Moskvada Sərxan Sərxanın yubiley konserti
Moskvadakı Beynəlxalq Musiqi Evində Azərbaycanın Əməkdar artisti, tanınmış estrada müğənnisi, Sərxan Sərxanın 60 illiyi münasibətilə yubiley konserti olub.
Ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə müğənni pərəstişkarları üçün sevilən kompozisiyalarını ifa edib. Populyar Azərbaycan melodiyaları, rus dilində estrada mahnıları səslənib.
Konsertdə Sərxan Sərxanın çoxsaylı pərəstişkarları arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da olub. O, yubilyarı təbrik edərək, onunla Bakı Filarmoniyasının direktoru işlədiyi zaman tanış olduğunu xatırladıb, birlikdə işlədiyi illəri yada salıb. Sonra səfir “Gəl, ey səhər”, “Zəng et” mahnılarını yubilyarla birlikdə gurultulu alqış sədaları altında ifa edib.
Sərxan Sərxan yaradıcılıq karyerasına gitarada ispan
mahnıları ifa etməklə
başlayıb. Bakıda çoxlu konsertlər
verib, habelə bir çox ölkələrə qastrol
səfərləri edib. 1991-ci ildə Moskvaya köçən müğənni Vətənini
də unutmur, pərəstişkarları
ilə görüşə gəlir. Bu
yaxınlarda müğənni 60 illik yubileyini doğma şəhərdə
konsert proqramı ilə qeyd
edib.
Mədəniyyət.- 2012.- 30
noyabr.-S. 5.