“Junior Eurovision”u
işıqlandırmaq üçün
100 jurnalist akkreditədən
keçib -
Yarmo Siim: “Azərbaycan
iştirak etdiyi ilk ildən ən güclü rəqiblərdən
və qalib gələ biləcək əsas ölkələr sırasında olur”
Niderlandın paytaxtı Amsterdamda
X “Junior Eurovision” mahnı müsabiqəsi
keçirilir
“Mərkəz”in APA-ya istinadən verdiyi məlumata görə, müsabiqənin keçirildiyi
şəhərdə heç
bir banner və ya “Heineken Music Hall”un qarşısında
hər hansısa bir məlumat yerləşdirilməyib. Ümumiyyətlə, hava limanından tutmuş mərkəzə
kimi paytaxt əhli bu müsabiqənin
keçirilməsindən xəbərsizdir.
“Junior Eurovision”un Avropa Yayımları Birliyinin
(EBU) layihəsi olduğunu
nəzərə alsaq,
bu müsabiqəyə
ciddi hazırlıq, təşkilatçılıq nəzərimizə çarpmır.
Müsabiqəni işıqlandırmaq
üçün arenada
hazırlanmış “Eurovision Song Contest”dən daha fərqli, kiçik ölçülü, daha
az tutumlu mətbuat konfransı zalı, eyni zamanda cəmi dörd gün fəaliyyət göstərəcək
mətbuat mərkəzi
istifadəyə verilib.
Azərbaycan bu müsabiqədə ilk dəfə
təmsil olunmasını
nəzərə alaraq,
APA bu müsabiqəni
yerindəcə izləmək,
“Eurovision Song Contest”lə bərabər
“Junior Eurovision”u da işıqlandırmaq qərarına
gəlib.
Müsabiqənin məhz azyaşlı
istedadlar arasında keçirilməsini, o cümlədən
daha az
iştirakçı ölkənin
qatıldığı bu
müsabiqəni işıqlandırmaq
həvəsində olan
cəmi 100 jurnalist akkreditədən keçib.
“Eurovision” mahnı müsabiqəsinin
mətbuat katibi Yarmo Siim APA-ya açıqlamasında
bildirib ki, onların 50-si artıq Amsterdamdadır: “Onların
hamısını final şousuna
kimi gözləyirik. Ötən ilə nisbətən bu il müsabiqəni
işıqlandıran jurnalist
sayı daha çoxdur. Həm də bu, ev sahibliyi edən ölkədən irəli gəlir. Amsterdama maraq ötən il bu müsabiqəyə
ev sahibliyi edən Ermənistandan daha yüksəkdir və o səbəbdən
bu il jurnalist
sayında artım
var. İstər böyük,
istərsə uşaq
“Eurovision”u keçirildiyi
ölkənin iqtisadiyyatına
və turizminə müsbət təsir göstərir”.
“Junior Eurovision”un
“Eurovision Song Contest”dən daha
fərqli ab-havada, zəif təşkilatçılıq,
eyni zamanda şəhərin heç
bir yerində bu tədbirin keçirilməsi ilə bağlı məlumatın
yerləşdirilməməsinə gəlincə, Y.Siim bunları deyib: “Böyüklər arasında
keçirilən “Eurovision Song Contest”lə “Junior Eurovision” tamamilə
fərqlənir. Amsterdam elə bir şəhərdir
ki, burada eyni tarixlərdə müxtəlif əlamətdar
tədbirlər keçirilir.
Bu səbəbdən hər birini yetəri qədər təbliğ etmək mümkün deyil. Amma dekabrın 1-də tamaşaçılar
olduqca maraqlı televiziya şousunun şahidi olacaqlar. Biz buna var-qüvvəmizlə
çalışırıq”.
Azərbaycanın “Junior Eurovision”da ilk dəfə
təmsilçiliyini qeyd
edən Y.Siim ölkəmizin yenə də ən önəmli rəqiblərdən
olduğunu vurğulayıb:
“Azərbaycan ilk dəfədir
bu yarışmada iştirak edir. Lakin
“Eurovision Song Contest” kimi, bu
yarışmaya da ilk dəfədən ciddi hazırlaşıb. Azərbaycan hər
zaman iştirak edən ölkələr arasında güclü rəqiblərdən və
qalib gələ biləcək əsas ölkələr sırasında
olur”. Y.Siim onu da əlavə
edib ki, bu müsabiqədə iştirak edənlər uşaqlardır və onlardan qeyri-adi peşəkarlıq gözləməyə
ehtiyac yoxdur: “Əsas məqsəd insanlara sevinc bəxş etmək, onlara xoş anlar yaşatmaqdan ibarətdir. Burada iştirak edən
uşaqlara dinləyicilərin
marağı daha çox önəmlidir”.
Mərkəz.-2012.-30 noyabr.-S.-14