Bakıda beynəlxalq idman filmləri festivalı keçirilir
Oktyabrın
9-da “Nizami” Kino Mərkəzində
Mədəniyyət və Turizm,
Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq İdman Filmləri Festivalı başlandı.
Açılış mərasimində çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev
son illər ölkəmizdə
idmana göstərilən
dövlət qayğısından
söz açdı.
Prezident İlham Əliyev tərəfindən
2012-ci ilin “İdman ili” elan olunduğunu
vurğulayan nazir bu il ölkəmizdə ilk dəfə
olaraq Beynəlxalq İdman Filmləri Festivalının keçirilməsini
təqdirəlayiq hadisə
adlandırdı. Bu il Azərbaycan idmançılarının 700-dən artıq medal qazandığını
nəzərə çatdıran
Əbülfəs Qarayev
incəsənət xadimlərinin
öz əsərləri
ilə idmanı təbliğ etdiklərini
vurğuladı. O ümid
etdiyini bildirdi ki, bu festivalın
keçirilməsi ənənə
halını alacaq.
Gənclər və idman naziri Azad Rəhimov da son illər ölkədə həm idman, həm mədəniyyət sahəsində
gedən inkişafdan danışdı. Festival münasibətilə idmançıları
və kino ictimaiyyətini təbrik etdi.
Sonra səhnəyə I Bakı Beynəlxalq İdman Filmləri Festivalının münsiflər
heyəti dəvət
olundu. Münsiflər heyətinin rəhbəri,
Serbiya Kinematoqrafçılar
İttifaqının sədri
Yovan Markoviç Azərbaycanda idmana göstərilən qayğını
yüksək qiymətləndirdi.
İdmanın bir mədəniyyət
göstəricisi olduğunu
qeyd etdi. Festivalın bədii rəhbəri, Rusiyanın tanınmış
kino mütəxəssisi
Nikolay Proxovnik də çıxış
edərək festival iştirakçılarına
uğurlar arzuladı.
Mərasim musiqi nömrələri
və idmançıların
şou nümayişi
ilə davam etdi. Gimnastlar, karateçilər maraqlı çıxışlar
etdilər.
Tədbir Rafiq Quliyevin “Çövkən” (Azərbaycan)
və Yevgeni Yaşkinin “Qələbə
bizimlədir!” (Rusiya) filmlərinin nümayişi ilə yekunlaşdı.
Qeyd edək ki, oktyabrın
11-dək davam edəcək
festivalda Rusiya, Türkiyə, İran, Böyük Britaniya, Bolqarıstan, Niderland, Çin də daxil olmaqla ümumilikdə
20-dək ölkədən 50-dən çox bədii və sənədli filmin nümayişi nəzərdə tutulub. Filmlərin nümayişi “Nizami” Kino Mərkəzinin zallarında
keçirilir. Festivalın yekununda
"Qran-pri", "İdman
və cəmiyyət",
"İdman və şəxsiyyət" nominasiyalarında
mükafatlar təqdim
olunacaq. Bundan əlavə,
münsiflər heyəti
tərəfindən "Xüsusi
mükafat" da veriləcək.
“Bu filmləri başqa heç yerdə görə bilməyəcəksiniz”
I Bakı
Beynəlxalq İdman Filmləri Festivalı ilə bağlı “Nizami” Kino Mərkəzində
kütləvi informasiya
vasitələrinin nümayəndələri
üçün mətbuat
konfransı keçirildi.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin
təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov, festivalın münsiflər
heyətinin rəhbəri,
Serbiya Kinematoqrafçılar
İttifaqının sədri
Yovan Markoviç, rusiyalı kino mütəxəssisi Nikolay
Proxovnik festivalın proqramı, münsiflər
heyəti barədə
məlumat verdilər.
Konfransda
xokkey üzrə səkkiz dəfə dünya, ikiqat olimpiya çempionu Vladimir
Petrov da iştirak edirdi.
Nazirliyin sektor müdiri Yusif Şeyxov ölkəmizdə “İdman
ili” elan olunan 2012-ci ildə belə bir festivalın
keçirilməsinin əlamətdar
hal olduğunu dedi. Qeyd olundu
ki, bu il həm də Yay Olimpiya
Oyunlarının keçirildiyi
nəzərə alınarsa,
festivalın aktuallığı,
əhəmiyyəti bir
daha özünü göstərər. Qonaqlar festivalın
əhəmiyyətini və
miqyasını vurğulayaraq,
bu tədbirin ənənəvi olaraq iki ildən bir keçirilə biləcəyini söylədilər.
Filmlərin hansı prinsiplərlə
seçiləcəyinə və mükafatlara gəlincə, təşkilatçılar
əsas prinsipin bədii keyfiyyət olacağını vurğuladılar.
«Bu festivala filmlərin
seçimi çox ciddi idi. Yalnız peşəkar filmlər seçmişik», - deyə
Yovan Markoviç bildirdi. Festivalın rəhbəri Nikolay Proxovnik filmlərin rəngarəngliyini, maraqlı
nümunələr olduğunu
vurğulayıb tamaşaçılara
«bu filmləri başqa heç bir yerdə görə bilməyəcəksiniz»,- deyə anons
verdi.
Reyhan
Mədəniyyət.-
2012.- 10 oktyabr.- S. 2.