Belarusda Azərbaycan Mədəniyyəti
Günləri
İki ölkə arasında mədəni
əməkdaşlığa töhfə olan tədbirlər
unudulmaz xatirələrlə yadda qaldı
Azərbaycanın dünyanın
müxtəlif ölkələri ilə mədəniyyət
sahəsində əlaqələri ilbəil genişlənir.
Bu əməkdaşlığın inkişafına
qarşılıqlı mədəniyyət günlərinin
keçirilməsi də əhəmiyyətli töhfə
verir. Belə tədbirlər sayəsində dünya
xalqları Azərbaycanın, xalqımız da dünya ölkələrinin
mədəniyyəti, sənət inciləri ilə
tanış olur.
Oktyabrın 7-dən 10-dək Belarus Respublikasında
keçirilən Azərbaycan Mədəniyyəti Günləri
də ikitərəfli əməkdaşlıq və mədəni
mübadiləyə töhfə oldu. Zəngin proqramı olan
tədbirlərdə mədəniyyət və turizm nazirinin
müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə
heyəti iştirak edirdi.
“Azərbaycan ənənələrin
və müasirliyin qovuşuğunda”
Mədəniyyət
günlərinə oktyabrın 8-də Belarus Milli Böyük
Teatrının foyesində “Azərbaycan ənənələrin
və müasirliyin qovuşuğunda” adlı turizm və foto sərgisinin
açılışı ilə start verildi.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Nazim Səmədov Belarusda Azərbaycan Mədəniyyəti
Günlərini ikitərəfli münasibətlərdə əlamətdar
hadisə kimi dəyərləndirdi. Son illər iki ölkə
arasında bütün sahələrdə əməkdaşlığın
genişləndiyini deyən nazir müavini bildirdi ki, bu
özünü iqtisadi münasibətlərdə, ildən-ilə
artan ticarət dövriyyəsində göstərir, eyni
zamanda, humanitar sahədə, mədəniyyət, elm və təhsil
istiqamətlərində əlaqələrimiz yüksələn
xətt üzrə inkişaf edir: «Mədəniyyət
günləri hər iki ölkənin mədəniyyət və
incəsənətinin inkişafına bir töhfədir. Bu tədbirləri
mədəniyyətlərarası dialoq üçün unikal
əhəmiyyətli vasitə kimi qiymətləndiririk”.
Sonuncu dəfə
Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin 5 il əvvəl
keçirildiyini xatırladan nazir müavini ikitərəfli
münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə
əminliyini bildirdi: “Azərbaycan kinematoqrafçıları
Belarusda keçirilən ənənəvi «Listapad»
festivalında uğurla iştirak edirlər. Minsk Akademik Opera və
Balet Teatrının solistləri Azərbaycan Opera və Balet
Teatrının tamaşalarında çıxış edirlər.
Belarus Respublikasının Əməkdar artisti, beynəlxalq
müsabiqələr laureatı, tanınmış müğənni
Oleq Melnikov Bülbül adına vokalistlərin beynəlxalq
müsabiqəsində münsiflər heyətinin
üzvüdür».
Mədəniyyət
günləri çərçivəsində nəzərdə
tutulan tədbirlərdən söz açan Nazim Səmədov
ölkəmizin mədəniyyət və incəsənətinin
müxtəlif nümunələrinin Belarus xalqına təqdim
olunacağını vurğuladı.
Belarusun
mədəniyyət nazirinin birinci müavini Vladimir
Karaçevski öz növbəsində iki ölkə
arasında mədəniyyət sahəsində əməkdaşlığın
hüquqi bazasından söhbət açdı. Qeyd etdi ki,
ikitərəfli əməkdaşlıq müqaviləsi muzeylər,
kitabxanalar, teatrlar arasında əlaqələrin güclənməsinə
zəmin yaradır: “Mədəniyyət günləri bizə
üç gün ərzində Azərbaycan xalqının adət-ənənələri
ilə yaxından tanış olmaq və kinematoqrafiya layihələrini
izləmək imkanı verəcək».
V.Karaçevski bildirdi ki, 2013-cü ildə Azərbaycanda
Belarus Mədəniyyəti Günləri keçiriləcək.
Belarus rəsmisi
Azərbaycan kinematoqrafçılarının Minskdə
keçirilən ənənəvi «Listapad» beynəlxalq
kinofestivalında hər dəfə müxtəlif
mükafatlar qazandıqlarını nəzərə
çatdırdı: «Biz bu gün öz həmkarlarımızın
Belarusda olmalarından böyük qürur hissi keçiririk».
Çıxışlardan sonra sərgiyə
baxış keçirildi. Sərgidə Fərid Xayrulin, Leyla
Axundzadə, Tahir Məmmədov, Mirnaib Həsənoğlu kimi
fotoqrafların əsərləri nümayiş olunurdu. Fotolar
izləyicilərə ölkəmizin tarixi-mədəni abidələri,
Bakının görməli yerləri, Azərbaycanın
müasir quruculuğu barədə dolğun məlumat verirdi.
Sərgidə Azərbaycanın turizm imkanlarını əks
etdirən reklam-çap məhsulları da maraqla
qarşılandı.
Filmlərimiz Belarus
tamaşaçılarında dərin təəssürat
yaratdı
Oktyabrın 8-də Minsk şəhərinin «Qələbə»
kinoteatrında Azərbaycan filmlərinin nümayişi
başlandı. Tədbiri Azərbaycan Dövlət Film Fondunun
direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev
açaraq iki ölkə arasında kino əlaqələrinin
tarixinin 1935-ci ildən başlandığını bildirdi: «Həmin
il əslən Belarusdan olan kinorejissor Vladimir Popov azərbaycanlı
həmkarı Qəmər Almaszadə ilə birlikdə «Dəcəl
dəstə» adlı səssiz film çəkdilər. Bu həm
də Azərbaycanda ilk uşaq filmi oldu. Bu əməkdaşlıq
sonralar da davam etdirildi. İkinci Dünya müharibəsi illərindən
bəhs edən «Mən sizi dünyalar qədər sevirdim»
filmi 1985-ci ildə Belarusda çəkilib. Film iki dəfə
Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovdan
bəhs edir və çəkilişlərdə hər iki tərəfin
aktyor heyəti iştirak edib. Bundan başqa, iki ölkənin
müştərək televiziya filmi də çəkilib. Biz
bu əməkdaşlığın gələcəkdə də
inkişaf etdirilməsini istəyirik».
Belarus
Film Fondunun direktoru Aleksey Bezuqlıy iki ölkə
kinematoqrafçılarının ənənəvi əməkdaşlığının
daha da genişlənməsinə tərəfdar olduğunu
vurğuladı: “Əməkdaşlığı genişləndirməklə
yanaşı, filmlərimizin də qarşılıqlı
olaraq tanıdılmasını istərdik”.
Azərbaycan
kinosu günlərinə kinorejissor Eldar Quliyevin «Girov» filmi ilə
start verildi. Qarabağ münaqişəsində azərbaycanlı
ailənin yaşadığı faciədən bəhs edən
film Belarus tamaşaçılarında dərin təəssürat
yaratdı. Bundan başqa, kinosevərlər son illərdə
istehsal olunan “Vəkil hardadır?”, “Çölçü”
filmlərinə də baxmaq imkanı əldə etdilər.
Əməkdaşlıqlar
genişlənir
Oktyabrın 9-da Azərbaycan mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədovun Belarus mədəniyyət
naziri Pavel Latuşko ilə görüşü oldu.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq
məsələləri müzakirə edildi. Qeyd olundu ki, belə
mədəniyyət günləri bu əlaqələrin dərinləşməsinə
təkan verir. Pavel Latuşko Belarusda keçirilən
«Listapad», «Slavyan bazarı» kimi festivallarda Azərbaycan nümayəndələrinin
fəal iştirak etdiklərini dedi və bildirdi ki, Azərbaycanın
mədəniyyəti, incəsənəti onlar
üçün maraqlıdır. Gələn il Azərbaycanda
Belarus Mədəniyyəti Günləri keçirmək niyyətində
olduqlarını deyən nazir bu tədbirin də ikitərəfli
əlaqələrə töhfə olacağını
bildirdi. Nazim Səmədov Belarus nazirini Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin adından ölkəmizə
səfərə dəvət etdi.
«Yeddi gözəl» Belarusu fəth
etdi
Oktyabrın
9-da Belarus Milli Teatrında Azərbaycan Mədəniyyəti
Günlərinin rəsmi açılışı oldu.
Tamaşaçılara Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının truppasının təqdimatında
böyük bəstəkar Qara Qarayevin «Yeddi gözəl»
baleti nümayiş olundu. Tədbir
iştirakçıları teatrın foyesində “Azərbaycan
ənənələrin və müasirliyin qovuşuğunda»
adlı turizm və foto sərgisi ilə də tanış
oldular.
Tamaşadan əvvəl Belarus mədəniyyət naziri
Pavel Latuşko və Azərbaycan mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov
çıxış etdilər.
Pavel
Latuşko mədəniyyət günlərinin keçirilməsini
iki ölkə arasında mədəni əlaqələrin
gücləndirilməsinə töhfə olduğunu bildirdi.
Belarus tamaşaçılarının “Azərbaycan ənənələrin
və müasirliyin qovuşuğunda» adlı turizm və foto sərgisinə
çox maraqla baxdıqlarını deyən nazir «Yeddi gözəl»
baletini də maraqla seyr edəcəklərindən əminliyini
dilə gətirdi.
Nazim Səmədov
isə öz növbəsində məşhur baletin tarixindən
söz açdı. Bildirdi ki, balet hazırda 870 illiyi
geniş şəkildə qeyd olunan dahi Azərbaycan şairi
Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında
yazılıb.
Sonra «Yeddi
gözəl» baleti nümayiş olundu. Anşlaqla keçən
tamaşa Belarus sənətsevərlərini valeh etmişdi. Səhnə
dekorasiyası, geyimlər, rəqslər böyük
heyranlıqla qarşılandı. Hətta yerli televiziyalarda
yayımlanan süjetlərdə «Azərbaycan gözəlləri
Belarusu fəth etdi» kimi xoş sözlər yer
almışdı.
Bir sözlə,
Belarusda keçirilən Azərbaycan Mədəniyyəti
Günləri yaddaşlarda zəngin təəssüratlarla
qaldı.
Mehparə
Bakı-Minsk-BakıBelarusda Azərbaycan
Mədəniyyəti Günləri
12.10.2012
İki
ölkə arasında mədəni əməkdaşlığa
töhfə olan tədbirlər unudulmaz xatirələrlə
yadda qaldı
Azərbaycanın
dünyanın müxtəlif ölkələri ilə mədəniyyət
sahəsində əlaqələri ilbəil genişlənir. Bu
əməkdaşlığın inkişafına
qarşılıqlı mədəniyyət günlərinin
keçirilməsi də əhəmiyyətli töhfə
verir. Belə tədbirlər sayəsində dünya
xalqları Azərbaycanın, xalqımız da dünya ölkələrinin
mədəniyyəti, sənət inciləri ilə
tanış olur.
Oktyabrın 7-dən 10-dək Belarus Respublikasında
keçirilən Azərbaycan Mədəniyyəti Günləri
də ikitərəfli əməkdaşlıq və mədəni
mübadiləyə töhfə oldu. Zəngin proqramı olan
tədbirlərdə mədəniyyət və turizm nazirinin
müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə
heyəti iştirak edirdi.
“Azərbaycan ənənələrin
və müasirliyin qovuşuğunda”
Mədəniyyət
günlərinə oktyabrın 8-də Belarus Milli Böyük
Teatrının foyesində “Azərbaycan ənənələrin
və müasirliyin qovuşuğunda” adlı turizm və foto sərgisinin
açılışı ilə start verildi.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Nazim Səmədov Belarusda Azərbaycan Mədəniyyəti
Günlərini ikitərəfli münasibətlərdə əlamətdar
hadisə kimi dəyərləndirdi. Son illər iki ölkə
arasında bütün sahələrdə əməkdaşlığın
genişləndiyini deyən nazir müavini bildirdi ki, bu
özünü iqtisadi münasibətlərdə, ildən-ilə
artan ticarət dövriyyəsində göstərir, eyni
zamanda, humanitar sahədə, mədəniyyət, elm və təhsil
istiqamətlərində əlaqələrimiz yüksələn
xətt üzrə inkişaf edir: «Mədəniyyət
günləri hər iki ölkənin mədəniyyət və
incəsənətinin inkişafına bir töhfədir. Bu tədbirləri
mədəniyyətlərarası dialoq üçün unikal
əhəmiyyətli vasitə kimi qiymətləndiririk”.
Sonuncu dəfə
Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin 5 il əvvəl
keçirildiyini xatırladan nazir müavini ikitərəfli
münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə
əminliyini bildirdi: “Azərbaycan kinematoqrafçıları
Belarusda keçirilən ənənəvi «Listapad»
festivalında uğurla iştirak edirlər. Minsk Akademik Opera və
Balet Teatrının solistləri Azərbaycan Opera və Balet
Teatrının tamaşalarında çıxış edirlər.
Belarus Respublikasının Əməkdar artisti, beynəlxalq
müsabiqələr laureatı, tanınmış müğənni
Oleq Melnikov Bülbül adına vokalistlərin beynəlxalq
müsabiqəsində münsiflər heyətinin
üzvüdür».
Mədəniyyət
günləri çərçivəsində nəzərdə
tutulan tədbirlərdən söz açan Nazim Səmədov
ölkəmizin mədəniyyət və incəsənətinin
müxtəlif nümunələrinin Belarus xalqına təqdim
olunacağını vurğuladı.
Belarusun mədəniyyət
nazirinin birinci müavini Vladimir Karaçevski öz növbəsində
iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın
hüquqi bazasından söhbət açdı. Qeyd etdi ki,
ikitərəfli əməkdaşlıq müqaviləsi muzeylər,
kitabxanalar, teatrlar arasında əlaqələrin güclənməsinə
zəmin yaradır: “Mədəniyyət günləri bizə
üç gün ərzində Azərbaycan xalqının adət-ənənələri
ilə yaxından tanış olmaq və kinematoqrafiya layihələrini
izləmək imkanı verəcək».
V.Karaçevski bildirdi ki, 2013-cü ildə Azərbaycanda
Belarus Mədəniyyəti Günləri keçiriləcək.
Belarus rəsmisi
Azərbaycan kinematoqrafçılarının Minskdə
keçirilən ənənəvi «Listapad» beynəlxalq
kinofestivalında hər dəfə müxtəlif
mükafatlar qazandıqlarını nəzərə
çatdırdı: «Biz bu gün öz həmkarlarımızın
Belarusda olmalarından böyük qürur hissi keçiririk».
Çıxışlardan sonra sərgiyə
baxış keçirildi. Sərgidə Fərid Xayrulin, Leyla
Axundzadə, Tahir Məmmədov, Mirnaib Həsənoğlu kimi
fotoqrafların əsərləri nümayiş olunurdu. Fotolar
izləyicilərə ölkəmizin tarixi-mədəni abidələri,
Bakının görməli yerləri, Azərbaycanın
müasir quruculuğu barədə dolğun məlumat verirdi.
Sərgidə Azərbaycanın turizm imkanlarını əks
etdirən reklam-çap məhsulları da maraqla
qarşılandı.
Filmlərimiz Belarus
tamaşaçılarında dərin təəssürat
yaratdı
Oktyabrın 8-də Minsk şəhərinin «Qələbə»
kinoteatrında Azərbaycan filmlərinin nümayişi
başlandı. Tədbiri Azərbaycan Dövlət Film Fondunun
direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev
açaraq iki ölkə arasında kino əlaqələrinin
tarixinin 1935-ci ildən başlandığını bildirdi: «Həmin
il əslən Belarusdan olan kinorejissor Vladimir Popov azərbaycanlı
həmkarı Qəmər Almaszadə ilə birlikdə «Dəcəl
dəstə» adlı səssiz film çəkdilər. Bu həm
də Azərbaycanda ilk uşaq filmi oldu. Bu əməkdaşlıq
sonralar da davam etdirildi. İkinci Dünya müharibəsi illərindən
bəhs edən «Mən sizi dünyalar qədər sevirdim»
filmi 1985-ci ildə Belarusda çəkilib. Film iki dəfə
Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovdan
bəhs edir və çəkilişlərdə hər iki tərəfin
aktyor heyəti iştirak edib. Bundan başqa, iki ölkənin
müştərək televiziya filmi də çəkilib. Biz
bu əməkdaşlığın gələcəkdə də
inkişaf etdirilməsini istəyirik».
Belarus Film
Fondunun direktoru Aleksey Bezuqlıy iki ölkə
kinematoqrafçılarının ənənəvi əməkdaşlığının
daha da genişlənməsinə tərəfdar olduğunu
vurğuladı: “Əməkdaşlığı genişləndirməklə
yanaşı, filmlərimizin də qarşılıqlı
olaraq tanıdılmasını istərdik”.
Azərbaycan
kinosu günlərinə kinorejissor Eldar Quliyevin «Girov» filmi ilə
start verildi. Qarabağ münaqişəsində azərbaycanlı
ailənin yaşadığı faciədən bəhs edən
film Belarus tamaşaçılarında dərin təəssürat
yaratdı. Bundan başqa, kinosevərlər son illərdə
istehsal olunan “Vəkil hardadır?”, “Çölçü”
filmlərinə də baxmaq imkanı əldə etdilər.
Əməkdaşlıqlar
genişlənir
Oktyabrın 9-da Azərbaycan mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədovun Belarus mədəniyyət
naziri Pavel Latuşko ilə görüşü oldu.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq
məsələləri müzakirə edildi. Qeyd olundu ki, belə
mədəniyyət günləri bu əlaqələrin dərinləşməsinə
təkan verir. Pavel Latuşko Belarusda keçirilən
«Listapad», «Slavyan bazarı» kimi festivallarda Azərbaycan nümayəndələrinin
fəal iştirak etdiklərini dedi və bildirdi ki, Azərbaycanın
mədəniyyəti, incəsənəti onlar
üçün maraqlıdır. Gələn il Azərbaycanda
Belarus Mədəniyyəti Günləri keçirmək niyyətində
olduqlarını deyən nazir bu tədbirin də ikitərəfli
əlaqələrə töhfə olacağını
bildirdi. Nazim Səmədov Belarus nazirini Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin adından ölkəmizə
səfərə dəvət etdi.
«Yeddi gözəl» Belarusu fəth
etdi
Oktyabrın 9-da Belarus Milli Teatrında Azərbaycan Mədəniyyəti
Günlərinin rəsmi açılışı oldu.
Tamaşaçılara Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının truppasının təqdimatında
böyük bəstəkar Qara Qarayevin «Yeddi gözəl»
baleti nümayiş olundu. Tədbir
iştirakçıları teatrın foyesində “Azərbaycan
ənənələrin və müasirliyin qovuşuğunda»
adlı turizm və foto sərgisi ilə də tanış
oldular.
Tamaşadan əvvəl Belarus mədəniyyət naziri
Pavel Latuşko və Azərbaycan mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov
çıxış etdilər.
Pavel
Latuşko mədəniyyət günlərinin keçirilməsini
iki ölkə arasında mədəni əlaqələrin
gücləndirilməsinə töhfə olduğunu bildirdi.
Belarus tamaşaçılarının “Azərbaycan ənənələrin
və müasirliyin qovuşuğunda» adlı turizm və foto sərgisinə
çox maraqla baxdıqlarını deyən nazir «Yeddi gözəl»
baletini də maraqla seyr edəcəklərindən əminliyini
dilə gətirdi.
Nazim Səmədov
isə öz növbəsində məşhur baletin tarixindən
söz açdı. Bildirdi ki, balet hazırda 870 illiyi
geniş şəkildə qeyd olunan dahi Azərbaycan şairi
Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında
yazılıb.
Sonra «Yeddi
gözəl» baleti nümayiş olundu. Anşlaqla keçən
tamaşa Belarus sənətsevərlərini valeh etmişdi. Səhnə
dekorasiyası, geyimlər, rəqslər böyük heyranlıqla
qarşılandı. Hətta yerli televiziyalarda yayımlanan
süjetlərdə «Azərbaycan gözəlləri Belarusu fəth
etdi» kimi xoş sözlər yer almışdı.
Bir sözlə,
Belarusda keçirilən Azərbaycan Mədəniyyəti
Günləri yaddaşlarda zəngin təəssüratlarla
qaldı.
Mehparə
Bakı-Minsk-Bakı
Mədəniyyət.- 2012.- 12
oktyabr.- S. 5.