Üzeyir Hacıbəyli musiqi festivalı başa çatdı
Bakıda Heydər Əliyev Fondu və Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
IV Üzeyir Hacıbəyli
Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları ilə yekunlaşıb.
Sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında
“Bu gün və sabah” adlı növbəti konsertdə
Vladimir Spivakovun dirijorluğu
ilə “Moskva Virtuozları” kamera orkestri dünya bəstəkarlarının əsərlərini
səsləndirib. Solistlər - Vladimir Spivakov Beynəlxalq Fondunun təqaüdçüləri
və beynəlxalq müsabiqələr laureatları
Daniil Xaritonov, Elvin Xoca Qəniyev və Matvey Şerlinqin ifaları alqışlarla qarşılanıb.
Həmin gün dahi sənətkarın
ev-muzeyində “Üzeyir
evinin qonaqları” silsiləsindən növbəti
kamera musiqisi konsertində Nərgiz Hüseynova (skripka), Fərid Feyzullayev (skripka), Tural Tağıyev (trombon), Məmməd Rəcəbli
(klarnet), Ramiz Sevdiməliyev (zərb alətləri) və Ceyla Seyidovanın (skripka) ifasında Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Sevda İbrahimovanın, Nazim Əliverdibəyovun, Həsən Rzayevin, Azər Dadaşovun əsərləri təqdim
olunub.
Sentyabrın 29-da, festivalın son günündə Opera və
Balet Teatrında korifey bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunub. Quruluşçu
baletmeysteri Vasili
Medvedev və dirijoru Cavanşir Cəfərov, quruluşçu rəssamı
Dmitri Çerbadjı olan
tamaşada rolları Gülağası Mirzəyev,
Kamilla Hüseynova, Alsu Qimadiyeva, Yelena Skomoroşenko, Nigar İbrahimova, Veronka Arazova, Tamilla Məmmədzadə və
Səbinə Hacıdadaş
ifa ediblər.
Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti ilə festivala yekun vurulub. İtaliyalı dirijor Canluka
Marçianonun idarə
etdiyi konsertdə solistlər Anna de la Veqa (fleyta, Argentina), Şəhla
Əlizadə (arfa) F.Əmirovun “Ü.Hacıbəyliyə
ithaf” əsərini, V.A.Motsart və K.Debüssinin musiqilərini
səsləndiriblər.
Mədəniyyət.-
2012.- 3 oktyabr.- S. 2.