Bir rəssamın
arzusu
“Cıdır düzündə
dayanıb o əsrarəngiz mənzərəni
təsvir etmək istərdim”
Onunla evində,
çəkdiyi rəsmlərin əhatəsində söhbət
etdik. 52 yaşlı rəssamı
çoxları tanıyır - baxımlı əsərləri,
özünəməxsus yaradıcılıq üslubu
və sadəliyi ilə. İlqar Əkbərovu
daha yaxından tanıyaq...
İlqar Əkbərov 1960-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsində təhsil alıb. Müxtəlif illərdə “Şəfəq” bədii istehsalat emalatxanasında icraçı rəssam, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində sərgi şöbəsinin müdiri, Dövlət Rəsm Qalereyasında elmi işlər üzrə direktor müavini, Mədəniyyət Nazirliyi İncəsənət idarəsində aparıcı inspektor vəzifələrində çalışıb. Hazırda Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsində pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İrəvan Dövlət Azərbaycan Dram Teatrında (2000-2002) bir sıra tamaşalara quruluş verib. Əsərləri muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Moskva, Pekin, Kərkük, Brüssel, İstanbul, İzmir və s. şəhərlərdə beynəlxalq sərgilərdə iştirak edib.
Söhbətimizə sənətə gəlişinin tarixçəsi ilə başladı:
- Hər bir insan müəyyən mənada istedadlıdır və doğru zamanda və məkanda olarsa daxilindəki yaradıcı potensialı, istedadı üzə çıxarmağı bacarır. Bu mənada mənim bəxtim gətirib. Məndən 15 yaş böyük olan qardaşım, ixtisasca mühəndis olsa da, rəssamlığa xüsusi maraq göstərirdi. Demək olar ki, uşaq yaşlarımdan yaradıcı mühitdə idim. Çünki qardaşım görkəmli rəssamlarla yaradıcılıq əlaqələri saxlayır, məni çox vaxt özü ilə emalatxanalara aparardı. Onların hər birinin özünəməxsus üslubu, yaradıcılıq baxışları mənə bu sənəti daha da sevdirdi.
- Müsahibələrinizin birində ağ və qara rəngləri daha çox sevdiyinizi demisiniz. Maraqlıdır, niyə ağ və qara?
- Palitramda rənglər çoxdur, amma daha çox bu iki rəngi sevirəm. Bu rənglər mənim üçün konkretliyi əks etdirir. Ağ və qara rənglərlə işlənmiş rəsmlərim də var. 2009-cu ildə Praqada Xocalı faciəsinə həsr olunmuş sərgidə nümayiş olunan əsərimi də bu iki rəngdən istifadə etməklə çəkmişdim.
-
Çoxları sizin “Şəhidlər” əsərinizlə
tanışdır. Bu rəsmin yaranma
tarixindən danışaq.
- Bəlkə də həmin əsər ona görə təsirli alınıb ki, 1990-cı
ilin 20 Yanvar faciəsindən az
sonra çəkilib. “Şəhidlər” və bu mövzuya
aid digər rəsmim faciənin 40-cı günü
Bakıda açılan
sərgidə nümayiş
olundu. O əsərlər
indi Milli İncəsənət Muzeyində
saxlanılır. Mənim,
Fuad Bozqurd, Elnaz Hüseynov, Azər Abdullayev və başqalarının
əsərləri Sovet
imperiyasının məkrli
siyasətini ifşa edirdi. Sonradan həmin sərgiyə
görə müəyyən
problemlər də yaşadıq. Hətta Bakının
hərbi komendantı bizi hədələmişdi.
Amma həmin əsərlərin əsl
qiymətini ümummilli
lider Heydər Əliyev verdi.
Məhz onun sərəncamı ilə ilk dəfə 20 Yanvarla bağlı böyük sərgi təşkil olundu. Ulu öndər özü həmin sərginin açılışında iştirak
edirdi. Müxtəlif
vaxtlarda, o cümlədən
faciədən az sonra, həmin ağrılı-acılı
günlərdə çəkilən
əsərlərə baxdı.
“Şəhidlər” rəsmimlə maraqlandı.
Mənə dedi ki, bilirəm, sizi həmin vaxt necə incidiblər. Bunu eşidəndə onun gənc rəssamların yaradıcılığını
necə diqqətdə
saxladığının bir
daha şahidi oldum.
- Yarımçıq
qalan işiniz olub?
- Olub.
- Fikir bitməmişdi, ya əsəri tamamlamağa hazır deyildiniz?
- Yaxın dostlarım rəsmi yekunlaşdırmağı istəmədilər.
Rəsmi
götürüb gizlətdilər.
20 Yanvar faciəsindən
sonra biz gənclər
çox çılğın
idik. Hər birimiz istəyirdik
çox şey edək - fırçamızla,
gücümüzlə, emosiyamızla
mübarizə aparaq.
İmperiya isə bütün
vasitələrlə xalqı
susdurmaq istəyirdi.
Onsuz da sərgi təşkil
etdiyimizə görə
müəyyən problemlər
yaşamışdıq. Xəbərdarlıqlar almışdıq. Yaxınlarım istəmədilər ki, növbəti rəsmə görə həyatım üçün
təhlükə yaransın.
- Yəqin ki, rəsm dövrün
siyasi mənzərəsini
əks etdirirdi...
- Bəli. Orada ana fəryadı da vardı, imperiya siyasəti də. Rəsmdə arxa planda Bakı buxtası, alatoranlıqda dumanlı şəhər, yuxarıda
qara buludlar - məkrli qüvvələr
təsvir olunmuşdu.
Şəhidlərin dəfn mərasimində
gördüklərimi də
orada əks etdirmişdim. Rəsmdə konkret sima və
insan yox idi. İnsanların hamısı qaya
formasında təsvir
olunmuşdu, çiyinlərində
qırmızı cənazələr,
yerdə də şamlar yanırdı.
Çərçivənin yerinə qanlı
məftillərdən istifadə
etmişdim.
- Əsərlərinizdən
bəziləri puantilizm
üslubunda çəkilib.
Çətin deyil ki?
- Çətin
olsa da, çox maraqlıdır. Puantilizm XVIII
əsrdə Avropa rəssamları arasında
geniş yayılmış
cərəyan olub.
Bunun mahiyyəti nöqtələrlə
işləmədir. Puantilizm üslubunda
işləmək üçün
fırçanın itilənmiş
arxasını boyaya batırıb hər dəfə kağız üzərinə nöqtə
vurursan. Rəsm bitənə
qədər eyni hərəkət hər dəfə təkrarlanır.
Yəni hər nöqtəni vurmaq üçün fırça hər dəfə boyaya batırılmalıdır. Nəticədə rəsm naxışa
bənzəyir. Əgər
hər hansı məqamda alətin ucu qırılarsa, ləkə düşərsə,
onu heç nə ilə götürmək olmur, iş korlanır. Bu işlərimin çoxu şəxsi kolleksiyalarda saxlanılır.
- Rəsmlərinizə
baxanda üç məqam daha çox diqqəti cəlb edir. At sevgisi, təbiətə heyranlıq və portret janrında əsərlərinizin az sayda olması...
- Atları çox sevirəm. Azərbaycan dünyada məşhur at cinsləri ilə tanınır. Savaşlarda at üstündə igidlərimiz
böyük qəhrəmanlıqlar
göstərib. Ona görə
at təsviri yaradıcılığımda
xüsusi yer tutur. Çəkdiklərim əsasən mənzərə
janrındadır. Emalatxanamın olmaması da məni daha çox təbiət qoynunda çəkməyə
sövq edir. Azərbaycanın bütün bölgələrinin
özünəməxsus təbiəti
var. Rəsmlərimdə bu
gözəllikləri olduğu
kimi verməyə çalışmışam. Portret janrında əsərlərimin az sayda olmasına gəlincə, məncə, rəssam insanın daxili dünyasını yaxından
tanıyarsa, onun portretini dolğun təsvir edə bilər. Əsasən ata və anamın, bir də yaxınlarımın
portretlərini çəkmişəm.
- Son vaxtlar Türkiyədə keçirilən
sərgilərdə fəal
iştirak edirsiniz...
- Təkcə bu il Türkiyədə dörd
sərgidə iştirak
etmişəm. Bunun bir
səbəbi qardaş
ölkənin rəssamları
ilə yaradıcılıq
münasibətlərimin genişlənməsidir.
Oradakı sərgilərdə adətən rəssam dostum Nəvai Mətin Məmmədoğlu
ilə birgə iştirak edirik.
Aydın şəhərində rəssamların beynəlxalq
“Rənglərin vəhdəti”
sərgisi, İzmirdə
"Doğudan Batıya,
Batıdan Doğuya Kardeş Sergiler" çox yaddaqalan oldu. Orada Beynəlxalq Sənətçilər
Birliyinə üzv seçildik. Artıq həmin
birliyin Azərbaycan təmsilçiliyi yaranıb.
Nəvai
Mətin Məmmədoğlu
rəhbər, mən isə sədr müavini seçildim.
Birliyin əsas mərkəzi İzmirdədir. Dünyanın bir çox ölkələrində onun
bölmələri fəaliyyət
göstərir. Orada tək
rəssamlıq deyil, mədəniyyətin müxtəlif
sahələrini əhatə
edən insanlar toplaşıb. İndi
istəyirik ki,
2013-cü ilin may ayında
birliyin növbəti festivalını Gürcüstan
və Azərbaycanda təşkil edək. Layihə Gürcüstandan başlasın,
bölgələr üzrə
yeni əsərlər
çəkilsin və
festivala Azərbaycanda
yekun vurulsun. Yaxın günlərdə isə
Tiflis Dövlət İncəsənət
Muzeyində Azərbaycan
rəssamlarının əsərlərindən
ibarət sərgidə
iştirak edəcəyəm.
- Elə hal olub ki,
nəsə çəkmək
istəmisiniz, amma mümkün olmayıb?
- Çox-çox
illər əvvəl təsadüfən elə
oldu ki, Azərbaycan rəssamı
Səməd Haqverdiyevin
bir işini gördüm və bu əsərə bir könüldən-min könülə vuruldum. Cıdır düzünün möhtəşəm
təsviri idi. Sərgilənmə dövründə
həmin iş təyyarədə əzildi.
Sonra Qarabağımız işğal
olundu. Rəsmin və torpağın
itkisi mənə çox pis təsir etdi.
Hər bir rəssamın
yəqin ki, bir arzusu var
- elə bir tablo yaratsın ki, özündən sonra əks-səda doğursun. İstərdim ki, o əsəri
işləyim. Cıdır
düzündə dayanıb
o əsrarəngiz mənzərəni
təsvir edim...
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 14 noyabr.- S. 10.