Zərgərlik
incə sənətdir
Sentyabrın 22-29-da Rusiyanın Sankt-Peterburq şəhərində
gənc dizayner-zərgərlərin “Obraz və forma” adlı
beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqəyə
Rusiya, Azərbaycan, İtaliya, Litva, Yunanıstan və
Almaniyadan 35 gənc qatılıb. Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə müsabiqədə
respublikamızı təmsil edən dizayner-zərgər Ramin
Ağayev bu günlərdə redaksiyamızın
qonağı oldu.
- Ramin, öncə özün barədə
qısa məlumat verərdin...
- 1977-ci ildə Lənkəran
şəhərində anadan olmuşam. Atam ticarətçi, anam isə müəllimdir. Erkən yaşlarımdan
əl qabiliyyətim olsa da, əvvəl-əvvəl
sənətə, rəssamlığa
elə də həvəsim olmayıb.
Orta məktəbin yuxarı siniflərində məndə
sənətə maraq
yarandı. 1994-cü ildə sənədlərimi
Lənkəran Rəssamlıq
Məktəbinə verdim,
orta məktəblə
bərabər orada da oxudum. Ancaq yenə də bu sənətin dalınca getmədim.
1996-2000-ci illərdə Təfəkkür Universitetində
təhsil aldım.
- Necə oldu ki, bu
sənətə gəldin?
- Hərbi xidmətdə olarkən rəssamlıq hislərim
yenidən baş qaldırdı. Boş vaxtlarımda şəkil
çəkər, bəzən
ağac üzərində
oyma naxışlar açardım. Anar Sadıqov
adlı əsgər yoldaşım vardı.
O da rəssam idi. Bir gün
mənə dedi ki, görürəm, yaxşı əl qabiliyyətin var, səndən yaxşı dizayner-zərgər olar. Beləliklə, o, məndə bu
sənətə hədsiz
maraq yaratdı. Hərbi xidmət başa çatdı. Biz evə qayıtdıq.
Sonra birlikdə Bakıdakı Mərkəzi Univermaqda Həsənağa Babazadənin
zərgər sexinə
getdik. İki il onun yanında işlədim. Bu sənətin sirlərini
ondan öyrəndim.
2005-ci ildə sərbəst fəaliyyətə
başladım. Sonra işimi
daha yüksək səviyyədə qurmaq istədim. Elə oldu ki,
internet vasitəsilə İtaliyanın
“Roberto-Coin” zərgərlik şirkəti ilə əlaqə yaratdım.
Şirkətin direktoru Antonio Bedoni
ilə görüşdüm.
O, mənim əl işlərimlə tanış oldu. Bəzi müzakirələr apardıq.
Əl işlərimi bəyəndiyini
bildirdi. Sonra məni
şirkətlərində işə
dəvət etdi.
Orada bir müddət işlədim, amma sonra onlardan ayrıldım.
- Səbəb nə oldu?
- Orada işlədikcə beynəlxalq
dizayn-zərgərlik əlaqələri,
zərgərlik mədəniyyəti
ilə yaxından maraqlanır, kataloqlara baxırdım. Orada çox ölkələrin
adı, ünvanı vardı. Ancaq Azərbaycanın adı yox idi.
Sonra fikirləşdim ki, bizdə də bu mədəniyyəti inkişaf etdirib dünyaya tanıtmaq olar. Müəyyən araşdırmalar aparmağa başladım.
Qobustan Milli Tarix-Bədii Qoruğuna getdim. Orada qayaüstü şəkillərə
baxdım, eskizlər götürdüm və layihə işlədim.
Həmin
layihə ilə Mədəniyyət və
Turizm Nazirliyinə müraciət etdim. Layihəm bəyənildi. Nazirliyin
xətti ilə bu il sentyabrın 22-29-da Sankt-Peterburq
şəhərində keçirilən
“Obraz və forma” adlı beynəlxalq dizayner-zərgərlər müsabiqəsinə
qatıldım.
- Müsabiqədə
hansı əsərlərinlə
iştirak etdin?
- Sankt-Peterburqdakı
Etnoqrafiya Muzeyində keçirilən müsabiqədə
altı əsərlə iştirak etdim. “Şeyx
Səfi”, “Qobustan”, “Bakı küləyi”, “Muğam” adlı əsərlərim
maraqla qarşılandı. Birinci yeri
rusiyalı dizayner qazandı. İkinci-üçüncü
yerə isə mənim əl işlərim layiq
görüldü. Diplom və müxtəlif
hədiyyələrlə təltif olundum. Bu
nailiyyət sənətə olan marağımı,
yaradıcılıq həvəsimi daha da artırıb.
Mədəniyyət və Turizm Nazirliyinin mənə
göstərdiyi dəstəyə görə minnətdaram.
Çalışacağam ki, gələcəkdə
də müxtəlif müsabiqələrdə ölkəmizi
layiqincə təmsil edim.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 11.