Kulturologiyanın təşəkkülü və inkişafında Mədəniyyət və İncəsənət Universitetinin rolu

 

   ADMİU - 90

  

   Kulturologiya tarixi onu yaradan xalqın özü qədər qədimdir. Minilliklər boyu yaşayan xalqlar zaman-zaman nəsildən-nəslə ötürülən böyük bir ədəbi xəzinə, zəngin bir kulturoloji dəyərlər toplusu yarada bilmişlər. Bu kulturoloji dəyərlər toplusu isə bu gün təkcə bir xalqaya millətə yox, bəşəriyyətə məxsusdur.

  

   Homer, Mikelancelo, Rafael, Dante, Nizami və digər korifeylərin yaratdıqları ölməz əsərlər bütün xalqların və bəşəriyyətindir. Bu baxımdan ümumbəşəri və milli-mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisə və gerçəkliklərini özündə ehtiva edən kulturologiya məhz insanşünaslığa xidmət edən və qloballaşan dünyada cəmiyyətimizin gələcək inkişafı üçün son dərəcə aktual olan sosial-humanitar elmlərdən ən vacibidir. Bu, bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi və gələcək nəsillərə çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin öyrənilməsi və mənimsənilməsi üsulları haqqında olan bir elmdir. Tanınmış alim, filologiya elmləri doktoru, prof. Timuçin Əfəndiyev yazır ki, kulturologiya geniş mənada insan və cəmiyyət, sivilizasiya və təbiət arasındakı münasibətləri əks etdirən elmdir (Bax: Əfəndiyev T. İ. Mədəniyyətdə tarixilikmüasirlik. Bakı, Təhsil, 2011, s. 321).

   Kulturologiya mədəniyyət nəzəriyyəsindən daha geniş və əhatəli elmdir. O, insanın mənəvi aləmini, şəxsiyyətin müəyyən sosio-kultur rolunu, insanın mədəni təkmilləşməsi, həyat tərzini, mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və dəyərlərini, insanla elmin qarşılıqlı münasibətini və s. tədqiq edir. Bu mənada qloballaşan dünyada kulturologiya Azərbaycan cəmiyyəti üçün olduqca vacib bir elmdirona həm dünyəvi, həm də azərbaycançılıq məfkurəsi kontekstində yanaşılmalıdır.

   Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeriroluna bir küll halında baxır. O, dünyada gedən qlobal prosesləri, eləcə də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir məqsəd və vəzifə kimi qoyur. Tanınmış elm xadimi, prof. Timuçin Əfəndiyev yazır: Bu gün qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin mühafizəsi, mədəni inteqrasiyanın optimal yollarının aranması və müəyyənləşdirilməsi baxımından mövcud baxışların konseptual bir şəklə gətirilməsinə, xalqlarımızın mənəvi ünsiyyətinin intensivləşməsinə, mənəvi yaxınlaşma prosesinin sürətlənməsinə və nəticədə mükəmməl bir birliyə qovuşmasına böyük ehtiyac duyulmaqdadır. Mədəni müxtəlifliyə tərəfdar olan müasir dünya artıq çoxdan dərk etmişdir ki, texnogen inkişaf mənəvi inkişafla vəhdət təşkil etməyəndə, harmonik tamlıq pozulur. Bu səbəbdən də gələcəyə milli-mənəvi bütövlük halında getmək üçün keçmişin, milli-tarixi təcrübənin nailiyyətlərinin bir araya gətirilməsi, elmi süzgəcdən keçirilməsi və gələcək nəsillərə transformasiyası biz nəsillər qarşısında duran ən müqəddəs vəzifələrdəndir” (Əfəndiyev T. İ. Türksoylu qurultay tarixi-mədəni hadisə kimi. Mədəniyyət dünyası. Elmi-nəzəri məcmuə. X buraxılış. Bakı, ADMİU, 2005, s. 101).

   Kulturologiya insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da, o həm də hər bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa, həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz bu zənginliklər bu gün cəmiyyətdə mübahisə doğuran “mədəniyyətşünaslıq” və yakulturologiyakimi anlamların yaranmasına, onların ictimai şüurda möhkəm yer tutmasına zəmin yaradır.

   Müasir dövrdə milli və ümumbəşəri nailiyyətlər əsasında mədəniyyətimizin demokratikləşməsi və müasirləşməsi, insan hüquqlarının müdafiə olunması, şəxsiyyətin yaradıcı inkişafı, elmi biliyin və mütərəqqi texnologiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir. Hazırda azərbaycançılıq fəlsəfəsinin və vətənçilik məfkurəsinin formalaşdırılmasında kulturologiya elmi daha mühüm rol oynamağa başlayıb. Bu gün cəmiyyətin və şəxsiyyətin formalaşmasında kulturologiya elmi çox mühüm vəzifələri və sosial funksiyaları yerinə yetirir. Bu elm öz fundamentallığı ilə cəmiyyəti öyrənən digər sosial-humanitar elmlərdən əsaslı şəkildə fərqlənir. Hazırda bu elmin özünəməxsus spesifik xüsusiyyətləri və sosial funksiyaları vardır.

   Akademik Ramiz Mehdiyev fəlsəfə ilə kulturologiyanın qarşılıqlı əlaqəsindən bəhs edərək yazır: “Kulturologiyanın ən mühüm vəzifəsi dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi məsələlərini öyrənmək, müasir dövrün sosiomədəni meyllərini və proseslərini təhlil etməkdir. Bu elmin predmeti ümumbəşəri və milli-mədəni proseslərin qanunauyğunluqları, insanların maddi və mənəvi həyatının ən mühüm hadisələridir” (Mehdiyev R. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, s. 24).

   Kulturologiyanın tarixi ən qədim dövrlərdən, yəni bəşər cəmiyyətinin yaranmasından başlayaraq insanın əldə etdiyi əqli, bədii və mənəvi-əxlaqi nailiyyətləri, sosial-mədəni təcrübəni və ictimai texnologiyaları, insanların bədii yaradıcılıq fəaliyyətinin xüsusiyyətlərini, dünya xalqlarının yaratdıqları özünəməxsus mədəni irsi, habelə zəngin kulturoloji toplumu özündə cəmləşdirir. Prof. T.Əfəndiyev qeyd edir ki, kulturologiya elmi özündə mədəni, sosial, ictimai amilləri əks etdirməklə, dünya birliyinin başlıca münasibətlər sistemini öz orbitinə çəkir və beynəlxalq mədəni münasibətlərin təmizlənməsində müəyyən pozitiv rol oynayır. Elmi, nəzəri və sosial-ictimai zəmin üzərində bərqərar olan kulturologiya mədəniyyətlərarası dialoqun prinsipcə yeni inkişaf mərhələsinə qədəm qoymasına, sosial-mədəni anlaşma yollarının yaranmasına, mədəniyyətin idarə edilməsinə ciddi təsir göstərir (Əfəndiyev T. İ. Çağdaş mədəniyyət təhsili mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi kontekstində: anlaşmaya aparan yol. 525-ci qəzet, 6 aprel, 2011-ci il, s. 4).

   Bu gün Azərbaycan mədəniyyəti öz tarixi ənənələri və müasir nailiyyətləri ilə qabaqcıl dünya ölkələri səviyyəsinə qalxmışdır. Mədəniyyətimizin belə bir inkişafı və tərəqqisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin özünəməxsus yeri vardır. 90 illik tarixə malik olan bu universitetdə Azərbaycan incəsənətinin böyük korifeyləri təhsil almış və həmin məzunların böyük əksəriyyəti daha sonralar burada çalışmış, milli mədəniyyətimizin çoxəsrlik tarixinə yeni parlaq səhifələr yazmışlar. Bu şərəfli inkişaf yolunda mədəniyyət və incəsənət xadimləri yüksək nailiyyətlər əldə etmiş, yaradıcılıq uğurları qazanmışlar. Sözsüz ki, müasir mərhələdə konkret olaraq yalnız kulturoloji təhsilin vəziyyəti və perspektivlərindən danışılsa belə, 90 illik zəngin tarixi yolun ümumi mənzərəsinə toxunmadan ötmək mümkün deyil.

   Bu gün Mədəniyyət və İncəsənət Universiteti nəinki Azərbaycanın, hətta Mərkəzi Asiya və Cənubi Qafqazın ən böyük unikal bədii təmayüllü ali məktəbidir. ADMİU Azərbaycanda mədəniyyət və incəsənətin əksər sahələrində yüksək ixtisaslı kadrlar hazırlayan, geniş yaradıcılıq imkanlarına, elmi-metodiki bazaya malik olan yeganə ali təhsil müəssisəsidir. Universitet teatr, kino, televiziya, rəssamlıq, kulturologiya, sənətşunaslıq, musiqiestrada sənəti sahəsində mütəxəssislər, (rejissorlar, aktyorlar, ssenaristlər, operatorlar, teatrşünaslar, kinoşünaslar, musiqişünaslar) o cümlədən xoreoqrafiya, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, menecment, kulturoloq, təsviri və dekorativ-tətbiqi sənət mütəxəssisləri, xalçaçılıq, sənaye qrafikası, reklam üzrə rəssamlar, modelyerlər, dizaynerlər, instrumentalxalq çalğı alətləri ifaçıları və s. hazırlayır.

   Hazırda ADMİU-da 8 fakültə, hazırlıq şöbəsi və təkmilləşdirmə dekanlığı var. Universitetin 29 kafedrası, əsaslı kitabxanası, geniş bədii və texniki imkanlara malik tədris ”Səda” teatrı, kompyuter mərkəzi, müasir avadanlıqla təchiz edilmiş nəşriyyat-poliqrafiya mərkəzi, idman klubu, telestudiya, səsyazma studiyası və bir çox digər qurumları olan unikal ali təhsil ocağına çevrilmişdir. Tələbə gənclər burada aktyor, rejissor, kinoteleviziya operatoru, menecer, solo oxuma (xanəndəlik), instrumental ifaçılıq, xalq çalğı ifaçılığı, estrada sənəti, teatrşünas, kinoşünas, sənətşünas, bədii yaradıcılıq və ekran dramaturgiyası, beynəlxalq mədəni əlaqələr və digər ixtisasların sirlərinə daha dərindən yiyələnirlər. ADMİU-da müxtəlif xarici ölkələrdən gəlmiş çoxlu sayda əcnəbi tələbələr də vardır ki, bu tələbələrin elmi-təhsil sistemi məhz müasir dünya standartlarının tələblərinə uyğun şəkildə qurulmuşdur. Onlar fakültələrdə tədris prosesində mədəniyyət və incəsənətin sirlərini daha dərindən öyrənirlər.

   Kulturologiya” fakültəsi ADMİU-nun ən aparıcı fakültələrindən biridir. Əsası 1959-cu ildə “Mədəni-maarif işi” ixtisası əsasında yaradılmışdır. 1995-ci ildən fakültənin “Kulturologiya” adlandırılması keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu və Azərbaycanda mədəni-maarif təhsil sistemindən kulturoloji təhsil sisteminə keçidin əsasını qoydu. Qloballaşmainteqrasiya prosesləri kulturologiya elminin inkişafına daha güclü təkan verdi və Azərbaycanda kulturoloji tədqiqatlar həm nəzəri, həm tarixi, həm də tətbiqi istiqamətlərdə aparılmağa başladı. 1998-ci ildən etibarən fakültədə həm bakalavar, həm də magistr pilləsi üzrə mütəxəsis hazırlığına başlanıldı. Həmin dövrdən kulturologiya elmi ilə yaxından məşğul olmağa başlayan yeni-yeni mütəxəssislər və tədqiqatçılar nəsli yetişdi. N.Əfəndiyeva, İ.Hüseynov, Ç.Abdullayev, A.Əlizadə, M.Süleymanlı, S.Əliyeva, Y.Əliyeva, T.Əhmədova, F.Hüseynova, G.Kazımova, A.Eyvazlı, N.Abbasov, E.Kazımzadə və digər alimlər kulturologyanın bir elm kimi formalaşmasına öz elmi tədqiqatları ilə yeni töhfələr vermiş oldular. İnnovasiya prosesləri ilə əlaqədar olaraq fakültədə “Mədəniyyət və muzeyşünaslıq”, “Kulturologiya”, “Sosial-siyasi elmlər”, “İqtisadiyyatinformatikakimi yeni unikal kafedralar yaradıldı ki, postsovet məkanının digər müstəqil respublikaları ilə müqayisədə Azərbaycanda kulturologiya elmi daha güclü şəkildə inkişaf etməyə başladı. Eyni zamanda bu ali məktəbdə AAK tərəfindən namizədlik və doktorluq dissertasiyaları üzrə müdafiə şurası yaradıldı ki, bu da respublikada kulturoloq kadrların hazırlanmasında mühüm əhəmiyyətə malik oldu.

   Hazırda ADMİU-nunKulturologiya” fakültəsi məhz kulturoloji təhsil sahəsində respublikamızın yeganə ali təhsil ocağı hesab edilir. Fakültənin professor-müəllim heyəti universitetin elmi nəşri olan “Mədəniyyət dünyası” və “Elmi əsərlər” məcmuələrində müntəzəm şəkildə kulturoloji məsələlərlə bağlı olaraq elmi yazılar çap etdirir, mütəmadi şəkildə respublika və beynəlxalq səviyyəli elmi-nəzəri konfranslarda iştirak edir. Son illərdə fakültədə “Beynəlxalq mədəni əlaqələr”, “Kulturologiya”, “Sosial kulturologiya”, “Mədəniyyət siyasəti və mənəvi dəyərlər”, “Fəlsəfə”, “Mədəniyyət və incəsənət sahələrinin menecmenti”, “Etika”, «Tətbiqi kulturologiya», «Kulturologiyaonun əsas istiqamətləri», «Dünya muzeyləri və tarixi mədəniyyət abidələri», «Muzeyşünaslıq», «Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti», «Ənənə və müasirlik», «Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili», «Qədim dünya mədəniyyəti», «Kulturologiya tarixi», «Dünya mədəniyyət siyasəti» kimi 100-dən çox fundamental dərslik, dərs vəsaiti, monoqrafiyas. nəşr edilmişdir.

   ADMİU-nunKulturologiya” fakültəsi yüksək ixtisaslı kulturoloqların hazırlanması, kulturoloji təhsilin elmi-metodoloji əsaslarının yaradılması və inkişaf etdirilməsi, dünyamilli kulturoloji fikir tarixinin tədqiqi sahəsində respublikada aparıcı mövqe tutur. Keçən əsrin 90-cı illərindən başlayaraq ADMİU-nunKulturologiya” fakültəsində müasir tələblərə və beynəlxalq standartlara cavab verən ixtisas kafedraları açılmağa başladı. Yeni unikal ixtisasların və kafedraların açılmasında, fakültənin maddi-texniki bazasının yüksəldilməsində, yüksək ixtisaslı kadrların hazırlanmasında, universitetin kitabxana fondunun zənginləşdirilməsində, mədəniyyət müəssisələri ilə əlaqələrin genişləndirilməsində, fakültənin beynəlxalq mədəni əlaqələrinin qurulmasında (Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sankt-Peterburq Mədəniyyət və İncəsənət Universitetib.) universitetin rektoru, filologiya elmləri doktoru, prof. Timuçin Əfəndiyevin müstəsna xidmətləri olmuşdur. O, fakültənin yaradıcısı kimi tarixə düşmüşdür. Məhz Timuçin Əfəndiyevin səyi nəticəsində ADMİU-nunKulturologiya” fakültəsi respublikamızda kulturoloji təhsilin ən aparıcı elmi mərkəzinə çevrilmişdir.

  

 

   İlqar Hüseynov,

   ADMİU-nun “Mədəniyyət və

   muzeyşünaslıq” kafedrasının müdiri,

   kulturologiya elmləri doktoru,

   professor

 

  Mədəniyyət.- 2012.- 28 noyabr.- S. 11.