“Skal Bakı”nın
toplantısı keçirildi
Mehmanxanalarla turizm şirkətləri arasında
işgüzar əlaqələr
müzakirə olundu
Oktyabrın 5-də «New Baku» mehmanxanasında
«Skal İnternational Bakı» turizm klubunun növbəti, 11-ci
toplantısı keçirildi.
Tədbiri «Skal Bakı»nın prezidenti Ruslan Quliyev açaraq qurumun fəaliyyəti,
2012-ci ilin yay turizm mövsümünün
yekunları barədə
məlumat verdi. Bildirdi ki, «Skal
Bakı» öz işini «Skal İnternational»ın qaydalarına
uyğun qurub: «Müxtəlif ölkələrin,
şəhərlərin skal
klubları ilə əməkdaşlıq, həmkarlarımızla
peşəkar əlaqələr
fəaliyyətimizin mühüm
istiqamətini təşkil
edir. Fərəhlə
qeyd etmək istəyirəm ki, bu ilin əvvəlindən
dünyanın bir çox ölkələrinin
skal klublarının təmsilçiləri Bakıda
olublar. Onların əksəriyyəti «Eurovision-2012» mahnı müsabiqəsi ilə bağlı ölkəmizə səfər
ediblər. Skalçılar
Bakıdakı görüşlərində
qarşılıqlı əməkdaşlıqla
bağlı müzakirələr
apardılar. Hesab edirəm ki, bu səfər və görüşlərin
əsas nəticəsi
yenə də Azərbaycan turizminin təbliğinə və inkişafına xidmət edir».
Sonra Ruslan Quliyevin təklifi ilə tədbir iştirakçıları
«Skal Bakı» klubunun fəal üzvlərindən biri, mərhum Fais Məmmədovun xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər.
«Skal Bakı»nın fəal üzvlərindən biri, klubun layihəsi çərçivəsində Almaniyada təhsil almış Ceyhun Aşurov bu ölkəyə səfəri
barədə danışdı.
O, Almaniya skal klubunun təmsilçiləri
ilə görüşləri,
aparılan müzakirələr
haqqında məlumat verdi.
«Skal Bakı»nın 11-ci toplantısında
Azərbaycan Sənaye
Bankının (ASB) kartlarının
təqdimatı da keçirildi. Bankın idarə heyətinin sədri Cenk Bartın bildirdi ki, bank Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə həyata keçirdiyi yeni layihə çərçivəsində
xarici turistlərə
«Baku Card» adlanan kart təqdim
edir. Bu, kredit kartıdır və hesaba pul qoyulan
zaman aktivləşir.
«Baku Card» ölkəmizə gələn turistlərə
təqdim edilən hədiyyə paketinə daxildir.
Tədbirdə
müzakirə olunan məsələlərdən biri
də Azərbaycanda fəaliyyət göstərən
memanxanalarla turizm şirkətləri arasında
işgüzar əlaqələrin
və koordinasiyanın
tənzimlənmə mexanizmi
ilə bağlı oldu. Qeyd edildi
ki, son vaxtlar hotellərlə turizm şirkətləri arasında
münasibətlər bir
qədər tənzimlənsə
də, bu sahədə görüləsi
işlər hələ
çoxdur. R.Quliyev bildirdi ki, turizm
sektorunun bu iki aparıcı qüvvəsi arasında
normal işgüzar əlaqələrin
koordinasiya edilməsi rəhbərlik etdiyi klubun əsas vəzifələrindən biridir.
Onun sözlərinə
görə, bunun üçün «Skal Bakı» Azərbaycan Turizm Assosiasiyası, Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzi ilə əlaqələrini daha da genişləndirəcək.
Tədbirin sonunda klubun yeni üzvlərinə üzvlük kartları təqdim olundu.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 9.