“Leyli və Məcnun” Amerikada
ABŞ-ın
Kaliforniya ştatının San Fransisko şəhərində
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operası tamaşaya qoyulub.
Azərbaycanın Los Ancelesdəki
baş konsulluğundan verilən xəbərə görə,
opera San Fransisko Dünya Musiqi Festivalı (San Francisco World Music
Festival) çərçivəsində səhnələşdirilib.
Azərbaycanın Los Ancelesdəki
baş konsulu Nəsimi Ağayev tədbiri giriş sözü
ilə açaraq, «Leyli və Məcnun» operasının tarixi
barədə məlumat verib, onun müsəlman
dünyasında ilk opera olduğunu və indiyə kimi sevilə-sevilə
ifa edildiyini qeyd edib. Sonra diplomat Azərbaycanın Xalq artisti, məşhur
pianoçu, hazırda San Fransiskoda yaşayan Çingiz
Sadıqova San Fransisko Dünya Musiqi Festivalının
xüsusi fəxri fərmanını təqdim edib. Fəxri fərman
Ç.Sadıqova Azərbaycan musiqi və mədəniyyətinin
ABŞ-da və bütün dünyada təbliği sahəsində
gördüyü işlərə görə verilib.
Sonra opera tamaşası nümayiş
etdirilib. Leyli və Məcnun
rollarını gənc
xanəndələr Vüsalə
Musayeva və İlkin Əhmədov ifa ediblər. Mahir instrumental ifaçılar
İmamyar Həsənov
(kamança) və Rüfət Həsənov
(tar), eləcə də
Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən
ibarət orkestr xanəndələrimizi müşayiət
edib. Tamaşa
alqışlarla qarşılanıb.
Mədəniyyət.-
2012.- 14 noyabr.- S. 4.