Lənkəranda kitab bayramı

 

   Mayın 7-də Lənkəran şəhərinin mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş ənənəvi kitab bayramı keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları kitabxananın həyətində, açıq səma altında təşkil edilmiş kitab sərgisi ilə tanış olublar.

   Sərgidə ulu öndərin zəngin və mənalı ömür yoluna həsr olunmuş kitablar, yeni nəşrlər, uşaq ədəbiyyatı, “Dünya ədəbiyyatı kitabxanası” seriyası ilə çap olunmuş kitablar, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə nəşr edilmiş latın qrafikalı ədəbiyyat, Lənkəranın şair, yazıçı və görkəmli elm adamlarının müxtəlif illərdə işıq üzü görmüş kitabları nümayiş olunub. Tədbirdə rayonun məktəbliləri və bağça uşaqları rəngarəng rəqslər və bədii qiraət nümunələri ilə çıxış ediblər.

 

 

  Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 15.