Fikrət Əmirovun 90 illiyinə həsr olunmuş musiqi festivalı

 

   Böyük bəstəkarın yubileyi təntənəli şəkildə qeyd olunacaq

  

   Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ Azərbaycan Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasının 90 illiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2012-ci il tarixli sərəncamına əsasən geniş qeyd edilir. Sərəncamın icrası ilə əlaqədar Rusiya, Türkiyə, Macarıstan, Ukraynada, eləcə ölkəmizin Bakı Qəbələ şəhərlərində dahi bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər təşkil edilib.

   Noyabrın 22-dən 30-dək Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək \"Fikrət Əmirov-90\" Musiqi Festivalı da böyük sənətkarın yubileyinə töhfədir. Festival çərçivəsində müxtəlif konsertlər, tədbirlər keçiriləcək, tamaşalar nümayiş olunacaq.

   Festivala noyabrın 22-də saat 12:00-da Fəxri xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə start veriləcək. Həmin gün saat 19:00-da Heydər Əliyev Sarayında \"Fikrət Əmirov- 90\" Musiqi Festivalının təntənəli açılışı böyük sənətkarın yubileyinə həsr olunmuş qala-konsert olacaq. Tədbirdə XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri olan ölməz sənətkarın mənalı ömür yolu zəngin yaradıcılığı haqqında məlumat veriləcək, əsərlərindən nümunələr səsləndiriləcək.

 

  

   Mədəniyyət.- 2012.- 21 noyabr.- S.2.