Kinorejissor Tahir Əliyev Sloveniyada mükafat alıb
Sloveniyanın Nova Qoriça
şəhərində rejissor
Tahir Əliyevin “Salnamə” kinostudiyasında
lentə aldığı
iki filmə baxış olub.
Azərbaycan və Sloveniyanın müharibə veteranlarının
görüşü çərçivəsində
Kromberq muzeyində “IX
korpus” və “Unudulmuş partizan” filmi göstərilib.
Qonaqlar arasında Azərbaycanın
Sloveniyadakı müvəqqəti
işlər vəkili
Azər Xudiyev, Nova Qoriça şəhərinin
meri Matej Arçon, italiyalı tarixçi, professor Marina Rossi, “Sloveniya-Azərbaycan” Dostluq
Cəmiyyətinin sədri
İvan Başin, hərbi tarixçi,
professor Musa Bağırov, ehtiyatda
olan polkovnik Rasim Muxtarov, veteran Zahiddin Abbasov və başqaları iştirak ediblər.
Tədbirin sonunda rejissor Tahir Əliyevə Nova Qoriça şəhəri
rəhbərliyinin və
Veteranlar Şurasının
xüsusi mükafatı
təqdim olunub. “IX korpus” filmi II Dünya müharibəsi illərində Sloveniya torpaqlarında alman faşistlərinə qarşı
mübarizə aparmış
azərbaycanlıların qəhrəmanlığından
bəhs edir. “Unudulmuş partizan” filmi isə əfsanəvi partizan Mirdamət Seyidova həsr olunub.
Lalə
Mədəniyyət.-
2012.- 5 oktyabr.- S. 4.