Berlində
Mirzə Fətəli Axundzadəyə həsr edilmiş
elmi konfrans
Berlindəki Humboldt
Universitetində dahi Azərbaycan mütəfəkkiri,
maarifçisi və dramaturqu
Mirzə Fətəli Axundzadənin anadan
olmasının 200 illiyinə həsr edilmiş
beynəlxalq elmi konfrans
keçirilib.
Tədbirdə Humboldt-Viadrina dövlət idarəçilik fakültəsi nəzdində Yaxın Şərq və Şimali Afrikanın strateji tədqiqatlar mərkəzinin direktoru, professor Udo Ştaynbax (Berlin) və Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva çıxış ediblər. Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux “M.F.Axundzadəyə görə “avropalaşma” modeli - ideyadan reallaşmağa doğru” mövzusunda məruzə edib.
Konfransda çıxışlar bir neçə tematik bölmə (“Axundzadənin öz zəmanəsinə təsiri”, “Azərbaycanda və digər müsəlman cəmiyyətlərində islam, dünyəvi millətçilik və modernləşmə”, “Azərbaycan ədəbiyyatında və tarixində “özününkü” və “özgəninki” obrazları. Azərbaycan və azərbaycanlılar dünya ədəbiyyatında və tarixində”) üzrə məruzələr dinlənilib.
Konfransın mədəni
proqramı çərçivəsində böyük
dramaturqun komediyasının motivləri əsasında
rejissorlar Şamil
Mahmudbəyov və Kamil Rüstəmbəyovun
çəkdikləri “Dərviş Parisi
partladır” filmi nümayiş
etdirilib.
Mədəniyyət.-
2012.- 14 noyabr.- S. 15.