“Doğma ocaq”
Azərbaycanlı rejissorun
yeni filmi beynəlxalq festivalda uğur qazanıb
Rusiya Federasiyasının Tatarıstan
Respublikasının Kazan şəhərində
“Mənim böyük məmləkətim”
sənədli filmlər festivalı başa
çatıb. 30-dan çox ölkədən
rejissorların iştirak etdikləri
festivalın məqsədi Asiya ölkələri
arasında mədəni əməkdaşlığın
möhkəmləndirilməsinə nail
olmaqdır.
Festivalda ölkəmizi Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmayılov “Doğma ocaq” sənədli filmi ilə təmsil edib. Film festivalın təşkilatçıları tərəfindən “Eyni fərqlilik” nominasiyasında xüsusi mükafata layiq görülüb.
Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən “Doğma ocaq” filmində Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığı da əksini tapıb. Ekran əsəri atası rus, anası azərbaycanlı olan gənc qızın ölkəmizin mədəniyyəti, adət-ənənələri haqqında əldə etdiyi məlumatlarla başlayır.
Rusiyanın “DS film” və Azərbaycanın “Sinema evi” studiyalarının müştərək istehsalı olan film Azərbaycanın Mədəniyyət və Turizm, Rusiyanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə ekranlaşdırılıb.
Qeyd
edək ki, R.İsmayılovun bundan əvvəl lentə aldığı “Köç” filmi də bir sıra beynəlxalq festivallarda
mükafatlara layiq görülüb.
Mədəniyyət.-
2012.-28 noyabr.- S. 4.