlər və musiqi festivalları, gələn
il Bakıda açılacaq dünyanın ən böyük
Xalça Muzeyi haqqında həmkarına məlumat verib.
Görüşdə
qarşılıqlı maraq doğuran layihələr və
ikitərəfli əməkdaşlığın perspektivləri
müzakirə olunub.
Nazir həmkarını 2013-cü
ildə Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştiraka dəvət edib.
CNN
telekanalı ilə əməkdaşlıq müzakirə
olunub
Həmin gün mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev CNN
telekanalının Londonda yerləşən ofisində
kanalın rəhbərliyi ilə görüş keçirib.
Görüş zamanı telekanalla Mədəniyyət və
Turizm Nazirliyi arasında əməkdaşlıq məsələləri
müzakirə olunub, bu sahədə görülmüş
işlər haqqında geniş fikir mübadiləsi
aparılıb. Görüşdə həmçinin bu ilin
may ayında Bakıda "Eurovisio" mahnı müsabiqəsinin
çox yüksək səviyyədə təşkil
olunduğu qeyd olunub, müsabiqənin Azərbaycanın
dünyaya tanıdılmasında irəliyə
atılmış addım olduğu vurğulanıb.
Görüşdən sonra nazir CNN
telekanalının texniki imkanları ilə tanış olub, gələcəkdə
də kanalla ölkəmiz arasındakı əməkdaşlığın
uğurlu olacağına əminliyini ifadə edib.
Mədəniyyət.-
2012.- 9 noyabr.- S. 2.