Kitabxanada Hüseyn Cavidin 130 illiyi qeyd edildi
Oktyabrın 5-də Səbail
rayon MKS-nin Mərkəzi
kitabxanasında Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, şair,
dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə
həsr olunmuş tədbir keçirildi.
Tədbiri MKS-nin direktoru
Nüşabə Ələkbərova
açaraq Hüseyn Cavidin ədəbiyyatımızın
ən parlaq simalarından biri olduğunu, onun sənətinin bütün
zamanlar üçün
əbədiyaşarlığını vurğuladı. AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin şöbə
müdiri Nuranə Əsədullayeva böyük
ədibi filosof şair, tarixi dramların banisi kimi xarakterizə etdi.
Hüseyn Cavid ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı bu mədəniyyət ocağının
yaranma tarixindən danışaraq, muzeydə
saxlanılan eksponatlar
haqqında məlumat verdi. “Cavid ömrü” filmində Hüseyn Cavid və Müşkinaz
xanım obrazlarını
yaratmış Xalq artisti Rasim Balayev
və Əməkdar
artist Dilarə Əliyeva
ekran əsərinin çəkilişləri ilə
bağlı xatirələrini
bölüşdülər.
Tədbirdə
söz alan
digər ədəbiyyat
və teatr xadimlərinin çıxışlarında
Cavid yaradıcılığı
bir daha yad edildi, görkəmli
şairin ömür yoluna nəzər salındı, aktyorların
ifasında əsərlərdən
parçalar səsləndi.
Tədbirdə
fəlsəfə elmləri
doktoru, yazıçı-publisist
Salatın Əhmədli,
yazıçı-publisist Atababa
İsmayıloğlu, Milli
Azərbaycan Ədəbiyyatı
Muzeyinin elmi işçisi Tomris Babanlı, Bakı Şəhər Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin
direktorları, kitabxanaların
əməkdaşları və
oxucular iştirak edirdilər. İştirakçılar
Hüseyn Cavidin əsərlərindən ibarət
kitab sərgisi və həyatını əks etdirən foto stendlə də tanış
oldular.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 6.