Qəzəl xanəmizdə əbədi Vahid

 

   özü demişkən “Uçmaz elə bir xanə ki - memarı gözəldir”!

  

   Düzdür, xələflərindən biri “Əbədiyə qəh-qəh çəkər - əbədi dünyadeyib, ancaq sağlığında üzünə, cismani yoxluğunda xatirəsinə, ruhuna bu qədər bəh-bəh deyilən (və əbədən deyiləsi) bir şairin kosmik əbədiyyət ehkam-ehtimalından nə qorxusu? Qorxacağı bir məsələ-mətləb vardı ki, bu da ibarət olsun onun bir vaxtlar yağdırdığı mənalı qəzəllər yağışından sonra çıxmış (və hələ çıxası) “göbələk”-yazarların oxucularda formalaşdıracağı zövq epidemiyasından...

   Amma elə yenə özü demişkən; “Ölməz elə bir şair ki, əşarı gözəldir”!..

  

   Əliağa Vahid. Qəzəl ustadı, gözəl səyyadı, qafiyələr ağası...

   Bu sadə xalqın, “xalq şairi” adı verilməmiş vahid, əsl “qeyri-vəsl”, yeganə “nəfsi-nama biganə”, “bir danə”, “dərdaneyi-mərdanə”, “mahiri-bədiyyə”, “məşhuri-qəzəlxan”, “məsti-gözəlcan” şairidir Əliağa Vahid. Bu xan qəzəlxan haqda danışanda, yazanda ən çinovnik natiq, ən rəsmi qələmçi də ladını-kodunu dəyişib, özünü “sarı sim” üstdə kökləməyə çalışır. Müasirlərindən biri danışırdı ki, XIX əsrin sonlarında Bakıda və ətraf kəndlərdə həm lirik, həm də dramatik bir ab-hava vardı ki, birincisi Əliağanı yaratdı, ikincisi Cəfəri. Aralarında dörd il fərq vardı, yaradıcılıqlarında isə həyat səhnəsilə teatr səhnəsi qədər təfavüt. Biri deyirdi “Vahidəm, sevgini mən də qanıram, Fitnəkar gözəli üzdən tanıram”, o biri deyirdi “Qəhr olsun dünyanın milyonlar üstündə vücuda gələn səadəti!”.

   O, müasirinin dediyi kimi, bir neçə ildən sonra ictimai-siyasi, sosial-kriminal çaxnaşmalara meydan olası Bakıya əvvəlcə lirika hadisəsi doğuldu. Doğuldu Masazırda (18.02.1895), yaşadı-yazdı Bakıda, müvəqqəti cisim dünyasını əbədi haqq və ədəbi isim dünyasına dəyişdi Azərbaycanda (01.10.1965). Qələmə aldığı və aldırdığı sanılı şeirlərdən əlavə, o, qəlbində saysız qəzəllər apardı və şəxsində gələcək oxucuları üçün qapalı məsələlər, butalı məsəllər də qoyub getdi...

  

   Birincidən başlayaq

  

   Yəni “məsələ”dən, “Könlümü vermişəm şeirə-qəzələ” sözü ilə “məsələ” termini bir araya sığışmasa da, bu barədə “bir kaç kəlmə”lər söyləməliyik. Əvət, o məsələ ki ictimai müzakirəyə, elitar mühakimə, məhəlli mübahisə, ən nəhayət, xeyirxah şübhələrə səbəb olmur, o, məsələ deyil. Bu xalqın “xalq şairi” adı verilməmiş vahid, əsl “qeyri-vəsl şairi”.

   Elə məsələlər var ki, onların çözümünü daha ciddi problemlərlə məşğul olan rəsmi dairələrdən, rəyasət səviyyələrindən gözləmək - hətta ummaq belə - düzgün deyil. Amma öz aramızdı, xalq içrə daim qövr edən bu tövr məsələlər haqdadördüncü hakimiyyət”in susması da düzgün deyil.

   Əliağa Vahid çevrəsinin tez-tez işlətdiyi ifadələrdən birinə (“yerin məlum”) timsalla desək, məsələ məlum. Yəni bütün bəni-adəm məziyyətləri, geyim-deyim tərzi ilə xalq əba-qəbasından çıxmış bu şairə, aşiqlik inqilabından özgə heç bir siyasi təhlükəliliyi olmayan bu sailə (xırda-para maddi imtiyaz və mənəvi titullar istisna edilməklə) - bizim ədiblər üçün ən məhrəm və məlhəm təltifat olanxalq şairi” adı verilməyib. Niyə? “Görəsən, niyə?” yox a, sadəcə, niyə? “Görəsən, niyə”nin hədəfi o dövrün Dövlət, Lenin, Stalin mükafatları ola bilər. Söhbət o dövr məclislərinin, toy-düyünlərinin “qara camaat” istəklisindən, xəlqi söz qəflə-qatarının “qara poyuzundan, qəzəliyyat-gözəliyyat kanından gedir. Azərbaycanın kəlam saraylarında, hikmət odalarında, ağır xanəndələrin çal-çağırxanalarında Nizami, Füzuli, Nəbati, Seyid Əzim kimi ustadlara dabanqırma qoşulmaqda olan bir varisdən bəhs olunur. Dünyayi-aləm üzrə yağla şora fərq qoymamaqda, hər şeydə eləməkdə (əslində qırmızı!) qarğa kimi seçilən sovet dövranının acığına “Gözəl həyatını Vahid, fənaya sərf etmə, Səni zəmanə yetirməz dübarə - bir dənəsən”,- deyə, sənətkarlığın ən vacib “maddə”lərindən olan təvazökarlığa da “təcavüzkarlıq” edən təpədən-dırnağa bədii “bakılı balası”ndan danışılır.

   , həmin suala dair bir dənə davam edir - 37” elementi. Belə ki, o vaxt sağa-sola paylanan ayağı sayalı mükafatlardan niyə bu bəlalı şairə verilməyib? İçirmiş? Görəsən, bu anti-alkoqoləxlaq kodeksi”ni bizəkaçay-kaçayedən Kremldəkilərdən çox? Yeri gəlmişkən, SSRİ-nin tərkibinəkönüllüdaxil olmağımıza bir könüldən min könülə aşiq olmuşrevolyusioner” (“patavaayamalı) Mirbəşir Qasımovun Mərkəzi Komitədə - Moskvadan gəlmiş nümayəndələr qarşısında dili topuq vura-vura (rusca bilmədiyindən) etdiyi bir cümləliktarixiçıxışı da (“Balşaya Rassiya Azırbeycana kultura kaçay-kaçay, malinkiy Azırbeycan Rassiyaya nöyüt kaçay-kaçay”) Əliağa Vahid tərəfindən - çoxusunu bədahətənlikləçapetdiyi qəzəliyyatnəşriyyat”ı vasitəsilə yayımlanıb. deyirəm, bəlkə, bizim bu şeir-qəzəl ustadımızın, “nazlı gözəlmövzusunda özəl qələm rəssamımızın nakam getdiyi o məsələ, elə bu kimieybicu”luq şuluqluqlarına görə baş tutmayıb?..

   Hələ onun Fəxri xiyabanda dəfn edilib-edilməməsi ilə əlaqədarpartiya xalqdilemması! Cənazə arxasınca yürüyən xalq sevgi dolu qışqır-bağırlasağa, sağa!” hayqırır, respublikanın o vaxtkı I katibinintəsadüfənMoskvada olmasından çaşıb qalmış yüksək çinli məmurlar isə “sol, sol!” komandası ilə izdihamın ağzını Fəxri xiyabandan yayındırmaq istəyirmiş.

   Belə-beləməsələ”lər...

   ... uzun illər fəxrsiz dam-daşda yaşayan bu şairin Mir Cəfər Bağırova yazdığı belə bir misal, belə-belə misralar:

  

   Evimi görsə naxırçı, deyər, samanlıqdır,

   Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

   Divarda ağcaqanadlar, yerimdə taxtabiti,

   Hücuma bax gecələr, gör hökmranlıqdır.

   Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

   İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

   Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

   Gözləməkdir işim, məsələ dumanlıqdır.

   Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

   Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

  

   Bu da məsəllər

  

   Məsələn, “Yaxşılıq elə - at dəryaya, balıq bilməsə , Xaliq bilər”...

   Bu “malinkiyAzərbaycanımızın yeraltı-yerüstü yatırını SSRİ xəzinəsinə yatıranları“mız”, milli ilham-istedadxammal”larımızı vəsfi-ixrac edənləri”miz qədər pislik edib Vahidi sənət dəryasından qırağa (özü quruya yox, quru yerə!) çıxarmağa çalışsalar da, Xaliq onu öz sevgisindən, xalq onu öz öygüsündən xali qoymadı.

   Keçəlliyimi neynirsən, keçərliyimdən danış”...

   İçərişəhərdə yerin bağrından doğulub qovzanırmış kimi görsənən abidəni xatırlayın. Yolunuz düşəndə daha diqqətlə baxın. Maraqlı möcüzəvi deyilmi ki, heykəllər içrə bucürlük, bu sayaq yeklik, vahidlik məhz Əliağa Vahidə qismət olub?! Böyük Yaradan bu abidənin yaradıcısının tişəsinə göz-baxış qamaşdıran, könül naxışlayan palıd rişələri ərməğan edib, xan çinarvari duruş, hikmət dolu qırım-qırış, qartal sürətli, sənət surətli daşqafiyələrpıçıldayıb...

   Əks-səda ədadan yox, sədadan yaranar”...

   Məclis-mərəkələrə qulaq verin. Həddən ziyadə millisinizsə, pərvanəvi vətənpərvərsinizsə, buyurun: “Vahid, sorma Vətən - nədən yaxşıdır, Gülüstanlar mənə xəzan göründü”... Məcnunluğunuz tutub? Neynək: “Qınayan olmasa, sənin dalınca, Qapınıza qədər gələrəm özüm”. Cananınızın bənzərsizlikeqo”suna yoluxmusunuz? Alın, gəldi: “Gözəllər içrə sən ey mahi-parə, bir dənəsən, Bu sirri gizli deyil, aşikarə - bir dənəsən!”. Bəlkə sevgi rəsmiyyətçiliklərindən bezmisiniz? Onda təzə bir bədii məzə: “Könül, ol şuxə yaxınlaşma, onun əngəli var, Məndə beləgözəllər”in düz bir düjün cədvəli var...”

   Bundan çox-çox əvvəl isə belə demişdi:

  

   Könül, vəfasız olan nazlı yarə yalvarma!

   etibar ona, bietibarə, yalvarma!

  

   Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,

   Bu beş gün ömrə görə ruzgarə yalvarma!

  

   Sənin bir gün olar novbaharın, ey bülbül,

   Xəzan cəfasına səbr eylə, xarə yalvarma!

  

   Faqirə, acizə, məzlumə ehtiram eylə,

   Əduyə, qaniçənə, zülmkarə yalvarma!

  

   Vətən uğrunda ölüm mərd üçün səadətdir,

   Həyat üçün fələki-kəcmərdarə yalvarma!

  

   Müxalif əhlinə baş əymə, sən Mənsur ol,

   Ənəlhəqqüstə çəkilsən darə, yalvarma!

  

   Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,

   təcdarə, bir şəhriyarə yalvarma!

  

   Köhnə kişimüasirliklərdə

  

   Bu ölkənin, bu dövlətin millət şairinin adı, şöhrət-şanı hər dönəmdə önəmlənir. Yubileyləri sərgilənir, ildönümləri qeyd olunur, haqqında gözəl yazılar dərgilənir, mətbulanır, hər lövhi-ləhzədə qutlanır. Dövlətimizin dəstəyi ilə əlahiddə Vahid tədbirləri düzənlənir, muğam festivallarında ayrıcaVahid axşamınaxışlanır. Formaca tar-kamana, məzmun-mahiyyətcə qəzəliyyata bənzəyən Beynəlxalq Muğam Mərkəzimizdə böyük ustadlarımızla bərabər, bəradərimiz Əliağa Vahidin abidəsi böyük mədəniyyət vahidimiz kimi canlanır...

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 3 oktyabr.- S. 13.